Alman nəhəngindən 100 min işçiyə ağır zərbə – Maaşlar 2030-cu ilə qədər dondurulur

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” xərclərini azaltmaq məqsədilə işçilərin maaşlarını 2030-cu ilə qədər dondurmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, maaş artımından imtina edilməsi inflyasiya fonunda bu qərarın təsir etdiyi əməkdaşların alıcılıq qabiliyyətinin təxminən 10 faiz azalmasına səbəb ola bilər.

“Volkswagen” rəhbərliyi isə yayılan məlumatlara münasibət bildirərkən bunları spekulyasiya adlandırıb və əlavə şərh verməkdən imtina edib.

Məlumata görə, avtomobil konserni bundan əvvəl razılaşdırılmış 50 min nəfərlik ixtisara əlavə olaraq, dünya üzrə daha 50 min iş yerinin azaldılması barədə qərar qəbul edib.

Beləliklə, şirkətin əvvəlki və yeni ixtisar planları ümumilikdə 100 min iş yerini əhatə edir.

Avropanın ən böyük avtomobil istehsalçılarından biri olan “Volkswagen”in bu addımları Almaniya avtomobil sənayesində xərclərin azaldılması istiqamətində həyata keçirilən tədbirlərin miqyasını göstərir.

20 Oktyabr 2026 “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır”
20 Oktyabr 2026 Başladı: Deputatın keçmiş arvadı və “Qalatasaray” rəhbərliyindəki oğlu qandallanır
19 Oktyabr 2026 Azərbaycanın dostuna qarşı ağır ittiham – Ölkə başçısı onu ömürlük həbsə göndərir
19 Oktyabr 2026 İsrail-Rusiya münasibətlərində GƏRGİNLİK BAŞLADI
19 Oktyabr 2026 Türkiyədəki seldə ölənlərin sayı artdı
19 Oktyabr 2026 Pezeşkian yeni nazirdən yazdı: Dünyaya aydın və güclü mesaj verir
19 Oktyabr 2026 Fransada etirazlar iğtişaşlara çevrildi: 2000-dən çox saxlanılan var
17 Oktyabr 2026 Ruslar kütləvi şəkildə ev axtarır - Ermənistan və Gürcüstanda görünməmiş bahalaşma
17 Oktyabr 2026 Zəngəzura görə İran hərəkətə keçdi - ABŞ hərbçiləri ilə bağlı İrəvandan açıqlama
17 Oktyabr 2026 İrəvandan Kərki və Başkənd gedişi – "Bakı ilə razılaşma yoxdur, danışıqlar gedir"
16 Oktyabr 2026 Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi
16 Oktyabr 2026 Şuşada "Qarabağ Azərbaycandır!" demişdi - Dövlət Dumasındakı vəzifəsindən çıxardılar
16 Oktyabr 2026 “Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
16 Oktyabr 2026 Məsud Pezeşkian İrəvanda səfərdədir
16 Oktyabr 2026 Ukrayna kapitulyasiya edəcək? - Kiyevdən kritik açıqlama
16 Oktyabr 2026 ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
16 Oktyabr 2026 Pedro Sançezə qarşı istintaq başladı
16 Oktyabr 2026 İstanbulda 84 ilin rekordu alt-üst oldu – 55 minlik qüvvə səfərbər edildi
15 Oktyabr 2026 ABŞ bu dəhşətli bombanı İrana ATA BİLƏR
15 Oktyabr 2026 Kiyev və Ağ Ev arasında "Starlink" GƏRGİNLİYİ: Ukrayna tərəfi hələ də şübhəli yanaşır

Xəbər lenti