![]() |
|
AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.
Bu barədə "Report"a açıqlamasında milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.
AFFA rəsmisi məsələ ilə bağlı məlumatlarının olduğunu vurğulayıb: "Müvafiq şəkildə sənədlər hazırlanıb, UEFA-ya müraciət ünvanlanacaq".
Qeyd edək ki, təxribatçılar tribunada Qarabağdakı separatçıların "bayrağı"nı asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu üzrə baş tutan “Leyptsiq” - “Real” matçında (3:2) Azərbaycana qarşı təxribat törədilib.
Qol.az xəbər verir ki, tribunalardan birində qondarma Dağlıq Qarabağın bayrağı asılıb.
Qeyd edək ki, FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov milli komandanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı yeni açıqlama verib.
“CBC Sport”da yayımlanan “Bizim futbol” verilişinin qonağı olan R.Sadıqov vaxtı ilə Qurban Qurbanova qarşı haqsızlıq edildiyini söyləyib. O bildirib ki, Q.Qurbanov millidə işləyərkən onun qarşısına Millətlər Liqasının qrupundan çıxmaq, eləcə də iki yerdə işləməməklə bağlı tələb qoyulmayıb.
R.Sadıqov deyib ki, əgər Millətlər Liqasında iki dəfə qrupdan çıxa bilməyən Canni de Byazi ilə müqavilə uzadılıbsa, deməli, Q.Qurbanova haqsızlıq edilib.
Verilişin milli komanda ilə bağlı hissəsini təqdim edirik:
Fransada "Nant" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları bəlli olub.
Report məlumatına görə, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Yakob Kehletə Lars Hummelqard və Viktor Skite laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yorgen Burçard yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manschot, onun köməkçisi Rob Dieperinkdir.
Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 3-ə enib.
Report məlumatına görə, siyahıda "Qarabağ" da yer alıb.
"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 10 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda "Düdelanj" (10), Yunanıstanda isə "Panatinaikos" (9) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
Ukrayna çempionatının VIII turda "İnqulets"lə 2:2 hesablı heç-heçə edən "Dnepr-1" siyahıdan kənarda qalıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında İtaliyada 20 yaşa qədər qadın şahmatçılar arasında keçirilən dünya çempionatının qalibi olmuş Gövhər Beydullayevanı təbrik edib.
Leyla Əliyeva şahmatçının fotosunu paylaşıb.
Həmin paylaşımı təqdim edirik:
Qətərdə noyabrın 20-dən dekabrın 18-dək futbol üzrə növbəti dünya çempionatı keçiriləcək.
Lakin azarkeşlər zədə səbəbindən bəzi tanınmış futbolçuları mundialda görə bilməyəcəklər.
Oxu.az xəbər verir ki, bu futbolçulardan ən tanınmışı Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kantedir. Həkimlər bildirirlər ki, “Çelsi”nin futbolçusunun dizaltı vətərlərində ciddi problemlər var.
Fransa millisinin digər itkisi Bubakar Kamara ilə bağlıdır. “Marsel”in futbolçusu çempionatda zədə alıb və noyabra qədər sıradan çıxıb.
“Barselona”nın və Uruqvay millisinin müdafiəçisi Federiko Arauxo da Qətərdə keçiriləcək futbol bayramına qatıla bilməyəcək. Futbolçu əməliyyat masasına uzanıb və ilin sonuna qədər yaşıl meydanlarda görsənməyəcək.
Portuqaliya millisinin və “Liverpul”un qol silahı Dioqu Jota da dünya çempionatını azarkeşlərlə birgə izləyəcək. Onun almaniyalı baş məşqçisi Yurgen Klopp jurnalistlərə müsahibəsində bildirib ki, 25 yaşlı hücumçunun bərpasına aylar lazım olacaq.
PSJ-nin niderlandlı müdafiəçisi Jorjinyo Veynaldum da dünya çempionatından kənarda qalan futbolçuların sırasındadır.
Qətərdə keçiriləcək dünya çempionatında iştirakı sual altında olan futbolçular da az deyil.
Onlardan ən məşhurları Argentina millisinin yarımmüdafiələri Paulo Dibala və Anhel Di Mariya, Fransa millisinin futbolçusu Pol Poqba, almaniyalı futbolçular Leroy Sane, Marko Roys, İngiltərə millisindən isə Kayl Volker və Trent Aleksandr-Arnolddur.
Hazırda bu futbolçuların hər biri bərpa prosesini keçir və onların dünya çempionatına hazır olub-olmayacaqlarına dair yekun rəyi həkimlər verəcəklər.
Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 4-ə enib.
"Siyahıda "Qarabağ" da yer alıb.
"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 9 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda "Düdelanj" (9), Yunanıstanda "Panatinaikos" (8), Ukraynada "Dnepr-1" (6) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XI turunda oktyabrın 20-də "Turan Tovuz"u qəbul edəcək.(report)
Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürəcək U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, yarışın ilk günündə 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 final mərhələsində Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
63 kq çəkidə çıxış edən Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçla (İspaniya) görüşəcək.
87 kq-da mübarizə aparan Laçın Vəliyev eyni raundda Andreas Vaelislə (Estoniya), 130 kq-dakı Sərxan Məmmədov Damir Zuparovla (Qazaxıstan) güləşəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.
"Qarabağ" G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. "Köhlən atlar" ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.
Qrupun digər görüşündə 9 xala malik Almaniya "Frayburq"u Fransada "Nant"la üz-üzə gələcək. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Xal durumu: "Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0.