Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?
“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda aylıq pensiya əlavəsinə keçilir. Yəni, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq sabit məbləğ əlavə olunacaq”.

Bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirib. 

O deyib ki, son günlər aylıq pensiya əlavəsinin kimlərə şamil olunması və necə hesablanacağı ilə bağlı xeyili müzakirələr aparılır:

“Dəyişikliklər Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına təyin edilir”.

Deputatın sözlərinə görə, aşağıdakı şəxslərin pensiyasına əlavələr olunacaq:

“Sabit əlavələr azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentlərinə, Baş nazir və Baş 4 nazirinin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinlərinə, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, yerli icra hakimiyyəti başçısına, Media və Yayım Şurasına, 2023-cü il dekabrın 27-dək mövcud olan Naxçıvan Televiziya və Radio Şurasının üzvlərinə, sabiq dövlət qulluqçularına, deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara, Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq palata üzvlərinə, İnsan hüquqları üzrə müvəkkil və Naxçıvan MR-nin İnsan hüquqları üzrə müvəkkili kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq ombudsman və 2026-cı il aprelin 10-dək mövcud olan Naxçıvan İnsan hüquqları üzrə müvəkkilinə, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq üzvlərinə, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşlarına və Müdafiə Nazirliyinin hərbiçilərinə şamil olunur. Göründüyü kimi, siyahı kifayət qədər genişdir və pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiya təyinatları yeni qaydalar ilə aparılacaq”.

Sabit pensiya əlavəsinin məbləğinə gəldikdə isə V.Bayramov vurğulayıb ki, bu şəxslərə aylıq pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin ediləcək və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

“Yəni qanuna edilən dəyişikliklər təsdiq olunan zaman fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək”.

26 Oktyabr 2026 Bakı ilk dəfə bununla bağlı İrana XƏBƏRDARLIQ ETDİ: "40 milyon azərbaycanlı..."
24 Oktyabr 2026 AzTV üçün yeni bina tikiləcək
23 Oktyabr 2026 Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
22 Oktyabr 2026 Vüsal Aslanov özünə 2 yeni müşavir təyin etdi
22 Oktyabr 2026 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
22 Oktyabr 2026 Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
22 Oktyabr 2026 Məktəblilərə şad xəbər: 7 gün...
21 Oktyabr 2026 Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21 Oktyabr 2026 Bu şəxslərə pulsuz torpaq veriləcək
21 Oktyabr 2026 Keçmiş deputatlar indi nə iş görürlər?
21 Oktyabr 2026 Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
21 Oktyabr 2026 Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
21 Oktyabr 2026 Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
21 Oktyabr 2026 Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?
20 Oktyabr 2026 Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
20 Oktyabr 2026 Leyla Əliyeva Berdiməhəmmədov və Mirziyoyevin qızları ilə görüşdü - Fotolar
20 Oktyabr 2026 Yeni prokuror tanınmış hakimin oğludur
20 Oktyabr 2026 Oktyabrın pensiya ödənişləri yekunlaşdı
20 Oktyabr 2026 Süni intellekt və kibertəhlükəsizliklə bağlı qrant müsabiqəsi elan edilir
20 Oktyabr 2026 Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?

Xəbər lenti