leyla-eliyeva-berdimehemmedov-ve-mirziyoyevin-qizlari-ile-gorusdu

Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevanın və Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyevanın üçtərəfli görüşü olub.

AZƏRTAC xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva Aşqabadda keçiriləcək MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin ölkələri ümumi mənəvi-mədəni dəyərlər və sosial-humanitar məsələlərə oxşar baxışlar əsasında birləşdirən mühüm hadisə olduğunu bildirib.

Xüsusilə ətraf mühitin mühafizəsinə, eləcə də regional və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa diqqət çəkən Oğulcahan Atabayeva sərginin ətraf mühitin qorunması istiqamətində, həmçinin real addım olacağına əminliyini ifadə edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva birgə səylərlə bir çox mühüm ekoloji layihəni həyata keçirməyin mümkünlüyünü vurğulayıb. Xeyriyyə Fondunu ziyarət etdiyini xatırladan Leyla Əliyeva uşaqlara göstərilən yüksək qayğının şəxsən şahidi olduğunu bildirib və bugünkü sərginin xeyirxahlığa doğru daha bir addım olacağını deyib.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva qeyd edib ki, bu cür görüşlər yeni imkanlar açır, xüsusilə də insanlara qayğı göstərmək və gələcəyi bunun üzərində qurmaq kimi ümumi arzunu birləşdirməyə imkan verir. O vurğulayıb ki, hər bir uşaq üçün ən başlıca amil anasının yanında özünü qayğıkeşlik və təhlükəsizlik içərisində hiss etməsi, sevildiyinə və hər zaman eşidiləcəyinə əmin olmasıdır.

 

 


 
20 Oktyabr 2026 Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
20 Oktyabr 2026 Yeni prokuror tanınmış hakimin oğludur
20 Oktyabr 2026 Oktyabrın pensiya ödənişləri yekunlaşdı
20 Oktyabr 2026 Süni intellekt və kibertəhlükəsizliklə bağlı qrant müsabiqəsi elan edilir
20 Oktyabr 2026 Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
20 Oktyabr 2026 Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
20 Oktyabr 2026 Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
20 Oktyabr 2026 Zəngilanın azad edilməsindən 6 il ötür
19 Oktyabr 2026 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
19 Oktyabr 2026 Zahid Nuriyev: AZADLIQ MƏFKURƏSİNDƏN QALİB DÖVLƏTƏ: AZƏRBAYCANIN 35 İLLİK MÜSTƏQİLLİK SƏLNAMƏSİ
19 Oktyabr 2026 Xəlil Göyüşov: MİLLİ QÜRURDAN TARİXİ ZƏFƏRƏ: MÜSTƏQİL AZƏRBAYCANIN 35 İLLİK YÜKSƏLİŞ SALNAMƏSİ
19 Oktyabr 2026 Teymur Musayev Baş nazirin müavini təyin olundu
19 Oktyabr 2026 Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
19 Oktyabr 2026 Məleykə Abbaszadə PLANI TƏSDİQLƏDİ
19 Oktyabr 2026 Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
19 Oktyabr 2026 Taksi 5 manat göstərir, sonda 9 manat çıxır - Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 Mehman Qəhrəmanov: Müstəqilliyin 35-ci baharı: Azərbaycanın sarsılmaz iradəsi və dövlətçilik qüdrəti
18 Oktyabr 2026 İlham Cəbrayılov: 35 İLİN ZİRVƏSİNDƏ: MÜSTƏQİL AZƏRBAYCANIN TARİXİ UĞURLARI VƏ GƏLƏCƏYƏ İNAMLI ADDIMLARI
18 Oktyabr 2026 Gülağa Əliyev: AZƏRBAYCANIN YENİ TARİXİNİN 35 İLİ: AZADLIQDAN QÜDRƏTƏ UZANAN ŞƏRƏFLİ YOL
18 Oktyabr 2026 Məhəmmed Musayev: 35 İLLİK TARİXİ YOL: MÜSTƏQİLLİYİN GÜCÜ, MİLLİ İRADƏNİN QƏLƏBƏSİ

Xəbər lenti