Zəngilanın azad edilməsindən 6 il ötür
Bu gün Zəngilanın azad edilməsindən altı il ötür.

 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb.

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı, paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Rayonda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda davam etdirilir.

Bundan əlavə, rayon ərazisində ilk hava limanı da inşa edilib. 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Zəngilan aeroportuna Beynəlxalq Hava Limanı statusu verilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Qeyd edək ki, Zəngilan rayonu Qarabağın cənubunda, İranla sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var. Ərazisində əsasən mülayim isti iqlim müşahidə edilir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylarıdır. İlin bütün fəsillərində bol sulu olan çaylardan məişət və kənd təsərrüfatından başqa, müxtəlif sahələrdə də istifadə edilirdi. Ərazisində tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. kimi faydalı qazıntılar var.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

20 Oktyabr 2026 Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
20 Oktyabr 2026 Leyla Əliyeva Berdiməhəmmədov və Mirziyoyevin qızları ilə görüşdü - Fotolar
20 Oktyabr 2026 Yeni prokuror tanınmış hakimin oğludur
20 Oktyabr 2026 Oktyabrın pensiya ödənişləri yekunlaşdı
20 Oktyabr 2026 Süni intellekt və kibertəhlükəsizliklə bağlı qrant müsabiqəsi elan edilir
20 Oktyabr 2026 Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
20 Oktyabr 2026 Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
20 Oktyabr 2026 Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
19 Oktyabr 2026 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
19 Oktyabr 2026 Zahid Nuriyev: AZADLIQ MƏFKURƏSİNDƏN QALİB DÖVLƏTƏ: AZƏRBAYCANIN 35 İLLİK MÜSTƏQİLLİK SƏLNAMƏSİ
19 Oktyabr 2026 Xəlil Göyüşov: MİLLİ QÜRURDAN TARİXİ ZƏFƏRƏ: MÜSTƏQİL AZƏRBAYCANIN 35 İLLİK YÜKSƏLİŞ SALNAMƏSİ
19 Oktyabr 2026 Teymur Musayev Baş nazirin müavini təyin olundu
19 Oktyabr 2026 Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
19 Oktyabr 2026 Məleykə Abbaszadə PLANI TƏSDİQLƏDİ
19 Oktyabr 2026 Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
19 Oktyabr 2026 Taksi 5 manat göstərir, sonda 9 manat çıxır - Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 Mehman Qəhrəmanov: Müstəqilliyin 35-ci baharı: Azərbaycanın sarsılmaz iradəsi və dövlətçilik qüdrəti
18 Oktyabr 2026 İlham Cəbrayılov: 35 İLİN ZİRVƏSİNDƏ: MÜSTƏQİL AZƏRBAYCANIN TARİXİ UĞURLARI VƏ GƏLƏCƏYƏ İNAMLI ADDIMLARI
18 Oktyabr 2026 Gülağa Əliyev: AZƏRBAYCANIN YENİ TARİXİNİN 35 İLİ: AZADLIQDAN QÜDRƏTƏ UZANAN ŞƏRƏFLİ YOL
18 Oktyabr 2026 Məhəmmed Musayev: 35 İLLİK TARİXİ YOL: MÜSTƏQİLLİYİN GÜCÜ, MİLLİ İRADƏNİN QƏLƏBƏSİ

Xəbər lenti