![]() |
|
Argentina millisi ilə dünya çempionluğunu qazanan Lionel Messinin bir neçə il öncə verdiyi müsahibə gündəmə gəlib.
“Onun “Barselona”da oynadığı zamanlar ölkəsinin radiosuna dünyanın ən yaxşı oyunçularının adını çəkdiyi açıqlaması müzakirələrə səbəb olub.
Aparıcının “bir nəfərin adını çəkmədini. O, 7 nömrədir” deməsinə Leo “Kriştianu, onu özümlə birlikdə siyahıdan çıxardım” deyə cavab verir.
“Desəm ki, bu gün xaricdə işləmək istəyirəm, ya istəmirəm… Məncə, insanların da fikrini yayındırmamaq lazımdır”.
Bu sözləri qol.az saytına eksklüziv müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubunun çalışdışdırıcısı son vaxtlar xarici klublardan dəvət alıb-almaması haqda suala cavab olaraq bildirib:
“Ümumiyyətlə, belə təklif, fikir olanda yoluna qoyulur. Son vaxtlar bəzi zənglər var. Amma “Qarabağ” bizimdir. İstəyirik, nə qədər gücümüz, nəfəsimiz var, burda nələrsə edək”.
Q.Qurbanov konkret ölkə və klub adı çəkməsə də, həmin təkliflərin Azərbaycana yaxın ölkələrdən olduğunu bildirib.
İddialara görə, Dünya Çempionatında xəta baş verib.
Argentinanın Dünya Çempionatı finalının uzatma dəqiqələrində hesabı 3-2 gətirdiyi qolda qayda səhvi olduğu iddiası gündəm olub.
Argentinalı futbolçuların Lionel Messinin topu tora gətirdiyi zaman ehtiyat oyunçuların meydanda göründüyü Fransada böyük əks-səda doğurub. Messinin qol vurduğu zaman digər argentinalı futbolçunun meydanda olmasının qayda səhvi olduğu vurğulanıb. Bildirilir ki, fransızlar məsələni FİFA-ya çatdıra və finalın təkrarlanması üçün hərəkətə keçə bilərlər.
Fransanın məşhur mətbuatı L'quipe tərəfindən paylaşılan qaydalar kitabının 3-cü maddəsinin 9-cu bəndində deyilir: "Əgər qol vurulduqdan sonra hakim qolun əvvəl vurulduğu vaxt meydanda əlavə bir adam olduğunu başa düşsə, hakim qolu təyin etməməlidir əlavə şəxs : əgər oyunçu, əvəzedici, əvəzlənmiş oyunçu, qırmızı və ya qol vuran rəsmidirsə, oyun əlavə edilmiş şəxsin mövqeyindən birbaşa cərimə zərbəsi ilə yenidən başlamalıdır. /azxeber.com
Dünya Çempionatının finalında Fransa yığmasını məğlub edən Argentinanın hücumçusu Lionel Messinin anası ilə qələbəni qeyd etdikləri anın görüntüləri yayılıb.
Futbolçunun anası Seliya Mariya Kuççittini meydançaya qaçaraq oğlunu qucaqlayıb və ağlayıb. Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb./qafqazinfo
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub.
Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə keçirib. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdirib. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.
Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.
Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.
Mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.
Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç “Əl Bayt” stadionunda oynanılacaq.
Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.
DÇ-2022
Yarımfinal
14 dekabr
23:00. Fransa - Mərakeş
Baş hakim: Sezar Ramos
“Əl Bayt” stadionu
Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.
Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.
Yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib. Cəmi 5 dəqiqə sonra Xulian Alvares bir neçə rəqibini geridə qoyaraq, 2-ci topu rəqibin qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstnülüyü ilə yekunlaşıb.
İkinci yarıya da fəal başlayan argentinalılar 69-cu dəqiqədə Avropa təmsilçisini 3-cü dəfə cəzalandırıb. Dubl edən Alvares yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.
Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Niderland yığmasının üzvü Vaut Veqhorstu təhqir edib.
"TyC Sport"un canlı efirində iki oyunçu arasında insident yaşanıb.
35 yaşlı hücumçu Veqhorsta "nəyə baxırsan, axmaq? Get buradan" deyib.
Qeyd edək ki, Argentina komandası əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibini üstələyib - 4:3.
“Formula-1” yeni mövsümün sprint yarışlarını açıqlayıb.
Ötən il keçirilmiş üç sprint yarışının sayı ikiqat artaraq, 2023-cü il mövsümündə altıya çatdırılıb.
Təqvimin ilk sprint yarışı “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Bakıda baş tutacaq.
Sprint yarışları ötmələrin və yüksək sürətli həmlələrin əlverişli olduğu treklərdə keçirilir, xüsusi dramatikliyi ilə yadda qalaraq geniş azarkeş auditoriyası cəlb edir. Təsadüfi deyil ki, ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı da bu sıradadır.
“Formula-1” Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikali növbəti sprint yarışları ilə bağlı bildirib ki, bu mübarizə ilə bağlı son iki il ərzində azarkeşlərdən çox müsbət rəy alıblar: “Növbəti mövsümdə 6 sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır. Həmçinin, inanıram ki, sprint formatı əsas tərəfdaşlarımıza – “Formula-1” komandalarına, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaqdır.”
2023-cü il mövsümündə baş tutacaq sprint yarışlarının təqvimi
Azərbaycan Qran Prisi (28-30 aprel)
Avstriya Qran Prisi (30 iyun-2 iyul)
Belçika Qran Prisi (28-30 iyul)
Qətər Qran Prisi (6-8 oktyabr)
ABŞ Qran Prisi (20-22 oktyabr)
Braziliya Qran Prisi (3-5 noyabr)
Qeyd edək ki, sprint yarışı cümə günü keçirilən sıralanma turunun nəticələrinə əsasən, şənbə günləri baş tutur. Buna müvafiq olaraq, Bakıdakı sprint yarışı şənbə günü - 29 aprel tarixinə təsadüf edəcək.
Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.
G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.
H qrupunda isə millisi minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər.
DÇ-2022
Qrup mərhələsi, III tur
2 dekabr
G qrupu
23:00. Kamerun - Braziliya
23:00. Serbiya - İsveçrə
Xal durumu: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1.
H qrupu
19:00. Qana - Uruqvay
19:00. Cənubi Koreya - Portuqaliya
Xal durumu: Portuqaliya - 6, Qana - 3, Cənubi Koreya - 1, Uruqvay - 1.
Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər.