Bu gün dəyərli Azərbaycan ziyalısı-insanlıq nümunələrini geniş ürəyində, nəcib əməllərində yaşadan xeyirxah insan, gözəl şair, xalqını, millətini, dövlətini qəlbən sevən tutarlı millət vəkili-Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri, Dədə Şəmşir ocağının layiqli nümayəndəsi Cavid Qənbər oğlu Qurbanovun doğum günüdür!
Təbrik edirəm hörmətli Cavid müəllim. Sizə xalqımızın, millətimizin xoşbəxt gələcəyi naminə ALLAHdan möhkəm can sağlığı, uzun və mənalı ömür, yüksək yaradıcılıq imkanları, həyat və fəaliyyətinizdə əlçatmaz uğurlar arzulayıram! 100 yaşayın!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.

Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.

Qeyd edək ki, bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

 

 

 

 

 

 

 

 

 



“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə 21 may 2020-ci il tarixində dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə layihənin icrası davam etdirilir.

Sentyabrın 2-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri tərəfindən layihənin gedişatı barədə ətraflı məlumat təqdim edilib və ADY-nin strateji məqsədləri və digər məsələlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkədə və regionda baş verən son siyasi və iqtisadi yeniliklərdən söhbət açaraq onların ADY-nin fəaliyyətinə mümkün təsirlərini qeyd edib. Sədr dəmir yoluna cəlb olunan investisiyaların məqsədyönlü və səmərəli olması, əməliyyat xərclərinin optimallaşdırılması və xüsusilə tranzit dəhlizlərdə gəlirliliyin artırılmasının strateji önəmini vurğulayıb. Həmçinin, dünyanın bir çox ölkələrində olduğu kimi, dəmir yolunun sərnişindaşıma sahəsində sosial məsuliyyətinin uğurla davam etdirilməsinin və infrastruktur xidmətlərinin lazımi səviyyədə saxlanılması üçün bu sahələrə investisiya yatırılmasının vacibliyini qeyd edib.   

Daha sonra, McKinsey&Company şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “ADY” QSC-nin İdarə Heyətinə dünyanın ən uğurlu dəmir yollarının təcrübələrindən nümunələr təqdim olunub və ADY-nin strateji məqsədlərinin hansı istiqamətlərdə formalaşdırılmasına dair məsləhətlər verilib.




Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan yaşayış məntəqələrini deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

 

Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sona çatıb.

 

Sözügedən avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.

 

Qeyd edilən avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edib. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunub.

 

YOLUNUZ HƏR ZAMAN AÇIQ VƏ RAHAT OLSUN!

 
 

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun qardaşı oğluna yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi Əkbər Şəmşirli vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsində vəzifəyə təyin olunub. Onun yerinə isə Qazax RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Murad Qurbanov təyin olunub.

Qeyd edək ki, Əkbər Şəmşirli Cavid Qurbanovun qardaşı oğludur.

“Azərbaycan Dəmir Yolları” QSC-də ölkə başçısının çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli  iclas keçirilib.

“Yol-xeber.az” xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri, o cümlədən QSC-nin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub.

Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi və dəstəyi ilə son illərdə nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini təmin etmək məqsədilə bir sıra mühüm qərarlar qəbul olunaraq ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, həmçinin “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.

“Asiya İnkişaf  Bankı” ilə instusional islahatlar sahəsində aparılmış əməkdaşlıq çərçivəsində fəaliyyətə əsaslanan korporativ və insan resursları idarəedilməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya istiqamətində layihələr, maliyyə sisteminin müasir tələblərə uyğun qurulması, borcların restrukturizasiyası və digər məsələlərlə  bağlı bir sıra işlər yerinə yetirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dövlət başçısı İlham Əliyevin çıxışında səmərəliliklə bağlı qeyd edilən haqlı iradları iclasda səsləndirərək, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinin, idarəetmə sistemində münasibətlərə yeni müstəvidə baxılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb. 

“Azərbaycan Dəmir Yolları” QSC 2030” yeni strategiyasının hazırlaması üçün böyük təcrübəyə malik olan “McKinsey&Company” şirkəti ilə əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin surətləndirildiyi bildirilib. 

İclasda COVID-19 pandemiyasının dünya dəmir yolları şəbəkəsinə, o cümlədən QSC-nin fəaliyyətinə təsirindən söhbət açılıb. Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə pandemiyanın yaratdığı çətin şəraitə baxmayaraq, ötən ilin birinci yarısı ilə müqayisədə yük daşımalarda artımın müşahidə olunduğu bildirilərək, ölkənin tranzit şəbəkəyə çevrilməsi istiqamətində səylərin bundan sonra daha sürətlə davam etdiriləcəyi vurğulanıb. 

Yekunda Prezidentin tapşırığı istiqamətində işləri sürətləndirmək, o cümlədən səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması məqsədilə təhlillərin aparılması ilə bağlı zəruri addımların atılması qərara alınıb.

 

 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.

Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

Dövlət başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.

***

İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Dövlət başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

 




 


"Polis xalqımıza, müstəqil Azərbaycan dövlətinə, onun hər bir vətəndaşına xidmət edir".
Azərbaycanda yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə başlandığı ilk günlərdən polislər nümunəvi davranışları ilə diqqət çəkirlər.

Son aylar ərzində dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə Azərbaycanda yüksək səviyyədə təşkil olunub. Bu istiqamətdə işlər lap əvvəlcədən düzgün istiqamətdə aparıldı. Ona görə də atılmış addımlar, görülmüş qabaq­layıcı tədbirlər həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar, o cümlədən Ümumdün­ya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi. Ciddi tədbirlərin görülməsi ölkəni böyük bəladan xilas etdi. Qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər pandemiyanın ge­niş vüsət almasının qarşısını almağa imkan verdi. Nəticədə Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı bir çox inki­şaf etmiş ölkələrlə müqayisədə kifayət qədər az oldu.

“Polisin həm adi, həm də ekstremal vəziyyətlərdə əsas vəzifəsi asayişi qorumaq, ictimai təhlükəsizliyi təmin etməkdir. Bundan əlavə, polis zəruri hallarda dövlət rəhbərliyinin qanuni qərarlarına uyğun olaraq öz funksiyaları çərçivəsində digər işləri də icra edir. Ancaq son illərdə baş vermis bəzi təbii və texnogen fəlakətlər zamanı, xüsusən də üzdəniraq koronavirus pandemiyasının yayıldığı, ölkə rəhbərliyinin bu bəlaya qarşı mümkün və lazımi tədbirlər gördüyü bu günlərdə məlum oldu ki, polis yaxşı mənada öz vəzifə funksiyalarından kənara çıxaraq çiyninə daha ağır yüklər götürür. 

Bu gün vətəndaşlarımızın böyük hissəsi Azərbaycan polisinin xalqın asayişinin, rifahının və sağlamlığının qorunmasına yönəlmiş fəaliyyətini yüksək qiymətləndirir. Belə dar, çətin məqamda biz bir daha polisin bütün varlığıyla yanımızda olduğunun şahidi olduq. Gəlin, biz də vətəndaş olaraq boynumuza düşənləri düzgün icra etməklə onlara da, həkimlərimizə də dəstək olaq…

Küçələrdə, yollarda, nəqliyyatda, xəstəxanalarda asayişi təmin etməklə onlara bu ağır işdə dəstək olan, gecə-gündüz vətəndaşları karantin qaydalarına riayət etməyə çağırmaqdan yorulmayan cəfakeş Azərbaycan polisləri də alqışa layiqdir. Onları da alqışlamaq və zəhmətlərini düzgün dəyərləndirmək gərəkdir…”

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, verdiyi böyük dəyərə və etimadına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əminliklə diqqətə çatdırıb ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcək.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

 

 

 

 

 

 

Xəbər lenti