![]() |
|
Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha dörd potensial rəqibi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya) və “UE Santa Koloma” (Andorra) ilə qarşılaşa bilər.
Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.
Qeyd edək ki, Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk) klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi.
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, qurumun inzibati binasında təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq.
Toplantının gündəliyinə 4 məsələ daxil edilib.
Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.
İclasda milli komandaya baş məşqçinin təyinatı gözlənilmir.
UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.
Yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşıb. Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə məhsuldar heç-heçə (2:2) qeydə alındığı üçün Karlo Ançelottinin komandası adını finala yazdırıb.
Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi Almaniyanın “Borussiya Dortmund” komandası olacaq.
UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.
Yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Fransanın PSJ kollektivi evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.
Qeyd edək ki, "Borussiya"nın finaldakı rəqibi mayın 8-i keçiriləcək "Real" (Madrid) - "Bavariya" görüşündən sonra bəlli olacaq.
BMT Baş Assambleyası 25 may tarixini Ümumdünya Futbol Günü elan olunması barəsində qətnamə qəbul edib.
"Qətnamə layihəsi BMT-yə üzv olan 70-dən çox dövlət tərəfindən dəstəklənib.
Qətnamədə futbolun qlobal əhatə dairəsi və onun ticarət, sülh və diplomatiya da daxil olmaqla həyatın müxtəlif sahələrinə təsiri, idmanın əməkdaşlıq məkanı üçün sahib olduğu güc öz əksini tapıb.
Sənəd, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün futbol təşəbbüsünü dəstəkləyib.
Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tur start götürəcək.
Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Hazırda “Sumqayıt” 50 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlində doqquzuncu olan “Kəpəz”in isə 34 xalı var.
Turun mərkəzi qarşılaşması sayılan “Qarabağ” - “Neftçi” matçı isə “Azərsun Arena”da keçiriləcək. FIFA referisi Elçin Məsiyevin baş hakim olacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək. Hazırda 73 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Qarabağ” ölkə çempionluğunu artıq təmin edib. “Sumqayıt”la eyni xala (50) malik “Neftçi” isə üçüncüdür.
Azərbaycan Premyer Liqası
XXXIII tur
4 may
16:30. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Azərsun Arena”
Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.
Xəbər verdiyimiz kimi, “Bayer” (Leverkuzen) Avropa Liqasının yarımfinalının ilk görüşündə “Roma”nı 2:0 hesabı ilə məğlub edib.
“Almanlar bununla da məğlubiyyətsizlik seriyasını 47-yə yüksəldib.
Matçın videoicmalını təqdim edirik:
Arda Gülər "Real Sosyedad" - "Real Madrid" oyununda hesabı açıb.
Qolu təqdim edirik:
İspaniya "La Liga"sında "El Klasiko" madridlilərin qələbəsi ilə yekunlaşıb.
Çempionatın 32-ci turunda "Real"'-"Barselona" oyunu baş tutub.
Qarşılıqlı qollarla keçən oyunda "kral klubu"nun qələbə qolunu 90+1-ci dəqiqədə Cud Bellinqem vurub.
Bu nəticədən sonra xallarını 81-ə çatdıran "Real Madrid" turnir cədvəlinə başçılıq edir. "Barselona" 70 xalla ikinci, 68 xallı "Jirona" isə üçüncü pillədə qərarlaşıb.