Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin iştirakı ilə baş verən və ölümlə nəticələnmiş dəhşətli davaya dair yeni məlumatlar və hadisə iştirakçılarının yeni, ilginc fotolarını əldə etmişik.

Musavat.com xəbər verir ki, oxu.az-a cinayət hadisəsində qətlə yetirilən Ceyhun Mirağayevlə bu olayda iştirakçı olan və artıq digər 9 nəfərlə birlikdə saxlanılan Əhməd Əlizadənin daha əvvəllər – münasibətləri normal olan vaxtlarda birgə çəkdirdikləri fotolar və əlaqələrinə dair maraqlı xəbərlər daxil olub.

Bildirilir ki, öldürülən Ceyhunla deputat Arzuxan Əlizadənin oğlu Əhməd əvvəllər yaxın münasibətlərdə və “qara biznes”də şərik olublar:

“Ceyhun və Əhməd xeyli müddət bir çevrədə olublar. “Ceyhun Sabunçu” kriminala meylli şəxs kimi tanınır. Onun kumiri məşhur “lotu” Cavanşir imiş, qəbrinin qarşısında şəkli də var.

Sonralar, təxminən ilyarım öncə Ceyhunun Əhmədlə və digərləri ilə araları pozulub, pul söhbətində narazılıqları yaranıb. Bakının Xətai rayonundakı restoranda baş verən məlum davada iştirak edənlərin demək olar hamısı öncələr bir çevrə olublar, mütəşəkkil dəstə kimi.

Sonra maraqlar savaşında qruplaşmalara bölünüblər. Narazılığı da Əhmədin çevrəyə, qruplaşmaya başçılıq etmək, biznesə, gəlirlərə, daxil olan pullara nəzarəti həyata keçirmək iddiası yaradıb. Sonuncu mübahisəni də bu məsələləri aydınlaşdırmaq, son qərar vermək üçün Əhməd təşkil edibmiş.

Bir çevrə olarkən qurduqları bizneslər, obyektlər əksərən davada da iştirak edən Kamran və Həsən adlı şəxslərin və onların yaxınlarının adına rəsmiləşdirilmişdi. Elə bu gəlir mənbələrinin bölgüsü əsas mübahisə predmeti olub. Ceyhun Əhmədi yola gətirməyə çalışıb, amma onun iddiaları çox böyük olub. Yaxın ətrafının köməyi ilə o, bir neçə dəfə böyük qalmaqallardan, davalardan “qalib” çıxa da bilmişdi.

Sonuncu söhbət isə çox ağır olub, tərəflər üçün “ölüm-qalım” məsələsinə çevrilib. Ceyhun və digərləri Əhmədin qurduğu planla, etdiyi təkliflərlə razılaşmayıblar. Bu zaman ortalıq qarışıb və qruplaşmalar şəklində kütləvi dava ediblər. Nəticədə isə Ceyhun öldürülüb, restorandakı məlum dəhşətli davanı əks etdirən videodan da göründüyü kimi, onu bıçaqlayıb qan içərisində qoyaraq hamısı qaçıb gediblər”.

 

26 Oktyabr 2026 Deputatın həbsdəki oğlu bu partiyanın üzvüdür - MARAQLI FAKT
26 Oktyabr 2026 Deputatın oğlunun da iştirak etdiyi davaya görə əlavə həbslər var - ADLAR
24 Oktyabr 2026 Zaqatalada evləri talayan şəxs tutuldu - Foto
24 Oktyabr 2026 Bakıda kütləvi dava - İştirakçılardan biri deputatın oğludur
23 Oktyabr 2026 Oğurluq edən qayınata və kürəkəni həbs edildilər
23 Oktyabr 2026 Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
23 Oktyabr 2026 Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
23 Oktyabr 2026 Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
23 Oktyabr 2026 Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
22 Oktyabr 2026 25 il əvvəl törədilən qətlin üstü açıldı - BİRGƏ MƏLUMAT
22 Oktyabr 2026 Xocalıdan silah tapıb, Abşerona gəldi, anasını güllələdi
22 Oktyabr 2026 Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22 Oktyabr 2026 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
22 Oktyabr 2026 Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
22 Oktyabr 2026 Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
22 Oktyabr 2026 Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
21 Oktyabr 2026 Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
21 Oktyabr 2026 Xalq artistinin kürəkəni həbs olundu - Yarım milyonlu dələduzluq
21 Oktyabr 2026 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
21 Oktyabr 2026 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Xəbər lenti