Deputatın həbsdəki oğlu bu partiyanın üzvüdür - MARAQLI FAKT
Deputat Arzuxan Əlizadənin həbs edilən oğlu Əhməd Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür.

 Modern.az xəbər verir ki, bunu Arzuxan Əlizadənin özü 2026-cı il aprelin 2-də verdiyi müsahibədə övladları barədə danışarkən deyib:

"Kiçik oğlum hüquqşünasdır, ali təhsilini yüksək nəticələrlə başa vurub. Zamanında imtahanlarda da yüksək bal toplamışdı, lakin müəyyən dövrlərdə siyasi baxışlara görə qarşısında maneələr də yaradılmışdı. Buna baxmayaraq, sonradan dövlət qulluğu imtahanlarından uğurla keçdi, uzun müddət məhkəmə sistemində çalışdı və hazırda hakim kimi fəaliyyət göstərir. İnanıram ki, o bundan sonra da öz vəzifəsini layiqincə yerinə yetirəcək.

Böyük oğlum və qızım partiyanın üzvləridir və müxtəlif strukturlarda fəaliyyət göstərirlər. Onların gələcəkdə siyasətdə davam edib-etməyəcəyi isə artıq öz seçimlərindən asılıdır.

Ümumiyyətlə, siyasət kifayət qədər çətin sahədir. Bəzən insan özü hansı çətinliklərdən keçdiyini bildiyi üçün istəmir ki, övladları da eyni yolu seçsinlər. Amma mən heç vaxt onların seçiminə müdaxilə etməmişəm. Əgər bu yolu seçmək istəsələr, təbii ki, mane olmaram və dəstək verərəm".

Bir daha qeyd edək ki, Əhməd Əlizadə deputatın böyük oğludur və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Əhməd Əlizadə Əhmədli qəsəbəsində yerləşən kafedə qətllə nəticələnən kütləvi davada iştirak etdiyi üçün saxlanılıb.

Xatırladaq ki, deputat Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, AMİP-ə 2015-ci ildən rəhbərlik edir.

26 Oktyabr 2026 “Ceyhun Sabunçu” kimdir? – Şok detallar üzə çıxır
26 Oktyabr 2026 Deputatın oğlunun da iştirak etdiyi davaya görə əlavə həbslər var - ADLAR
24 Oktyabr 2026 Zaqatalada evləri talayan şəxs tutuldu - Foto
24 Oktyabr 2026 Bakıda kütləvi dava - İştirakçılardan biri deputatın oğludur
23 Oktyabr 2026 Oğurluq edən qayınata və kürəkəni həbs edildilər
23 Oktyabr 2026 Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
23 Oktyabr 2026 Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
23 Oktyabr 2026 Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
23 Oktyabr 2026 Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
22 Oktyabr 2026 25 il əvvəl törədilən qətlin üstü açıldı - BİRGƏ MƏLUMAT
22 Oktyabr 2026 Xocalıdan silah tapıb, Abşerona gəldi, anasını güllələdi
22 Oktyabr 2026 Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22 Oktyabr 2026 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
22 Oktyabr 2026 Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
22 Oktyabr 2026 Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
22 Oktyabr 2026 Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
21 Oktyabr 2026 Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
21 Oktyabr 2026 Xalq artistinin kürəkəni həbs olundu - Yarım milyonlu dələduzluq
21 Oktyabr 2026 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
21 Oktyabr 2026 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Xəbər lenti