azerbaycanli-reper-azadliqda

Qazaxıstanda Azərbaycan əsilli tanınmış reper “Navai”nin (Nəvai Bəkirov) cinayət işinə xitam verilib və o, azadlığa buraxılıb. 

“Yol-xeber.az” xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı Qazaxıstanın Jambıl Vilayət Məhkəməsinə istinadən məlumat yayıb. 

Mənbənin məlumatına görə, Nəvai Bəkirov təqsirini etiraf edib, ona qarşı qaldırılmış narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı cinayət işinə xitam verilib.

Belə ki, bu zaman reperin əməlindən peşman olması və qanun pozuntusunu ilk dəfə törətməsi əsas götürülüb. Bildirilir ki, “Navai”artıq ölkədən çıxarılıb və ona 5 il müddətinə Qazaxıstan ərazisinə daxil olmaq qadağan edilib. 

Sənətçinin bu gün səhər artıq Moskvaya çatdığı da qeyd olunub. 

Xatırladaq ki, oktyabrın 14-ü Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı “Navai”nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb, onunla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. 

20 Oktyabr 2026 Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı - Foto
19 Oktyabr 2026 Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - Video
19 Oktyabr 2026 Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"
19 Oktyabr 2026 Narkotikin təsiri altında avtomobil sürən şəxs həbs edildi
19 Oktyabr 2026 Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
19 Oktyabr 2026 Himnimiz səslənir, Azərbaycan və İran bayraqları dalğalanır və daha nələr-nələr... Vətən xainlərini tanıyın!
17 Oktyabr 2026 Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
17 Oktyabr 2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
16 Oktyabr 2026 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var
16 Oktyabr 2026 İrandan Azərbaycana narkotik keçirmək istədilər
16 Oktyabr 2026 Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto
16 Oktyabr 2026 15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyindən öldürübmüş
16 Oktyabr 2026 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var
16 Oktyabr 2026 Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
15 Oktyabr 2026 Azərbaycana kiberhücum - İz hansı ÖLKƏLƏRƏ aparır?
15 Oktyabr 2026 Bakıda maşın atla toqquşdu
15 Oktyabr 2026 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
15 Oktyabr 2026 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
15 Oktyabr 2026 Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
14 Oktyabr 2026 Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi

Xəbər lenti