Şahruddin Məhəmmədəliyev rəsmən "Qarabağ"da

"Qarabağ" klubu Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Oxu.Az xəbər verir ki, "köhlən atlar"la 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb.

Ötən mövsümdə Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"a məxsus olacaq.

Məhəmmədəliyev 2016-24-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2024-cü ilin yayında "Qarabağ"dan Türkiyə klubuna transfer edilib.

Qeyd edək ki, Şahruddin "köhlən atlar"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

"Sabah" Ukrayna klubuna qalib gəlib

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama görüşünü keçirib.

"Bayquşlar" Ukraynanın “Rux” klubu ilə qarşılaşıb.

Matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı komandasının heyətində Kahim Parris və Neqoş Kupusoviç fərqlənib.

Qeyd edək ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib, Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) klublarına qarşı matçlar isə heç-heçə nəticələnib.

Qurban Qurbanov: Qeydə alınan hesab bizi aldatmamalıdır

Qeydə alınan hesab bizi aldatmamalıdır.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bu gün Avstriyada keçirdikləri yoxlama görüşləri ilə bağlı fikirlərini bölüşüb:

“Toplanışın 12 günü ərzində çox yaxşı işlər görən texniki heyətə və futbolçulara təşəkkür edirəm. Hazırlıq prosesinin sonluğu da yaxşı alındı. Bugünkü matçlar da əvvəlki iki qarşılaşma kimi dinamik, baxımlı keçdi. Qeydə alınan hesab bizi aldatmamalıdır. İki çox yaxşı komandaya qarşı oynayırdıq. “Əl-Şəbab"ın baş məşqçisi Paulo Souzanı öncədən də tanıyırdıq. Təcrübəli mütəxəssis Avropa Liqasında rəqibimiz olan “Fiorentina”nı çalışdırırdı. Bütün futbolçular 90 dəqiqə oynadı və sonadək tempi aşağı salmadılar. Yekunda yaxşı qələbə, yaxşı oyun və ümumilikdə inamlı hazırlıq oldu. Toplanışdan razı qaldım, komandamız çox yaxşı hazırlıq keçdi”.

Qeyd edək ki, "Qarabağ" günün ilk yoxlama görüşündə Xorvatiyanın “Slaven” klubunu 1:0, növbəti matçda isə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” kollektivini 5:2 hesabı ilə məğlub edib.



"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

Oxu.Az xəbər verir ki, "Qarabağ"ın potenisal rəqibləri olan Cəbəllütariqin "Linkoln" komandası Malta "Hamrun"u ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Görüşü fransalı hakimlər briqadasından Erik Utallier idarə edəcək.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Azərbaycan millisi Avropa çempionatının qalibi olub

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.

Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.

Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Yarış Cəbəllütariqdə keçirilib.

İspaniya millisi son dəqiqə qolu ilə Avropa çempionu olub - VİDEO

Futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində İspaniya və İngiltərə milli komandaları qarşılaşıb.

Oyunun 47-ci dəqiqəsində Niko Uilyams İspaniya millisini hesabda önə çıxarıb.

Qarşılaşmanın 73-cü dəqiqəsində isə Koul Palmer matçda tarazlığı bərpa edib.

86-cı dəqidə isə Mikel Oyarzabal ispanları hesabda yenidən önə keçirib.

Bununla da İspaniya milli komandası Avropa çempionu olub.

metbuat-prospektinde-hereket-mehdudlasdirilacaq

Sabah saat 06:00-dan etibarən 14 iyul saat 22:00-dək Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, buna səbəb həmin yolda təmir işlərinin aparılmasıdır. 

AVRO-2024: İspaniya Fransanı məğlub edərək çempionatın ilk finalçısı olub

Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində İspaniya və Fransa milli komandaları üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada ispanlar rəqiblərini üstələməyi bacarıb - 2:1.

Oyunda hesabı 8-ci dəqiqədə fransalı Kolo Muani açıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində Lamin Yamal baxımlı qola imza ataraq tarazlığı bərpa edib.

Dörd dəqiqə sonra isə Dani Olmo komandasına qələbə qazandıran qolu vurub.

Bununla da İspaniya milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlib.

Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə-Niderland cütlüyünün qalibi ilə qarşılaşacaq.

bu-gun-yarimfinalin-ilk-oyunu-var

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

“Günün yeganə matçında İspaniya ilə Fransa yığmaları üz-üzə gələcək.

Görüş saat 23:00-da start götürəcək.

AÇ-2024

Yarımfinal

9 iyul

23:00. İspaniya - Fransa

ac-nin-son-gununde-gulescilerimizden-4-medal

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

Bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Camal Abbasov (57 kq) finalda rusiyalı Andrey Midlovetslə qarşılaşıb. 1:6 hesabıyla məğlub olan Camal gümüş medalla kifayətlənib.

Sadiq Mustafazadə (86 kq) finalda rusiyalı İbrahim Kadiyevlə güləşib. Milli üzvü güclü rəqibinə 1:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub.

Anar Cəfərli (97 kq) finalda rusiyalı Mustafaqadji Malaxdibirovla üz-üzə gəlib. Görüşə Anar yaxşı başlasa da, rəqibin silsiləvi “xaç” fəndindən xilas ola bilməyib. Belədə Anar da gümüş medalı boyundan asıb.

Yusif Dursunov (125 kq) təsəlliverici görüşdə italiyalı Martino Pilieroya “tuş”la qalib gəlib. Həmyerlimiz bürünc medal uğrunda ukraynalı İvan Miroşniçenkoyla gərgin mübarizədə sevinən tərəf olub-3:2. Beləliklə, Dursunov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xəbər lenti