Bakı səmasında uçan naməlum obyekt peyda olub - FOTO
6-7 saniyədən sonra gözdən itib

Bakıda uçan naməlum obyektin görüntüsü sakinlər tərəfindən qeydə alınıb.
Yol-xeber.az-ın məlumatına görə paytaxtın Əhmədli qəsəbəsində yaşayan sakinlərdən biri iddia edir ki, səmada uçan naməlum obyekt peyda olub. Həmin naməlum obyekt 6-7 saniyədən sonra sürətlə hərəkət edərək gözdən itib.

Qeydə alınmış fotoları sizə təqdim edirik.

 


 

9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı həyata keçirilən təbliğat-təşviqat kompaniyasının dayandırılmasına artıq saylı günlər deyil, saylı saatlar qalıb. Bu kompaniyanın gedişi zamanı ayrı-ayrı dairələr üzrə seçici rəğbəti qazanan, həmçinin seçici nifrəti qazanan namizədlər də oldu. Həqiqət naminə qeyd edək ki, 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd Abulova Vəsilə Çapay qızının apardığı uğurlu təbliğat-təşviqat kompaniyası, adı çəkilən bu xanımın hansı qabiliyyətə malik olduğunu, hətta hədsiz dərəcədə seçici rəğbəti qazandığını da aşkara çıxartdı. Çünki, hər bir seçici canlı şəkildə şahid oldu ki, Vəsilə xanım təmsil olunduğu dairənin ayrı –ayrı kənd və qəsəbələrində, irili-xırdalı yaşayış məntəqələrində keçirdiyi görüşlər uğurlu alındı, hər görüşdə izdiham yaşandı. Bu da onu söyləməyə əsas verir ki, məhz 99 saylı Şəmkir kənd seçki dairəsi ərazisində qeydiyyatda olub yaşayan seçicilər, 9 fevral günü bu xanım namizədə səs verib onu qalib edəcəklər.

Vəsilə Abulova gənc olmaqla bərabər, eyni zamanda millət vəkili olmaq üçün özündə lazımi göstəriciləri cəmləşdirən bir xanımdır. Ona görə də, bu dairənin seçicilərinə bir daha çağırış edib, seçki günü Vəsilə xanıma səs verməyə dəvət edirik. Yəqin ki, təbliğat-təşviqat kompaniyasının gedişi zamanı adı çəkilən bu xanımın insanlara qarşı münasibəti, özündə formalaşdırdığı qabiliyyəti, ötən günlər ərzində dairə ərazisində üstünlüyü əldə edib saxlamaq bacarığı, millət vəkili olacağı təqdirdə özünü nə dərəcədə doğruldacağı və s. hər kəsə bəlli oldu. Bütün bunları əsas tutaraq, 99 saylı Şəmkir kənd seçki dairəsi ərazisində qeydiyyatda olub yaşayan seçiciləri Vəsilə Abulovanın qalib olması üçün, ona səs verməyə çağırırıq. Bu xanıma səs vermək, onu qalib etmək, əslində həm bugünümüzün, həm sabahımızın uğuru demək olacaq. Çünki, ali qanunverici orqanda potensial qabiliyyəti olan belə şəxslərin təmsil olunmalarına daha çox ehtiyac duyulur.

Hörmətli seçicilər! Siz 9 fevral günü 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd Abulova Vəsilə Çapay qızına “hə”deməklə, gələcəyimizə təminat vermiş olacaqsınız!

Hazırladı: Xəlil Yusifoğlu

    



99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd Vəsilə Çapay qızı Abulovanın seçicilərlə keçirdiyi davamlı görüşlər, gündəlik yeni mərhələyə qədəm qoyur. Bu da o deməkdir ki, 9 fevral günü bu dairənin qalibi adı çəkilən xanım olacaq. Bu gün Şəmkirin İrmaşlı kəndində keçirilən görüşdə bənzəri olmayan izdiham yaşanır ki, bu da Vəsilə Abulovaya göstərilən seçici rəğbətinin varlığı deməkdir. Görüşdə ağsaqqallar, ziyalılar, gənclər, bir çox kənd sakinləri, müharibə veteranları, azyaşlılar və s. iştirak edirlər ki, bu da keçirilən görüşə yeni bir stimul verir. Daha çox diqqəti cəlb edən hal o olur ki, ağsaqqalların, ziyalıların ünvanladıqları hər bir suala, onları maraqlandıran məsələlərə, bir sözlə kənd sakinlərini düşündürən hər bir problem və məsələyə Vəsilə xanım məntiqlə cavab verir. Sözsüz ki, ali qanunverici orqana iddialı olan hər bir şəxs, adı çəkilən bu xanım kimi hazırlıqlı, elmli, savadlı olmalıdır ki, ilk gündən seçici inamını qazana bilsin. Bəli, belə bir göstəriciləri özündə cəmləşdirən, yüksək insani keyfiyyətləri ilə hər kəsin diqqətini özünə cəlb edən, hər kəsə qayğı və səmimiyyətlə yanaşan bu xanım namizədin hər danışığı, etdiyi çıxışları seçiciləri heyran edir. Ona görə də, seçicilərin bu xanıma inamı, hədsiz etibarı var.

Bugünkü görüşdə isə, daha çox əhəmiyyət kəsb edən halın varlığı 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd Vəsilə Abulovanın ağsaqqallardan xeyr-dua alması olur. Bəli, ağsaqqal xeyr-duası həm keçərli, həm də düşərli olur. Ona görə də, bu gün hər kəsdə belə bir inam hissi var ki, 9 fevral günü Vəsilə xanımın qalib çıxacağı danılmazdır.

Hazırladı: Xəlil Yusifoğlu

F.Faiqoglu

Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq
Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq
Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq
Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq
Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq


Şimal və cənub istiqamətində görüləcək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir

“Keçən il, eyni zamanda, nəqliyyat sahəsində bizim böyük layihələrimiz icra edilibdir. Onların arasında Bakıətrafı dəmir yolu xəttinin çəkilişini xüsusilə qeyd etmək istərdim. Biz vaxtilə “elektriçka” adlandırılan dəmir yolu nəqliyyatını ən müasir səviyyədə bərpa etmişik, ən aparıcı şirkətin istehsal etdiyi qatarları gətizdirmişik. Qəsəbələrdə dəmir yolu stansiyaları tikilibdir və bu proses davam etdiriləcək. Bu il artıq Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcəkdir. Ondan sonra hələ ki, dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur. Eyni zamanda, qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, sürət daha da artsın. Buna böyük dərəcədə nail olmuşuq, xüsusilə qərb istiqamətində. Şimal və cənub istiqamətində görüləcək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

“Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bu, bizim tarixi qələbəmizdir. Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Ələt Beynəlxalq Dəniz Limanı Xəzərdə ən böyük dəniz limanıdır. Gəmiqayırma zavodu bizim üçün tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal edə bilər. İndi pulumuz Azərbaycanda qalır, xaricə getmir. Biz indi tankerləri, yük gəmilərini özümüz istehsal edirik. Mən ancaq 16 il ərzində görülmüş işlərin əsas məqamlarını qeyd edirəm.

 

Dəmir yolunun bərpası və çəkilişi ilə bağlı. Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək. Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir. Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb.

Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində iş aparılır. Bu il vəsait də nəzərdə tutulur. Bu il şəhərlərarası dəmir yolları arasında Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Giriş sözümdə dediyim kimi, Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdirilməsi nəzərdə tutulur”, - dövlət başçısı əlavə edib.



2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2019-cu ilin yekunlarına və 2020-ci il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclası keçirilib. İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra dövlət agentliyinin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb. Saleh Məmmədov Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edildiyini bildirib.

Qeyd olunub ki, ölkə başçısının sədrliyi ilə 2019-cu il 11 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, cənab Prezident yekun nitqində yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıq qoyaraq bildirmişdir ki, 2019-cu ildə ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var.

Bu tapşırıq Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilib. Belə ki, 2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq 1376.6 km uzunluğunda 56 layihə başa çatıb. Bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir. Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km oln 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri  yerinə yetirilmişdir.

 

Kollegiya iclası zamanı o da xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyev yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır, avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edərək, öz dəyərli tövsiyə və tapşırıqlarını verib.

Qeyd olunub ki, yol infrastrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası, qəsəbədaxili avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən, 2020-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.

Qeyd olunub ki, 2020-ci ildə ilkin mərhələdə 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulmuşdur. Bundan başqa cari ildə respublika əhəmiyyətli və magistral yolların da tikintisi davam etdiriləcək və bir çoxunda işlərin başa çatdırılması nəzərdə tutulub.

 

 



123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Goranboy rayon ərazisində davam etdirmişdir. Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdığı Goranboy rayon Veyisli qəsəbəsində, Goranboy rayonda yerləşən yeni məcburi köçkün qəsəbəsində, Qaraçinar və Böyrü kəndlərində məskunlaşan məcburi köçkünlərlə görüşmüşdür.

Görüşdə çıxış edən Aqil Məmmədov seçkilərə Yeni Azərbaycan Partiyasının Daha güclü Azərbaycan naminə şüarı ilə qoşulduğunu bildirərək əgər seçiciləri seçkilərdə ona etimad göstərib səs verib Millət Vəkili seçəllərsə kəlbəcərlilərin haqq səsi olacağını, daima onların yanında olub onlar üçün çalışacağını, ölkəmizin inkişafı üçün var gücü ilə xidmət edəcəyini qeyd etmişdir. Görüşdə iştirak edən sakinlər çıxış edərək, Parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz verdilər.

Görüntünün olası içeriği: 6 kişi, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 16 kişi, iç mekan

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve kalabalık

Görüntünün olası içeriği: 22 kişi

Görüntünün olası içeriği: 7 kişi

Görüntünün olası içeriği: 12 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve açık hava

Görüntünün olası içeriği: 14 kişi, gülümseyen insanlar, kalabalık ve açık hava

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 8 kişi, ayakta duran insanlar, takım elbise ve düğün

Görüntünün olası içeriği: 9 kişi, gülümseyen insanlar, ayakta duran insanlar

Görüntünün olası içeriği: 13 kişi, ayakta duran insanlar, takım elbise, düğün ve açık hava

Görüntünün olası içeriği: 13 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve iç mekan

Görüntünün olası içeriği: 20 kişi, gülümseyen insanlar, kalabalık, düğün ve iç mekan

Görüntünün olası içeriği: 25 kişi, gülümseyen insanlar, düğün, takım elbise ve iç mekan



Vəsilə Abulova


Ötən ayın sonunda Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə, məhz parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyyə edən qərar qəbul etdi və bununla bağlı ictimaiyyətə, hakim siyasi partiyanın sədr müavini-icra katibi Əli Əhmədov geniş açıqlama verdi. Partiya funksioneri verdiyi açıqlamasında bildirdi ki, “YAP-ı təmsil edən millət vəkilləri parlamentə müraciət ünvanlamağa qərar veriblər və onların müraciətləri Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, rəhbərlik ünvanlanan müraciətin yaxın zamanlarda parlamentin müzakirəsinə çıxarılmasına nail olacaq”. Bəli, belə bir müraciət parlamentdə müzakirəyə çıxarıldıqdan sonra, millət vəkillərinin tam əksəriyyəti ali qanunverici orqanın buraxılmasına səs verdilər. Beləliklə, beşinci çağırış Milli Məclis tam tərkibdə buraxıldı və 2020-ci ilin 09 fevral tarixdə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vaxt da təyin olundu. Artıq seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı, Mərkəzi Seçki Komissiyası tərəfindən bütün zəruri tədbirlər görülməkdədir. Yəni, növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin “Təqvim planı” da qəbul olunub. “Təqvim planı”na uyğun olaraq seçkilərin keçirilməsinə dair tədbirlərin, yəni namizədlərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının aparılma müddəti, müşahidəçilərin qeydiyyatı və sair məsələlərə dair vaxt müəyyən olunub və büdcədən ayrılan vəsaitlər hesabına, məhz ölkəboyu belə bir prosesin keçirilməsinə ciddi hazırlıq işləri də görülməkdədir.

Təqribən üç-dörd gün bundan öncə Mərkəzi Seçki Komissiyasından əldə etdiyimiz məlumata görə, 09 fevral 2020-ci il tarixə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət etmiş 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb. Qeydə alınmış potensial namizədlərdən biri də, Azərbaycan Dəmir Yolları QSC-i, Maliyyə idarəsi rəisinin müavini, 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vəsilə xanım Abulovadır. Adı çəkilən bu xanımın xarakterik xüsusiyyəti, iş üslubu, insanlara yanaşma münasibətinin göstəriciləri və s. haqda az-çox məlumatlı olan hər kəs bilir ki, o, hər zaman ictimai həyatda özünün peşəkarlığı və qayğıkeşliyi ilə əksəriyyətdən fərqlənən bir şəxs olub. Daşıdığı vəzifəsinin icraasına başladığı ilk gündən nümunəvi addımlarını atıb, sağlam davranışı və saf düşüncəsi ilə çoxlarına örnək olub. Vəsilə xanım, məhz belə bir addımları ilə qısa zaman kəsiyində hər kəsin rəğbət hissini də qazana bilib. Haqqında söz-söhbət düşərkən, onu tanıyanlar Vəsilə xanım Abulovadan ağızdolusu danışar, əməllərinin yüksək insani hisslərlə bağlı olduğunu dilə də gətirərlər. Hətta onu tanıyan, onun iş fəaliyyəti, həyata baxışı, hər kəsə qarşı fərdi yanaşma münasibəti haqda məlumatlı olanlar onu da qeyd etdilər ki, “Vəsilə xanım Abulova QSC-nin Maliyyə idarəsinə rəis müavini təyin olunduğu ilk gündən özünün isguzarlığı və peşəkarlığı ilə tanınıb. Qısa zaman kəsiyində böyük hörmət-izzət sahibi olub”. Hər kəsə bəllidir ki, Vəsilə xanımın yalnız və yalnız bir amalı var, o da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilən siyasi kursu müdafiə etmək, dövlətimizi, xalqımızı sevməkdir.

Bəli, bu gün də o, heç bir təmənna güdmür və hər zaman ölkə rəhbərinin mövqeyini müdafiə etməklə, yürüdülən siyasi kursa sadiq olduğunu əməli addımları ilə sübuta yetirir. Ona görə də, adı çəkilən bu xanımı öz əqidəsindən heç bir qüvvə heç cür döndərə bilmir və sağlam düşüncəsi ilə lazımi addımlarını atır. O halın varlığını da qeyd edək ki, Vəsilə xanım Abulova ulu öndər Heydər Əliyevi özünün ən böyük idealı hesab edir və onun tarixdə buraxdığı silinməz izlərə dəyər verməklə, sanki öz-özlüyündə qürur hissi də keçirir. Sözsüz ki, belə bir yanaşmaları ortaya qoymaq üçün, namizədliyi 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış Vəsilə xanım Abulova, yüksək texniki biliyə malik olmaqla bərabər, özündə lazımi göstəriciləri cəmləşdirən, ən çətin anlarda düzgün qərar qəbul etməyi bacaran bir xanımdır. O, elə bir xarakterik xüsusiyyətə malik bir şəxsdir ki, hər kəsə diqqət və qayğı ilə yanaşmağı, hər kəsin problemini sanki özünün problemi hesab etməyi, həmçinin həmin şəxsə kömək əlini uzatmağı və s. özü üçün borc bilir. Belə bir addımlarını artdıqca, insanlar qəlbən sevinir, sanki özlərinin güclü olduğunu hiss edib, dövlətimizə, cənab Prezidentimizə inamlarını birəbeş artırırlar. Vəsilə xanım Abulova ona həvalə olunan hər bir işə yüksək səviyyədə yanaşır və verilmiş tapşırıqları, məhz maksimum müddət ərzində yerinə yetirməyə çalışır. Bir sözlə, keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan Vəsilə xanım Abulova, atdığı hər bir addımını “yüz ölçüb bir biçir”, zamanı çatanda isə, yekdil qərarını verməyi bacarır.

Bəli, adı çəkilən bu xanım üzərinə düşən hər bir işi yüksək səviyyədə yerinə yetirdiyindən, bu gün tam əksəriyyətin ona qarşı inam hissi birəbeş artıb. Sözsüz ki, belə bir uğurlara sahib olmaq, heç də hər kəsə nəsib olmur. Özünün peşəkarlığı, həyata baxışının müdrikliyi, ətrafdakılara qarşı bəslədiyi səmimi, insani münasibətlərinin varlığı və s. ilə tam əksəriyyətdən fərqlənən bu xanım, bu gün belə bir uğurlara sahib olduqca, ətrafdakıların ona qarşı rəğbət hissi daha da artır. Ona görə də belə bir qənaətə gəlmişik ki, Vəsilə xanım Abulova millət vəkili seçilərsə, o halda o, seçicilərinin millət vəkili olacaq, ona göstərilən etibarı və etimadı layiqincə doğruldacaq. Odur ki, böyük ruh yüksəkliyi, dərin inam hissi ilə seçkilərə qatılan və hal-hazırda 99 saylı Şəmkir kənd seçki dairəsində ən potensial namizəd olan Vəsilə xanım Abulovaya uğurlar diləyib, seçki günü qalib olmasını arzu edirik. Əslində adı çəkilən bu xanımın qələbə çalması, ona səs verib qalib edən seçicilərinin qələbəsi demək olacaq.

Fərid Faiqoğlu



“Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub

Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də 18 170 nəfər çalışır. Yol-xeber.az xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib. “Ötən il 1 046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 13 65 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5 341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub”, - o deyib. Bundan başqa, sədrin sözlərinə görə, ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfərə isə “Əmək veteranı” adı verilib.

 

“2015-ci illə müqayisədə əmək haqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb”, - C.Qurbanov əlavə edib. 



Ləki Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb

“Azərbaycan Dəmir Yolları" QSC-də 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Yol-xeber.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, cəmiyyətin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib. 

Qeyd olunub ki, ötən il ərzində “Azərbaycan Dəmir Yolları" dövlət başçısının iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib. Prezidentin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin, dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Ləki Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.

C.Qurbanov Prezidentin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb. Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib.

 

İclasda qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Cari məsələlər müzakirə edilib, qurumun struktur bölmələrinə tapşırıqlar verilib.



Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək. Sağ olun.

 
 
 
 
 
OXŞAR XƏBƏRLƏR

Xəbər lenti