|
Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Argentinanın Buenos–Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrocionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Oktyabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gedib.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlət başçısına və birinci xanıma məlumat verib.
***
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin və Bayraq Muzeyinin açılışında iştirak ediblər.
***
Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva eyni zamanda, Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib.
Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilib. Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq.
Qeyd olunub ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. Layihə çərçivəsində zəruri olan yerlərdə suötürücü borular quraşdırılıb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr qoyulub, yol-cizgi xətləri çəkilib. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib.
Avtomobil yolunun inşası 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək. Eyni zamanda, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək. Bu yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.
Dövlət başçısına Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir olunması barədə də məlumat verildi. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən yüksək keyfiyyətlə aparılıb. Əsaslı təmir olunan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə iki metr enində çiyinlər və genişləndirildikdən sonra eni 9 metrə çatdırılan hərəkət hissəsi daxildir. Tikinti layihəsinə əsasən yolboyu mövcud olan beş avtomobil körpüsünün əsaslı şəkildə təmiri də aparılıb. Suların ötürülməsi üçün yolun altında müxtəlif ölçülü 68 ədəd dəmir-beton borular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət edilərək görülüb.
Əsaslı təmir edilən Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyevə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verildi. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsini əhatə edən yol başlanğıcını Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometrliyindən - Qax şəhərinin girişindən götürür. Yol Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometrinədək uzanır. Ümumi uzunluğu 29,8 kilometr olan yol üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metrdir.
Layihə çərçivəsində 52 ədəd suötürücü boru tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yeri dəyişdirilib, 4 yerdə heyvanların keçidi inşa olunub. Tikinti işləri zamanı Qum çayı üzərində uzunluğu 23,2 metr və Süzgənc çay üzərində uzunluğu 46 metr olan dəmir-beton körpülər tikilib. Dərnə, Atagar, Muxax və Lekit çayları üzərində yerləşən mövcud körpülərdə isə əsaslı bərpa və bərkitmə işləri aparılıb.
Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.
Sonra Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib.
Həmin yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək. Yolun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir.
“Qafqazinfo” xəbər verir ki, Azərtac sözügedən yolun maraqlı fotolarını yayıb. Həmin görüntüləri təqdim edirik:
Azərbaycanın dağlıq rayonlardan olan Daşkəsənə ilk qar yağıb.
“Qafqazinfo” xəbər verir ki, günorta saatlarından yağan sulu qar axşam saatlarında qara çevrilib. Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir fəsada yol açmayıb.
Yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az müşahidə edilsə də, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 15-20 santimetrə çatıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq kəndlərarası yollarda, o cümlədən yeni inşa olunmuş 25 kilometrlik Daşkəsən- Əmirvar-Qabaqtəpə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.
İddiaya görə, Sultanqazidə tərk edilmiş halda olan diplomatik nömrəli avtomobildə aşkarlanan kimyəvi qoruyucu maska cinayətdə xüsusi hazırlanmış asit turşusundan istifadə edildiyinə dair ehtimalı gücləndirib. Mikrobiologiya mütəxəssislərinin sözlərinə görə, cəsədin yox edilməsi üçün istifadə edilən asit turşusu sümük, daxili orqanları, saç və dişlər də daxil olmaqla hər cür toxumanı qısa müddət ərzində əridərək mikroskopik parçalara ayıra bilir. Kəşfiyyat və təhlükəsizlik gücləri axtarış fəaliyyətinə bu ehtimalı da daxil ediblər.
Qeyd edilir ki, Məkkə və Mədinədə dəfn mərasimi zamanı cəsədin asitlə əridilməsi tez-tez istifadə olunan bir üsuldur. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulun evinin bağçasındakı quyudan götürülən su nümunəsində kimyəvi maddəyə aid iz axtarılır.
Dünən axşam isə Baş konsulluğun olduğu küçədə xüsusi bir şirkət tərəfindən robot kameralarla kanalizasiyada araşdırma aparılıb.
Azərbaycan Prezident İlham Əliyev oktyabrın 29-da Türkiyəyə səfər edəcək.
Prezident İlham Əliyev Qobustan rayonunun Qobustan-Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.