suni-intellekt-ve-kibertehlukesizlikle-bagli-qrant-musabiqesi-elan-edilir

Elm və Təhsil Nazirliyi Nazirlər Kabinetinin 11 oktyabr 2017-ci il tarixli 416 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”na uyğun olaraq, süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edir.

Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrdə çalışan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edə bilərlər.

Qrant müsabiqəsində iştirak etmək istəyənlər tələb olunan sənədləri 20 oktyabr 2026-cı il tarixindən etibarən https://anket.edu.az/user/385 elektron platforması vasitəsilə göndərməli, müraciətin qəbulu təsdiqləndikdən sonra isə sənədlərin çap olunmuş nüsxələrini 2 noyabr 2026-cı il tarixinədək Elm və Təhsil Nazirliyinə təqdim etməlidirlər.

Müraciətlərin qəbulu ilə bağlı texniki çətinliklərlə qarşılaşmamaq üçün iddiaçılara sənədlərini son günlərə saxlamadan təqdim etmələri tövsiyə olunur.
 
Müraciətin qəbul edildiyini təsdiqləyən elektron məktub 3 iş günü ərzində daxil olmadığı təqdirdə iddiaçılar (+994 51) 201 29 71 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki,  qrant müsabiqəsinin əsas məqsədi süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə elmi potensialı gücləndirmək və elmi-texniki tərəqqini sürətləndirmək, rəqabətqabiliyyətli tədqiqat layihələrini dəstəkləmək, elmi nəticələrin praktik tətbiqini və kommersiyalaşdırılmasını təşviq etməkdir.

Müsabiqənin şərtləri, iştirak qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz: Qrant müsabiqəsinin elanı

* İştirak ərizəsi forması

* Layihə təklifi forması

* CV forması

20 Oktyabr 2026 Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
20 Oktyabr 2026 Leyla Əliyeva Berdiməhəmmədov və Mirziyoyevin qızları ilə görüşdü - Fotolar
20 Oktyabr 2026 Yeni prokuror tanınmış hakimin oğludur
20 Oktyabr 2026 Oktyabrın pensiya ödənişləri yekunlaşdı
20 Oktyabr 2026 Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
20 Oktyabr 2026 Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
20 Oktyabr 2026 Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir
20 Oktyabr 2026 Zəngilanın azad edilməsindən 6 il ötür
19 Oktyabr 2026 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
19 Oktyabr 2026 Zahid Nuriyev: AZADLIQ MƏFKURƏSİNDƏN QALİB DÖVLƏTƏ: AZƏRBAYCANIN 35 İLLİK MÜSTƏQİLLİK SƏLNAMƏSİ
19 Oktyabr 2026 Xəlil Göyüşov: MİLLİ QÜRURDAN TARİXİ ZƏFƏRƏ: MÜSTƏQİL AZƏRBAYCANIN 35 İLLİK YÜKSƏLİŞ SALNAMƏSİ
19 Oktyabr 2026 Teymur Musayev Baş nazirin müavini təyin olundu
19 Oktyabr 2026 Bu şəxslərin pensiyası artacaq - RƏQƏMLƏR
19 Oktyabr 2026 Məleykə Abbaszadə PLANI TƏSDİQLƏDİ
19 Oktyabr 2026 Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
19 Oktyabr 2026 Taksi 5 manat göstərir, sonda 9 manat çıxır - Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 Mehman Qəhrəmanov: Müstəqilliyin 35-ci baharı: Azərbaycanın sarsılmaz iradəsi və dövlətçilik qüdrəti
18 Oktyabr 2026 İlham Cəbrayılov: 35 İLİN ZİRVƏSİNDƏ: MÜSTƏQİL AZƏRBAYCANIN TARİXİ UĞURLARI VƏ GƏLƏCƏYƏ İNAMLI ADDIMLARI
18 Oktyabr 2026 Gülağa Əliyev: AZƏRBAYCANIN YENİ TARİXİNİN 35 İLİ: AZADLIQDAN QÜDRƏTƏ UZANAN ŞƏRƏFLİ YOL
18 Oktyabr 2026 Məhəmmed Musayev: 35 İLLİK TARİXİ YOL: MÜSTƏQİLLİYİN GÜCÜ, MİLLİ İRADƏNİN QƏLƏBƏSİ

Xəbər lenti