Azərbaycan əhalisinin böyük bir qismi Yeni ili evdə qeyd edib.

Bu nəticə Axar.az-ın keçirdiyi onlayn sorğu əsasında hazırlanıb.

Sorğu iştirakçılarının 93.4 faizi Yeni ili evdə, 4.5 faizi xarici ölkədə, 1.2 faizi restoranda, 0.8 faizi isə istirahət mərkəzində qeyd etdiyini bildirib.


11:46

Azərbaycanda yanvar ayının ilk günü üçün hava proqnozu açıqlanıb.

Ardını oxu...


Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.

Axar.az xəbər verir ki, 26 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib.

Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub.

O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir.

 

Mehriban Əliyeva qızları ilə bayram şənliyində

Bu gün Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Nağıl və musiqili-əyləncəli proqrama uşaq evlərinin sakinləri, yaradıcı uşaqlar və yeniyetmələr - ümumilikdə 500-dək heyət, o cümlədən Azərbaycanın tanınmış estrada ulduzları qatılıb.

 

Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi məkana onlar üçün ayrılmış avtobuslarla gəliblər.

Şənlikdə uşaqlara səhnələşdirilmiş nağıl və musiqili-əyləncəli proqram təqdim edilib.

Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.

 














 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib.

Ardını oxu...


Bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 27 il ötür.

Ardını oxu...

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Himayəçilər Şurası yaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşdırılıb.

İnstitutdan Axar.az-a verilən məlumata görə, şuranın tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov daxil ediliblər.

Dekabrın 27-də Himayəçilər Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şuranın sədri seçilib.

Qeyd edək ki, Himayəçilər Şurasının səlahiyyətlərinə Azərbaycan İlahiyyat İnstitutunun strateji inkişaf proqramını təsdiq etmək; İnstitutun fəaliyyət istiqamətlərinə nəzarət etmək; elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə; fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə; beynəlxalq əlaqələrinin qurulmasına; Aİİ məzunlarının işlə təmin olunmasına dəstək vermək kimi məsələlər daxildir.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.


13:11

Telman İsmayılov Monteneqro vətəndaşlığı alıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Maş” Teleqram kanalı yayıb.

Telman İsmayılovun qardaşı Vaqif İsmayılovun isə İtaliya vətəndaşlığı aldığı və ailəsi ilə birgə burada yaşadığı vurğulanıb.

Telman İsmayılovun vəkili Marina Rusakova isə “RİA Novosti” agentliyinə açıqlamasında müvıkkilinin hələ də Rusiya vətəndaşı olduğunu deyib. O, İsmayılovun Monteneqro vətəndaşlığı almasına heç bir reaksiya verməyib.

Qeyd edək ki, Telman İsmayılov Rusiya tərəfindən beynəlxalq axtarışa verilib. O, qətldə və qanunsuz silah dövriyyəsində ittiham olunur.

Rusiya qanunvericiliyinə əsasən, ölkə vətəndaşı eyni anda başqa bir ölkənin də vətəndaşlığını ala bilər.


Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Televiziyası ilə birlikdə yeni layihəyə başlayır.

Bulvar İdarəsindən Axar.az-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start götürəcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla Teatrının arxasında yerləşən meydanda keçiriləcək.

“Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də uşaq musiqi kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq. Konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil. Dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür.

Qeyd edək ki, birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsetlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.


Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.

Bildirildi ki, bu istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib. Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub. Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə son dövrlərdə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni park, xiyaban və istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin davamıdır.
Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək üçün görülən məqsədyönlü işlərdəndir. Yenidən qurulan bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir.
Yeni park və xiyabanların salınması ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin daha bir nümunəsidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər ardıcıl şəkildə və yüksək keyfiyyətlə davam etdirilir.

Xəbər lenti