![]() |
|
Almaniya millisi Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.
Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb. Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.
Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 2 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.
UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
Report məlumatına görə, qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/2022 mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 000 avro maliyyə vəsaiti ödəyib.
Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub.
"Report"un məlumatına görə, amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.
Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.
Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü tura start veriləcək.
Axar.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.
DÇ-2022
Qrup mərhələsi, III tur
29 noyabr
A qrupu
19:00. Ekvador - Seneqal
Baş hakim: Kleman Türpen (Fransa)
"Xəlifə" stadionu
19:00. Niderland - Qətər
Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu
B qrupu
23:00. İran - ABŞ
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu
23:00. Uels - İngiltərə
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Əhməd ibn Əli" stadionu
Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya arasında baş tutan oyunda braziliyalıların 2:0 hesablı qələbə qazanması barədə məlumat vermişdik.
Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.
Braziliya-Serbiya stadionunun informasiya texnologiyasının quraşdırılması və istismarına Ziya Nuriyev adlı azərbaycanlı gənc rəhbərlik edib.Azərbaycanlı gəncin belə bir möhtəşəm layihədə yer alması qürurverici hal kimi qarşılanıb.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov işə piyada gedib.
Bu barədə nazirin özü sosial şəbəkə hesabında paylaşım edib.
Qətərdə keçirilən DÇ-2022-nin C qrupunun ilk turunda Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub etdikdən sonra kral Salman bin Əbdüləziz Əl Səud bu noyabrın 23-nü milli bayram elan edib.
Bu bayram gününün səbəbkarlarından biri də meydanda mübarizə aparan futbolçularla yanaşı, baş məşqçi Herve Renarddır (Erve Renar).
O, futbol dünyasında, xüsusən də Afrika qitəsində daha çox məşhurlaşb.
Gəncliyində müdafiəçi olan Renard peşəkar futbolçu karyerasına 15 yaşında ölkəsinin "Kann" klubunda başlayıb.
20 ildən sonra 1987-88 mövsümündə "Kann"ın Fransa Birinci Liqasına yüksəlməsindən sonra oynamaq şansı tapa bilməyən Renard 1991-ci ildə aşağı liqa komandalarından olan "Vallauris"ə yollanıb.
Aktiv karyerasını bitirdikdən sonra, bir müddət futbolu tərk edən Renard 1999-cu ildə zibil yığımı ilə məşğul olan bir şirkət qurur.
Futbol illərində onun məşqçisi olan Klod Le Royun köməkçisi kimi Çinin “Guizhou Renhe” və İngiltərənin “Cambridge United” klublarında çalışan Renard 2007-ci ilə qədər Fransanın aşağı liqalarında “Cherbourg”un məşqçiliyini tərk edənə qədər zibil toplama işini davam etdirib.
Daha sonra Qana millisində növbəti dəfə Le Roya kömək edən Renard 2008-ci ildə Zambiya milli komandasının rəhbəri təyin olunub.
Maraqlı bir məqam ondan ibarətdi ki, 14 ildən sonra 2010-cu il Afrika Millətlər Kubokunda Zambiyanın 1/4 finala yüksəlməsinə kömək edən fransız mütəxəssis Tunislə heç-heçə oynadığı qrupun ilk oyununda ağ köynək geyinib.
İkinci matçda Kameruna 3-2 məğlub olduqlarını mavi köynəklə əlaqələndirən Renard 17 yanvar 2010-cu ildə oynanılan matçdan bəri ağ köynəklə meydandadır və bunun uğurlar gətirdiyinə inanır.
İstər ağ köynəyin bəxti olsun, ya yox, Renard karyerasının zirvəsinə 2012-ci ildə çatıb. Zambiya finalda qarşılaşdığı heyətdə Didye Droqbanın da yer aldığı Fil Dişi Sahilini penaltilər seriyasında 8-7 hesabı ilə məğlub edərək tarixində ilk çempionluğunu qazanıb.
O, 2014-cü ilin yayında təhvil aldığı Fil Dişi Sahili ilə də Afrikanın tarixinə düşür.
1992-ci ildən bəri birinci ola bilməyən Fil Dişi Sahilinə Afrika Kubokunu gətirən fransız mütəxəssis iki ayrı komanda ilə ardıcıl eyni uğuru qazanan ilk məşqçi olur.
Fil Dişi Sahilində ovaxtkı prezident Alassan Uattara fransalı məşqçi Herve Renarda dövlət medalı və pul mükafatı təqdim edir.
54 yaşlı məşqçi Fil Dişi Sahilindən ayrıldıqdan sonra "Lill"də qısa bir macəra yaşayıb və 2016-cı ildə Mərakeş millisinin başına keçib.
1998-ci ildən bəri ilk dəfə Mərakeşi dünya çempionatına aparan Renard 2019-cu ildə Səudiyyə Ərəbistanı milli komandasının rəhbəri olub.
Dünya çempionatı üçün Qətərdə olan Qana millisinin futbolçuları və bütün heyəti bomba şübhəsi ilə məskunlaşdığı oteldən təxliyə edilib.
Hadisə dünən günorta saatlarında baş verib.
Dohadakı oteldə həyəcan siqnalı işə düşüb ki, bu, bütün sakinlərin təxliyəsinə səbəb olub. Qətər yanğınsöndürmə xidmətinin ekipajı həyəcan siqnalı ilə əlaqədar dərhal otelə gəlib. Hətta mühafizə itləri də hadisə yerinə cəlb olunub. Təxminən 45 dəqiqəlik yoxlamadan sonra hər şeyin təhlükəsiz olduğu bildirilib və bütün sakinlər otelə qayıdıb.
Qeyd edək ki, Qana yığması DÇ-2022-də ilk oyununu noyabrın 24-də Portuqaliyaya qarşı keçirəcək.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.
“ 37 yaşlı qrossmeyster final raundunun sonuncu - yeddinci turunda Vyetnam təmsilçisi Le Kuanq Lyoma 1:3 hesabı ilə uduzub.
Məmmədyarov 8 şahmatçı arasında yarışı 6 xalla 7-ci yerdə başa vurub. Hazırkı dünya çempionu Maqnus Karlsen 20 xalla turnirin qalibi olub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutmuşdu.(report)