Yol-xeber.az-ın məlumatına görə, Oktyabrın 13-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və kollektivi dəmir yolu işçilərinin peşə bayramı günü münasibəti ilə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

n
n
n
n

 



Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Şuranın sədri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan üzərindən tranzit daşımalarının cari vəziyyəti üzrə fikir mübadiləsi aparılıb.

Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tarifləri və həmin tariflər üzrə güzəştlərə dair təkliflərin Koordinasiya Şurasının Katibliyinə təqdim olunması qərara alınıb.

Eyni zamanda “Bir pəncərə” prinsipinin tətbiq edilməsi şərtilə elektron portalın yaradılması prosesi müzakirə predmeti olub.

Bildirilib ki, e-portalda ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı yükdaşımaların vahid tarifləri, sərhəd keçmə prosedurları, yükdaşımalar üzrə daşıma qaydaları və şərtləri, o cümlədən müqavilələrin şərtləri, bağlanma qaydası və digər məsələlər öz əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.




Yol-xeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastruktur layihələrinin icrası davam edir. Bu barədə məlumat verən Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, belə layihələrdən biri də Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoludur.

 

Qeyd edək ki, Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39,7 kilometrdir. Yol 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda bu yolda torpaq işləri və süni qurğuların inşası prosesi gedir. Bundan əlavə, yol boyunca 7 yeni avtomobil körpüsünün inşası davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq. Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.

 

Onu da qeyd edək ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

 

Dövlətimizin başçısına Füzuli-Hadrut avtomobil yolunun layihəsi barədə də məlumat verilib. Başlanğıcını Zəfər yolundan götürən bu yol yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Bundan əlavə, uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir. İkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaq.

 
 




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.

Yol-xeber.az xəbər verir ki, ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.

Qeyd edək ki, Suqovuşan-Xan arxının 37 kilometr betonlama işinin layihəsi də artıq hazırlanıb. Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilib. Bu da fermerlərə növbəli əkini təmin etməyə imkan yaradıb. Fermerlər artıq iki mərhələdə işləyə bilirlər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtərə səfəri çərçivəsində Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

"Ölkə.az" xəbər verir ki, dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.

Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.

Azərbaycan Prezidenti Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.




Yol-xeber.az-ın məlumatına görə, Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupunun 6-cı iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iclas çərçivəsində iştirakçı ölkələrin dəmir yolu nəqliyyatı üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Cəmiyyət sədri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti və bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, dəhliz yalnız iştirakçı deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər ölkələrin də inkişafında əhəmiyyətli rol oynayacaq, iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.

Cavid Qurbanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi sayəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı və fəal rolundan söhbət açıb. Bu təşəbbüskarlığın təzahürü olaraq dəhlizə beynəlxalq maraq ildən-ilə güclənir.

Tədbirdə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktor müavini Vyaçeslav Pavlovski, “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəisinin birinci müavini Pyotr Dulub, İran İslam Respublikası Dəmir Yollarının ticarət və istismar üzrə vitse-prezidenti Murteza Cəfəri, Finlandiya Dəmir Yolları konserninin (“VR Group LTD”) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladislav Şepetovski iştirak ediblər. Yığıncağa  onlayn formatda Hindistanın CONCOR konteyner korporasiyasının prezidenti Kalyana Rama da qoşulub.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynovun sədrliyi ilə keçən İşçi qrupun 6-cı iclasının iştirakçıları ötən toplantının qərarlarının icrası və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindəki daşımaların inkişafı üzrə işlərin gedişatı ilə tanış olublar. Kağız məhsullarının konteynerlərlə Finlandiyadan Hindistana daşınması layihəsinin nəticələrinə baxılıb, mövcud trafik həcmi və Hindistandan Azərbaycan, Rusiya, Belarus və Avropa Birliyi ölkələri istiqamətlərinə konteyner yüklərin cəlb edilməsi perspektivləri, eləcə də AB ölkələrindən konteynerlərin geri yüklənməsi ilə bağlı məsələlər müzakirə olunub. Dəhliz iştirakçıları tərəfindən cəlbedici tarif şərtlərinin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu boyunca konteyner qatarlarının təşkilində elektron məlumat mübadiləsinin tətbiqi, dəhlizin milli hissələrində infrastrukturun inkişafı, Astaradakı (İran) yükləmə terminalının yük potensialının artırılması, Astara-Rəşt və Zahedan-Çabahar dəmir yolu xətlərinin tikintisi və digər mövzular gündəlikdə yer alan əsas məsələlər olub. İclasda Finlandiya Dəmir Yolları konserni (“VR Group LTD”) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupuna üzv qəbul edilib.

Görüş çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC nümayəndələri ilə İran, Rusiya, Belarus və Finlandiya dəmir yolları təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər müzakirə olunub.

İclasın sonunda müvafiq protokol imzalanıb.

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb və 21 may 2002-ci il tarixindən qüvvəyə minib. Azərbaycan "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında" sazişə 2005-ci ildə qoşulub.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradacaq.



Yol-xeber.az-ın məlumatına görə, Sentyabrın 23-24-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.

Qeyd olunub ki, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır.

Bildirilib ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.

“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC,  “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradze, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının Baş direktoru Hasan Pezük, “Aktau Beynəlxalq Dəniz Ticarət limanı” SC-nin sədri Abay Turikpembayev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və “Port Kurık” SC-nin sədri Serik Axmetov iştirak ediblər.

Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində  artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açılıb.  Azərbaycan regionda bir sıra vacib beynəlxalq layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarıdır. Ölkəmiz beynəlxalq daşımalara, multimodal infrastrukturun genişləndirilməsinə əhəmiyyətli təsir göstərən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində aktiv rol oynayır. Cavid Qurbanov görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində faydalı olacağına, təklif və tövsiyyələrin dəmir yolu sahəsində tətbiqinin iştirakçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

İki gün davam edən toplantıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinin və 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqi; BTNM BA HŞB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi; Assosiasiasiyanın intellektual mülkiyyət hüququnun (loqotipi və adının) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosunda müdafiəsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda birgə müəssisənin yaradılması; Orta Dəhlizin (Middle Corridor) 2025-ci ilə qədər inkişaf strategiyasının işlənib hazırlanması və Avropa İttifaqında mövcudluğunun genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.

Müzakirələrdən sonra “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin Mərkəzi Asiya regionundakı nümayəndəliyi rəhbərinin müavini Haydar Abdikerimov “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov BTNM-in inkişafı üzrə İşçi Qrupunun rəhbəri təyin olunub.

Eyni zamanda “Pasifik Eurasiya Lojistik Diş Ticarət A. Ş.” (Türkiyə) şirkəti quruma assosiativ üzv qismində qəbul olunub.

Yığıncağın sonunda müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən ilk “Nomad ekspress” sınaq konteyner qatarı 3 avqust 2015-ci ildə yola salınıb.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilib. 

Neftçilər prospektindən başlayan yürüş Prezident İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib. 

Yürüşdə Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib. 

Azərbaycana, onun xalqına layiqli övlad olmağa, daim Vətənin keşiyində cəsarətlə dayanmağa and içən gənc kursant və hərbçilər ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızı dərin ehtiramla anır, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi zəfərini şərəflə xatırlayır. 

44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. 

Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi. 

Düşmənin hədəf aldığı Gəncə şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər. 

Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın sonsuzluğunu bir daha nümayiş etdirib.

 

 






 



Daxili İşlər Nazirliyində (DİN) axtarış işinin, müvəqqəti saxlama yerlərində xidmətin təşkili, orqan və hissələrdə qanunçuluğun təmini üzrə fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.

"Ölkə.Az" xəbər verir ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov öncə əməliyyat-xidməti fəaliyyətin nəticələrinə toxunaraq cari ilin 8 ayında cinayətlərin 85,3 faizinin açıldığını, qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, qrup halında və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin ötən ilin 8 ayı ilə müqayisədə xeyli azaldığını, qanunsuz dövriyyədən 1 ton çox, yəni 2,5 tona yaxın narkotik vasitənin çıxarıldığını, bu cinayətlərə görə 3 634 nəfərin məhkəmə məsuliyyətinə cəlb edildiyini və başqa müsbət nəticələrin əldə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, kriminogen duruma təsiri, vətəndaş məmnunluğuna nail olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından Kollegiyanın müzakirəsinə çıxarılan hər üç məsələnin aktual olduğunu bildirib.

İclasın gündəliyi üzrə Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis polkovniki Elman Qasımov məruzə ilə çıxış edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən, eləcə də xidməti fəaliyyətdə mövcud olan çatışmazlıqlardan və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlərdən danışıblar.

Müzakirə olunan məsələlər ətrafında bır sıra ərazi orqanlarının rəisləri çıxış edərək görülmüş işlər və mövcud nöqsanların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Kollegiya iclasına yekun vuran general-polkovnik Vilayət Eyvazov hər üç məsələ ilə bağlı qarşıda duran vəzifələri müəyyən edərək konkret tapşırıqlar verib, həmçinin əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcək.

 

 

 
 
 


Yol-xeber.az-ın məlumatına görə, Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının (TDƏŞ) 30-cu yubiley Plenar iclası Moskvada videokonfrans formatında təşkil edilib. İclasda Avropa, Asiya və MDB ölkələrinin dəmir yolları qurumlarının rəhbərləri, dövlət təşkilatlarının nümayəndələri, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın icraçı katibi, müxtəlif ölkələrin qabaqcıl ekspeditorları, liman şirkətləri, telekommunikasiya və marketinq şirkətlərinin nümayəndələri təmsil olunublar.

Tədbirdə TDƏŞ-in sədri, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru – İdarə Heyətinin sədri Oleq Belozyorov “Trans-Avrasiya daşımalarının inkişaf perspektivləri, çağırışlar və meyillər” mövzusunda məruzə ilə çıxış edib.

Açıq dialoq formatında davam edən tədbirdə Trans-Avrasiya multimodal daşımaların hazırkı vəziyyəti və gələcək planları, eləcə də TDƏŞ-in nəqliyyat əlaqələrinin inkişafındakı rolu barədə dövlət qurumları, dəmir yolu rəhbərləri, nəqliyyat-ekspeditor təşkilatları və assosiasiyaları arasında fikir mübadiləsi aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov təşkilatın 30-cu yubiley iclası münasibəti ilə iclas iştirakçılarına təbrikini çatdırıb və iclasın uğurlu keçəcəyindən əminliyini ifadə edib. O, “Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə 2019-cu ilin sentyabr ayında TDƏŞ-ə daimi üzv qəbul edildiyini xatırladaraq, bunun ölkəmiz üçün yük daşımaları sahəsində yeni imkanlar açdığını, fəaliyyət dairəmizin daha geniş beynəlxalq marşrutları əhatə etməsinə şərait yaratdığını diqqətə çatdırıb. Cəmiyyət sədri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində ərazilərimizi işğaldan azad etməsinin region ölkələri ilə dəmir yolu sahəsində əlaqələrin inkişafına, müxtəlif qlobal əhəmiyyətli ölkələrin bir-biriləri ilə daha qısa və sərfəli dəmir yolu,  digər kommunikasiya bağlantılarına şərait yaratdığını xüsusi vurğulayıb. TDƏŞ çərçivəsində ADY tərəfindən müəyyən işlərin görüldüyünü qeyd edən sədr, o cümlədən infrastruktur sahəsində aparılan işlər, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin bir hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttinin rekonstruksiyası və Astara terminalının tikintisi barədə məlumat verib.

O, həmçinin Rusiyanın Uzaq Şərq limanlarından istifadə edilərək Asiya –Sakit okean regionu ölkələrindən Azərbaycandan tranzit keçməklə, Türkiyə və Avropaya yük daşımalarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialından istifadə olunması perspektivlərini xüsusi qeyd edib.

İclasda TDƏŞ-ə üzv aparıcı ekspeditor və operator şirkətlərinin rəhbərləri tərəfindən Trans-Avropa daşımalarında uğurlu intermodal nəqliyyat xidmətləri təqdim edilib, rəqabətqabiliyyətli nəqliyyat-loqistika məhsullarının yaradılması təcrübəsi bölüşülərək beynəlxalq yük daşımalarında dəmir yolu və dəniz limanlarının infrastrukturunun səmərəliliyinin artırılması ilə əlaqədar təkliflər səsləndirilib. Multimodal xidmətlərin davamlı fəaliyyətinin zəruri elementləri kimi dəniz limanlarının dəmir yolları ilə effektiv qarşılıqlı əlaqəsinin qurulması və yük daşımaları üzrə digər loqistika iştirakçıları ilə sinxronizasiya yollarına da nəzər salınıb.

Tədbir iştirakçıları dəniz limanlarının rəqabət mövqelərinin saxlanılmasında yüklərin diversifikasiyası, xərclərin optimallaşdırılması və konteynerlərdən istifadə təcrübəsini bölüşüblər.

Sonda Trans-Avrasiya Daşımaları üzrə Beynəlxalq Əlaqələndirmə Şurasının təşkilati məsələlər, o cümlədən yeni üzvlərin qəbulu, İşçi qrupların iş planlarının təsdiqi və digər məsələlər müzakirə edilib.  




Şəhid ailəsindən cənab Saleh Məmmədova TƏŞƏKKÜR
Şəhid ailəsindən cənab Saleh Məmmədova TƏŞƏKKÜR ...
 

Xəbər lenti