Neftin qiyməti 150 dollar olacaq

Beynəlxalq analitiklərin proqnozuna görə, 2020-ci ilin ikinci yarısında neftin dünya bazarındakı qiyməti 100 dolları keçəcək. Analitiklər hətta hesab edir ki, qiymət 150 dollaradək qalxa bilər.
Bu barədə analitiklər “The Wall Street Journal”ına müsahibələrində deyiblər. Jurnalın yazdığına görə, analatiklərin proqnozuna əsasən

neftin qiymətinin enməsindən sonra neft-qaz sektoruna qoyulan investisiyaya mənfi təsir etdiyindən, yanacağına qiyməti kəskin arta bilər və bu hətta 100 dolları keçə bilər.

“Northern Trace Capital” investisiya üzrə direktoru Trevor Vudsun sözlərinə görə, neft hasilatçılarına təzyiqlərin olmasına baxmayaraq 2025-ci ilədək neftin qiyməti asanlıqla 150 dollaradək qalxa bilər.

“JPMorgan”nın analitiki Kristian Malek də hesab edir ki, neftin qiyməti asanlıqla 100 dollardan yuxarı qalxa bilər və burada təəccüblü heç nə yoxdur.
London Fondu olan “Matilda Capital Management”in investisiya məsələləri üzrə direktoru Riçard Fullarton da 2020-ci ildə neftin 100 dollardan çox bahalaşacığını gözlədiyini qeyd edib.

“Citigroup”un analitiklərinin proqnozuna görə, neftin qiyməti 50 dollardan yuxarı olacaq.

Rusiyanın Energetika naziri Aleksandr Novakın fikrincə, 2020-ci ilin ikinci yarısında Brent markalı neftin qiyməti 40-45 dollar arasında olacaq.

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə

1. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilb.

2. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq olunub.

23. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib.

4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.

5. Müəyyən edilib ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.

6. Bu Qərarın 5-ci hissəsində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. sahibkarlıq subyektləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərini icra edə bilmədiyi təqdirdə, həmin borc öhdəliklərini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirəcək;

7.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq cari ildə faiz subsidiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına verilməsini təmin etməlidir;

7.3. faiz subsidiyalarının verilməsi üçün tələb olunan vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməli.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 7-ci hissəsi ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. /yenisabah.az/

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb. Məqsəd qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtomobillərin rahat hərəkətini təmin etməkdir. Yeni  yolun istifadəyə verilməsi ilə Astara şəhər mərkəzində avtomobil sıxlığı da aradan qalxacaq. Belə ki, yük avtomobilləri şəhər mərkəzinə daxil olmadan yollarına davam edə biləcəklər.

 

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 204-cü km-dən İran İslam Respublikası ilə dövlət sərhədinədək qalan 3.05 km uzunluğa malik hissənin tikintisinə bir müddətdir ki, start verilib. Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, tikinti işlərinə 50-dən çox texnika, 80 nəfərlik işçi qüvvəsi cəlb olunub. Artıq yol yatağının bir hissəsində tikinti işlərinin ilk mərhələsi yekunlaşıb. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır.

 

Yeni magistral yolun 3.2 km-lik hissəsinin keçdiyi bəzi ərazilərində vaxtı ilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunur. Buna görə də buranın əvvəlcə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və ələnmiş çay daşı dörd mərhələ üzrə tökülərək kipləşdirilib.

 

Ümumilikdə tikinti sahəsi altına düşən torpaq sahələrinin alınması başa çatdırılıb və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi işləri isə 80% yerinə yetirilib. Hal-hazırda layihənin yol hissəsi üzrə torpaq yatağının, su ötürücü borularının, tunel tipli yol ötürücüsünün tikintisi işləri davam etdirilir. Ümumilikdə yeni yol hissəsi üzrə tikinti işlərin 75%-i yerinə yetirilib.

 

Yeni inşa edilən tunel tipli yol ötürücüsünün uzunluğu 30 metr, eni isə 19.5 metr təşkil edir. Ötürücüdə bünövrə işləri görülüb, dayanıqlığı artırmaq məqsədi ilə 18 m dərinlikdə  svaylar vurulub. Ümumilikdə ərazidə 1200 millimetr diametrli 32 belə svay vurulub.

 

Bundan başqa layihəyə uyğun olara qrunt və atmosfer sularının axıdılması, eləcə də suvarma sularının ötürülməsi üçün də tədbirlər görülür. Bu məqsədlə yol boyunca 12 yerdə diametri 1500 mm olan dairəvi dəmir-beton su ötürücü qurğularının tikintisi nəzərdə tutulub. Qeyd olunan dəmir-beton boruların ümumi uzunluğu 666.8 p/m təşkil edir. Həmçinin yolda mal-qara üçün uzunluğu 44.7 p/m olan 1 dəmir-beton keçidin (3.5x3.5m) tikintisi də nəzərdə tutulub.

 

Yeni magistralın sərhəddə qədər olan 3.05 km-lik hissəsi I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 4 olan yolun cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində inşası nəzərdə tutulan avtomobil körpüsünə birləşəcək. Artıq sərhəddə inşa ediləcək körpünün layihəsi hazırlanıb. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. Burda avtomobillərin hərəkəti üçün 2, əlavə olaraq ehtiyyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər bir istiqamətdə eni 2.5 metr olmaqla üstü örtülü piyada keçidlərinin yaradılması nəzərdə tutulur.

 
 
Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb

2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. 

“Qafqazinfo” Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub. 

Birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Ölkədə neft emalı 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.

 

 
Azərbaycanda maşın bazarında son vəziyyət - Ekspert

Azərbaycanda "Aİ-95" markalı benzinin qiymətinin artmasının avtomobillərin bahalaşmasına da səbəb olacağını düşünmürəm.

Bu barədə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Onun fikrincə, "Aİ-92" markalı benzinin qiyməti qalxsaydı, dərhal avtomobil bazarına təsir edəcəkdi: "Ancaq "Aİ-95" markalı benzindən ölkəmizdə geniş istifadə edilmədiyinə görə, qiymət artımının avtomobil bazarına təsiri olmayacağını söyləmək olar".

Maşın bazarında vəziyyətə gəlincə isə V.Hüseynov bildirib ki, hazırda aktivlik demək olar ki, yox dərəcəsindədir: "Əvvəllər daha çox dəyişilən avtomobillər 10-15 min manat civarında olan avtomobillər idi. Bu avtomobillər isə daha çox taksi fəaliyyəti, iş üçün istifadə olunurdu. Hazırda taksi fəaliyyəti üçün nəzərdə tutulan avtomobillərin satışında artım müşahidə olunmur. Bildiyiniz kimi karantin rejimi tətbiq olunur və taksilər icazəli şəkildə müəyyən fəaliyyət göstərirlər.

Lakin taksi fəaliyyəti göstərməyən və 15-20 min dəyərində avtomobili olan bəzi insanlar düşünür ki, avtomobili fəaliyyətsiz dayandırmaqdansa, bazara çıxarsın, lakin ümumilikdə karantin rejimi səbəbəindən bazarda alıcı da yoxdur və avtomatik olaraq təklif tələbi üstələyir. Normalda təklif tələbi üstələyəndə qiymət azalması olmalıdır. Ancaq hazırda alıcı olmadığına görə qiymət nə azalır, nə artır". (Trend)

Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı

Bu gündən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzin bahalaşıb.
“SOCAR Petroleum” şirkətindən APA-ya verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.

“Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır”, - şirkətdən qeyd ediblər.

Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.

Xatırladaq ki, sözügedən “Premium” markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

Azərbaycanda krediti olanların borcları DONDURULUR

“Xüsusi tədbirlər planı tərtib edilib. Bu plana görə, Mərkəzi Bank kommersiya banklarına istehlak kreditləri üzrə ödənişlərin, xüsusən pandemiyanın təsir etdiyi sektorlar üzrə çalışan vətəndaşlar üçün sentyabr ayının 30-dək təxirə salınması və ya cərimə faizinin və dəbbələrin hesablanmamasını tövsiyə edilib”.
Bu fikirləri qazet.az-a açıqlamasında millət vəkili Vüqar Bayramlı səsləndirib. Prosesin tənzimlənməsi isə bank və müştəri arasında aparılır.

“Burada mahiyyət ondan ibarətdir ki, pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşımızın istehlak krediti varsa, onu ödəməkdə çətinlik çəkirsə, o zaman banka müraciət edib sentyabrın 30-dək cərimə faizləri və dəbbələrin hesablanmamasını istəyə bilər”, – deyə Vüqar Bayramlı qeyd edib.
Millət vəkili həmçinin bildirib ki, artıq pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşların bir qismi güzəştlərdən istifadə ediblər.

“Həmin qərar qəbul edilən zaman Banklar Assossasiyası və banklarla məsləhətləşmələr aparılıb. Banklar həmin tədbirlər planının hazırlanmasında iştirak ediblər. Buna görə də vətəndaşlarımızın bir qismi artıq bu güzəştlərdən istifadə edirlər. Kredit götürdükləri banklara müraciət edərək güzəştlərdən faydalana bilirlər. Güman edilir ki, yeni ödəmə cədvəli və ya yeni ödəmə qrafiki tətbiq edilməklə davam etdiriləcək. Pandemiyanın hansı müddəti əhatə edəcəyi sual altındadır. Əvvəllər postpandemiya dövrü qeyd olunurdu. İndi beynəlxalq ekspertlər belə postpandemiya sözünü çox ehtiyatla istifadə edirlər”.

Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret və digər tütün məmulatlarının qiyməti bahalaşıb.

Trend məlumatına görə, bu gündən siqaret və digər tütün məmulatlarının qiyməti 10 qəpik bahalaşıb.

Satıcılar bildirir ki, bu topdansatış məntəqələrindəki yeni qiymətlərlə bağlıdır. Onlar qiymətə artım etdikləri üçün bu gündən bütün siqaretlər 10 qəpik bahalaşıb

Bugünə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 1 iyul tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9073, 1 türk lirəsi 0.2481 manat, 1 rus rublu 0.0239 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5551 manatdır.

Azərbaycanda

İyulun 1-dən etibarən Azərbaycanda "Aİ 95" premium markalı benzinin qiyməti 10 qəpik artacaq.
Report xəbər verir ki, bu markadan olan benzinin qiyməti 1 manat 20 qəpik təşkil edəcək.

Xatırladaq ki, "Aİ-95" premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.

Xəbər lenti