|
Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1 faizə bərabər olacağı proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilir ki, qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3,0 faiz, sonrakı üç ildə də 2,7- 2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.
Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilir ki, makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülüb. Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.
2020-ci ilin yanvar-iyun aylarında Bakıda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf ediblər.
Trend xəbər verir ki, vəsaitin 13,8 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,0 faizi elektrik malları və mebelin, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 10,2 faizi avtomobil yanacağının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ümumilikdə, hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,0 faiz azalaraq 10 milyard 233,7 milyon manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni səviyyəsindən 1,0 faiz azalaraq 10 milyard 222,8 milyon manat təşkil edib.
Bu ilin iyul ayında koronavirus pandemiyasının təsiri ilə beynəlxalq hava sərnişin daşımalarında tələb ötən ilin eyni dövrü ilə müqayisədə 91,9% azalıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.
IATA-nın açıqlamasına görə, Şengen Bölgəsində uçuşların yenidən bərpa edilməsinin beynəlxalq tələbin artmasına kömək etdiyi, ancaq digər beynəlxalq bazarlarda iyun ayına nisbətən "çox az" dəyişiklik olduğu ifadə edilib.
“Əsasən hər 5 potensial sərnişindən 4-ü evdə qaldığı üçün aviasiya sənayesi hələ də iflic vəziyyətdədir”, - deyə qurumun baş meneceri Alexandre de Juniac bildirib.
Avstraliya iqtisadiyyatı COVID-19 pandemiyası səbəbindən 29 ildən sonra ilk dəfə resessiya dövrünə girib.
Avstraliya Statistika İnstitutunun açıqlamasına görə, şirkətlərin bağlanmasına və minlərlə insanın işsiz qalmasına səbəb olan koronavirus, mövsümi olaraq tənzimlənmiş ÜDM-in ilin ikinci rübündə əvvəlki dövrə görə 7.0% azalmasına gətirib çıxarıb. Proqnozlaşdırılan göstərici isə 6 % olub.
İqtisadi kiçilmə illik bazada 6.3% -ə çatıb. Analitiklər proqnozlarında isə 5.2%-lik azalma gözlənilirdi.
“Qlobal pandemiya və bununla bağlı görülən tədbirlər ÜDM-də 7 %-lik azalmaya səbəb oldu. Bu, 1959-cu ildə qeydiyyatın başlamasından bu günə qədər qeydə alınmış ən böyük 3 aylıq geriləmədir”,- deyə Avstraliya Statistika İnstitutunun Baş İqtisadçısı Brus Hokman bildirib.
Qeyd edək ki, iqtisadçıların proqnozlarına görə, pandemiya Avstraliyada bu il 184 milyard dollarlıq büdcə kəsrinə səbəb olacaq.
Report xəbər verir ki, şirkətə rəhbərlik Rəşad Firudin oğlu Şabanova həvalə olunub.
Xatırladaq ki, “SOCAR-KBR” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.
Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Brent markalı neftin qiyməti 1,83% bahalaşaraq bir barelə görə 46,11 dollar olub.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,67% bahalaşma ilə bir barelə görə 43,32 dollara çatıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, sentyabın 1-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0232 manat təşkil edir. 1 türk lirəsi 0.2318 manat, 1 rus rublu 0.0229, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5530 manatdır.
Türkiyə və Azərbaycan toxumçuluq sahəsində əməkdaşlığı genişləndirəcək.
Bu barədə Trend-ə Türkiyə Kənd təsərrüfatı nazirliyindən bildiriblər.
Məlumatda qeyd olunub ki ,iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığln inkişaf etdirilməsi çərçivəsində buğda və arpa kimi dənli bitkilərin eləcə də , qırmızı mərcimək və noxud, günəbaxan sortlarının istehsalı və yeni növlərin sınağını hər iki ölkədə qarşılıqlı şəkildə həyata keçirəcəklər.
"Bütün bunlarla yanaşı hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında sertifaklaşdırılmış toxum isyehsalı və bu sahədə sertifikatlaşdırma aparılması üçün əməkdaşlıq nəzərdə tutulur" – deyə nazirlikdən bildiriblər.
Nazirlikdən o da bildirilib ki , Azərbaycan və Türkiyənin bu sahədə əməkdaşlığı daha da inkişaf etdirməsi hər iki ölkənin maraqlarına xidmət edir.