Cənubi Qafqazda siyasi proseslər sürətlənərkən Ermənistanda keçirilən bələdiyyə seçkiləri də ölkənin gələcək siyasi istiqaməti ətrafında müzakirələri gücləndirib. Oktyabrın 25-də Ermənistanın 10 vilayətində yerləşən 21 icmada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Səsvermə 19 icmada proporsional, iki icmada isə majoritar sistem üzrə təşkil olunub.

Musavat.com xəbər verir ki, Ermənistanda oktyabrın 25-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərin ilkin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası əksər icmalarda üstünlük əldə edib. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın açıqladığı məlumatlara görə, hakim partiyanın namizədləri bir sıra icmalarda seçicilərin 90 faizindən çoxunun səsini qazanıblar.Ən yüksək nəticələrdən biri Vayk icmasında qeydə alınıb. Mxitar Matevosyanın rəhbərlik etdiyi hakim partiyanın siyahısı 96,12 faiz və ya 4186 səs toplayıb. Armavirdə Varşam Sarkisyanın rəhbərlik etdiyi siyahı 96,1 faiz, Qarni icmasında Tiqran Poqosyanın rəhbərlik etdiyi siyahı isə 94,2 faiz nəticə göstərib.Vardenisdə hakim partiyanın namizədi 93,8 faiz, Axuryanda 92,4 faiz, Cermukda isə 92,7 faiz səs qazanıb. Artaşatda “Vətəndaş Müqaviləsi” 85,6 faiz, İcevanda 85,25 faiz, Tsaxkadzorda isə təxminən 84,6 faiz nəticə əldə edib.Hakim partiya Artikdə 74,9 faiz, Meğridə 70 faiz, Martunidə 67,6 faiz, Dilicanda 76,4 faiz, Arax icmasında isə 71,7 faiz səs toplayıb. Yeqeqnadzorda isə onun nəticəsi 47,8 faiz olub.Bununla yanaşı, bəzi icmalarda başqa siyasi qüvvələr də yüksək nəticə göstəriblər. Qoris icmasında Aruş Aruşanyanın rəhbərlik etdiyi “Razılıq” bloku 93 faiz, Gavar icmasında isə Qurgen Martirosyanın rəhbərlik etdiyi blok 81,3 faiz səs toplayıb. Hrazdan şəhərində Sasun Mikaelyanın oğlu Sevak Mikaelyan 17 200 səs və ya 90,2 faiz nəticə əldə edib. Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası hələlik yekun rəsmi göstəriciləri dərc etməyib. Lori vilayətinin Stepanavan şəhərində seçkilərin nəticələri barədə də məlumat açıqlanmayıb.

Ermənistanda keçirilən bələdiyyə seçkiləri hakimiyyət və müxalifət üçün ölkədəki siyasi qüvvələr nisbətini qiymətləndirmək baxımından əhəmiyyətli hesab olunurdu. Bununla belə, yerli seçkilərin nəticələri ölkə üzrə ümumi siyasi dəstəyin tam mənzərəsini əks etdirmir. Aydındır ki, Ermənistandakı siyasi mübarizəni yalnız yerli hakimiyyət uğrunda rəqabət kimi qiymətləndirmək düzgün olmazdı. Bu seçkilər həm də ölkədəki siyasi qüvvələrin mövqelərini yoxlamaq, hakimiyyətin ictimai dəstəyini ölçmək və gələcək siyasi gündəmi müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyırdı.

Ermənistanda hakim partiyanın ümumi qələbəsi isə revanşist və rusiyapərəst müxalifəti ciddi narazı salıb. Erməni siyasi şərhçilər seçkilərin nəticələrini təhlil edərək hakimiyyətin müxalifətə qarşı inzibati və polis resurslarından istifadə etdiyini iddia edib. Onun fikrincə, seçki kampaniyası ideyaların rəqabətindən daha çox hakimiyyətin üstünlüyünü qorumaq uğrunda mübarizəyə çevrilib. Şərhçiərin qənaətinə görə, hakimiyyət seçki prosesində inzibati imkanlardan və maliyyə resurslarından istifadə etməklə rəqibləri qarşısında üstünlük əldə edib. O, bəzi icmalarda “Vətəndaş müqaviləsi” partiyasının bülletendə yeganə siyasi qüvvə kimi yer almasını da seçki mühitinin qeyri-bərabərliyinin göstəricisi sayırlar. Belə vəziyyətlərdə isə hakim partiyanın yüksək səs faizi qazanması siyasi rəqabətin real mənzərəsini əks etdirməyə bilər. O, bəzi icmalarda 80 faizə yaxın nəticələrin əldə edilməsini də bu kontekstdə qiymətləndirir.

Ekspertlərin fikrincə, yerli seçkilərdə əldə etdiyi nəticələr Paşinyanı növbəti siyasi addımlar atmağa həvəsləndirə bilər. Ehtimala görə, baş nazir əvvəlcədən gündəmə gətirdiyi növbədənkənar parlament seçkilərini keçirməyə cəhd göstərə və bundan sonra Konstitusiya dəyişikliyi məsələsini irəli apara bilər. İddia edilirr ki, belə bir ssenaridə hakimiyyət parlamentdə özünə əlverişli siyasi çoxluq formalaşdıraraq yeni Konstitusiyanın qəbulunu asanlaşdırmağa çalışa bilər.

Ermənistanda qarşıdakı dövrün əsas sualı budur: Paşinyan yerli seçkilərin nəticələrindən istifadə edərək hakimiyyətini daha da möhkəmləndirməyə çalışacaqmı, yoxsa müxalifət seçki strategiyasını dəyişərək daha təsirli siyasi müqavimət göstərə biləcək? Azərbaycan baxımından isə əsas məsələ Ermənistanın daxili siyasi proseslərinin sülh sazişinin perspektivlərinə və Konstitusiya ilə bağlı mübahisələrə necə təsir edəcəyidir.

26 Oktyabr 2026 İlon Maskdan SƏRT BƏYANAT: "Sonsuz müharibə tərəfdarları cəhənnəmdə yansınlar!"
26 Oktyabr 2026 Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"
26 Oktyabr 2026 Silva yenidən Braziliya Prezidenti seçildi
26 Oktyabr 2026 Tələbələr 14 illik iqtidara son qoydu - Hakimiyyət müxalifətə keçir
24 Oktyabr 2026 Zelenskidən sensasion açıqlama: “Hazırıq! Yoxsa bizi yeyib qurtaracaqlar”
23 Oktyabr 2026 Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
23 Oktyabr 2026 Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
23 Oktyabr 2026 Zelenski müsahibə zamanı ağladı
23 Oktyabr 2026 Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
22 Oktyabr 2026 Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22 Oktyabr 2026 İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22 Oktyabr 2026 İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22 Oktyabr 2026 Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22 Oktyabr 2026 Diplomatlarını bu ölkədən çıxarırlar
22 Oktyabr 2026 “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
22 Oktyabr 2026 İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
22 Oktyabr 2026 Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
22 Oktyabr 2026 "Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
22 Oktyabr 2026 Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21 Oktyabr 2026 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"

Xəbər lenti