sonradan-elde-edilen-barisiq-cezaya-nece-tesir-edir

Ali Məhkəmə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin təyin olunmuş cəzanın azaldılmasına təsiri ilə bağlı hüquqi mövqeyini açıqlayıb.

“Yol-xeber.az” xəbər verir ki, işin hallarına əsasən, 2018-ci ildə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş şəxs 2023-cü ildə zərərçəkmiş şəxslə barışıq əldə edib. 

Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş ərizə təqdim edərək məhkuma qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Bundan sonra məhkum məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışığın Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu göstərib və ona təyin edilmiş cəzanın azaldılmasını xahiş edib.

Birinci instansiya məhkəməsi məhkumun ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə araşdırıb və təmin etməyib. Apellyasiya instansiyası məhkəməsi də həmin qərarı dəyişdirilmədən saxlayıb.

İşə kassasiya qaydasında baxan Ali Məhkəmə isə müəyyən edib ki, hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə istinad etməklə əvvəllər təyin olunmuş cəzanın yenidən fərdiləşdirilməsi barədə müraciət hökmün icrası qaydasında məhkəmə baxışının predmeti ola bilməz.

Bildirilib ki, cəzanın təyin edilməsi və fərdiləşdirilməsi cinayət təqibinin tərkib hissəsidir və cinayət işinə mahiyyəti üzrə baxılması zamanı həyata keçirilir. Hökm qanuni qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra isə təyin edilmiş cəzanın dəyişdirilməsi yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulmuş maddi hüquqi əsaslar və prosessual mexanizmlər çərçivəsində mümkündür.

Ali Məhkəmə vurğulayıb ki, hökmün icrası mərhələsində məhkəmələr yalnız qanunla səlahiyyətlərinə aid edilmiş məsələlərə baxa bilərlər. Bu səbəbdən məhkəməyə daxil olan müraciət üzrə ilk növbədə onun məhkəmənin prosessual səlahiyyətinə aid olub-olmadığı müəyyən edilməlidir. Hazırkı işdə isə məhkumun sonradan zərərçəkmiş şəxslə barışmasına əsaslanaraq Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələrinin tətbiqi yolu ilə cəzasının azaldılması barədə müraciətinə hökmün icrası qaydasında baxılması üçün qanuni prosessual əsas mövcud olmayıb.

Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin müraciəti icraata qəbul edərək mahiyyəti üzrə araşdırıb, apellyasiya instansiyası məhkəməsi isə yol verilmiş prosessual pozuntunu aradan qaldırmayıb.

Ali Məhkəmə qeyd edib ki, bu hüquqi mövqe zərərçəkmiş şəxslə barışıq faktının və onun cəzanı yüngülləşdirən hal kimi hüquqi əhəmiyyətinin qiymətləndirilməsi anlamına gəlmir. Məsələ yalnız belə bir müraciətə hökmün icrası qaydasında baxılması üçün qanuni mexanizmin mövcud olmaması ilə bağlıdır.

Yekunda Ali Məhkəmə məhkumun kassasiya şikayətini təmin etməyib, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarını ləğv edib. Məhkumun cəzanın azaldılması barədə ərizəsinin hökmün icrası qaydasında icraata qəbul olunmasından imtina edilib.

20 Oktyabr 2026 Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
20 Oktyabr 2026 Leyla Əliyeva Berdiməhəmmədov və Mirziyoyevin qızları ilə görüşdü - Fotolar
20 Oktyabr 2026 Yeni prokuror tanınmış hakimin oğludur
20 Oktyabr 2026 Oktyabrın pensiya ödənişləri yekunlaşdı
20 Oktyabr 2026 Süni intellekt və kibertəhlükəsizliklə bağlı qrant müsabiqəsi elan edilir
20 Oktyabr 2026 Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
20 Oktyabr 2026 Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
20 Oktyabr 2026 Zəngilanın azad edilməsindən 6 il ötür
19 Oktyabr 2026 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
19 Oktyabr 2026 Zahid Nuriyev: AZADLIQ MƏFKURƏSİNDƏN QALİB DÖVLƏTƏ: AZƏRBAYCANIN 35 İLLİK MÜSTƏQİLLİK SƏLNAMƏSİ
19 Oktyabr 2026 Xəlil Göyüşov: MİLLİ QÜRURDAN TARİXİ ZƏFƏRƏ: MÜSTƏQİL AZƏRBAYCANIN 35 İLLİK YÜKSƏLİŞ SALNAMƏSİ
19 Oktyabr 2026 Teymur Musayev Baş nazirin müavini təyin olundu
19 Oktyabr 2026 Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
19 Oktyabr 2026 Məleykə Abbaszadə PLANI TƏSDİQLƏDİ
19 Oktyabr 2026 Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
19 Oktyabr 2026 Taksi 5 manat göstərir, sonda 9 manat çıxır - Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 Mehman Qəhrəmanov: Müstəqilliyin 35-ci baharı: Azərbaycanın sarsılmaz iradəsi və dövlətçilik qüdrəti
18 Oktyabr 2026 İlham Cəbrayılov: 35 İLİN ZİRVƏSİNDƏ: MÜSTƏQİL AZƏRBAYCANIN TARİXİ UĞURLARI VƏ GƏLƏCƏYƏ İNAMLI ADDIMLARI
18 Oktyabr 2026 Gülağa Əliyev: AZƏRBAYCANIN YENİ TARİXİNİN 35 İLİ: AZADLIQDAN QÜDRƏTƏ UZANAN ŞƏRƏFLİ YOL
18 Oktyabr 2026 Məhəmmed Musayev: 35 İLLİK TARİXİ YOL: MÜSTƏQİLLİYİN GÜCÜ, MİLLİ İRADƏNİN QƏLƏBƏSİ

Xəbər lenti