|
Trend xəbər verir ki, sentyabrın 9-da qızılın qiyməti sentyabrın 8-i ilə müqayisədə 6,3325 manat (0,19 faiz) artaraq 1 unsiya üçün 3 281 manat təşkil edib.
Gümüş 0,2368 manat (0,52 faiz) ucuzlaşaraq 1 unsiya üçün 45,3135 manata bərabər olub.
Platinin qiyməti 7,973 manat (0,51 faiz) azalaraq 1 540,693 manat, palladiumun qiyməti 43,0015 manat (1,09 faiz) azalaraq 3 888,5375 manat təşkil edib.
Bir ay ərzində bir unsiya qızıl 8,6955 manat (0,3 faiz) ucuzlaşıb, gümüş 0,7022 manat (1,5 faiz) ucuzlaşıb, platin 1,343 manat (0,1 faiz) bahalaşıb, palladium 38,59 manat (1 faiz) ucuzlaşıb.
Bir il ərzində isə bir unsiya qızıl 714,4845 manat (27,8 faiz) bahalaşıb, gümüş 14,6369 manat (47,7 faiz) bahalaşıb, platin 77,69 manat (4,8 faiz) ucuzlaşıb, palladium 1 273,9375 manat (48,7 faiz) bahalaşıb.
Tarix: |
Qızıl (XAU) |
Gümüş (XAG) |
Platin (XPT) |
Palladium (XPD) |
|
9 sentyabr 2020-ci il |
3 281 |
45,3135 |
1 540,693 |
3 888,5375 |
|
8 sentyabr 2020-ci il |
3 274,67 |
45,55 |
1 548,67 |
3 931,539 |
|
9 avqust 2020-ci il |
3 289,7 |
46,016 |
1 539,35 |
3 927,1275 |
|
9 sentyabr 2019-cu il |
2 566,5155 |
30,6766 |
1 618,383 |
2 614,6
|
|
Sutkada fərq: |
manat |
6,3325 |
-0,2368 |
-7,973 |
-43,0015 |
faiz |
0,19 |
-0,52 |
-0,51 |
-1,09 |
|
Ayda fərq: |
manat |
-8,6955 |
-0,7022 |
1,343 |
-38,59 |
faiz |
-0,3 |
-1,5 |
0,1 |
-1 |
|
İldə fərq: |
manat |
714,4845 |
14,6369 |
-77,69 |
1 273,9375 |
faiz |
27,8% |
47,7% |
-4,8% |
48,7% |
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən avtomobil yolunun tikintisinə başlanılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər yolda birinci mərhələdə işlər başa çatdırılacaq: "Bu ilin sonuna qədər çalışacağıq ki, heç olmasa yolu ikiqat asfaltlayıb, sürücülərin istifadəsinə verək. Növbəti mərhələ isə gələn il başa çatacaq. Gələn il 3-cü lay asfalt vurulmaqla tam olaraq yolda işlər bitəcək. 2021-ci ildə yolda təmir işləri tam başa çatacaq və istifadəyə veriləcək. Amma ilin sonuna kimi sürücülərimiz geniş, 1-ci dərəcəli yoldan istifadə edə biləcəklər".
Hal-hazırda 2 eskalator ( Su idman kompleksinin və Dövlət Bayraq meydanının qarşısındakı yeraltı piyada keçidlərində ) dartı zəncirləri sıradan çıxdığı üçün təmirə dayandırılıb.
2020-ci ilin yanvar-avqust aylarında 150 eskalatorun sıradan çıxmış əsas detalları (dartı zənciri ,pillə, şkif, şkifaltı, kəmər, sürahi qayışı, şkifaltı rolik, puskatel qoşma zamoku karniz, sürahi istiqamətləndiricisi, buynuz kəməri, daraq pillə önlüyü və s.) yenisi ilə əvəz olunmuşdur. 29 eskalatorun müxtəlif detalları (şkifaltı kəmərin roliki, elektrik mühərriki, karniz, karniz rolikləri, fren, işçi əyləc qəlibi, beyin kartı, pillə plastması, işçi əyləc dolağı və s.) təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət və balansında Bakı şəhəri üzrə 65 yerüstü və 15 yeraltı piyada keçidlərində 179 müxtəlif markalı eskalatorlar var.
YOLUNUZ AÇIQ OLSUN...
2020-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barrel olub. Bunun 584,6 min barrelini xam neft, 84,5 min barrelini isə kondensat təşkil edib. Xam neftin 460,4 min barreli “Azəri-Çıraq-Günəşli”, 124,2 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
Bu barədə "Qafqazinfo"ya Energetika Nazirliyindən məlumat verilib.
“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.
Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.
Suraxanı rayonunda həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindən biri də qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə yenidən qurulmasıdır.
Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 №-li Yol istmarı MMC tərəfindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsində 9500,0 kv.m asfalt örtüyünün salınması işləri həyata keçirilir. Küçə boyu zəruri olan yerlərdə texnoloji ardıcıllığa uyğun olaraq, köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı materiallar tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. Görülən işlər çərçivəsində rayonun mərkəzi və məhəllədaxili yolları yüksək sürətlə abadlaşır.
Qeyd edək ki, Əmircan qəsəbəsində 4,0 kilometr uzunluğunda olan Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrini birləşdirən yolda asfaltlanma işləri artıq yekunlaşmışdır. Əlisöbət Sumbatzadə, İlham Şükürov, Tofiq Bayram, Cabir Əliyev və Cəfər Cabbarlı küçələrində isə cari təmir işləri görülüb.
Rayonun digər qəsəbələrində də ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
Xəzər TV xəbər verir ki, qiymətlər isə bahalaşmağa başlayıb. Bəs Bakıda şəraitinə və qiymətinə görə ən münasib evlər hardadır?
Sərt karantin rejminin tədricən yumşaldılması və rayonlara gediş-gəlişin ayın 8-dən bərpa olunacağı kirayə mənzil bazarında canlanmaya səbəb olub. Xüsusi ilə yeni tədris ilindən əyani təhsilin qismən bərpası da canlanmanın əsas səbəblərindədir. Bu isə hələlik qiymətləri 5-10 faiz civarında artırıb.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, əsas tələb 1 və 2 otaqlı mənzillərədir. Həmin mənzillərin qiymətləri isə yerləşdiyi əraziyə uyğun dəyişir. Şəraitinə və qiymətinə görə, ən münasib evlər Bakının üçüncü zonası sayılan, Yasamal, binəqədi, nəsimi, xətai və nizami rayonlarınındadır
Mərkəz sayılan, xüsusilə də ali məktəblərə yaxın olan yaşayış binalarında isə qiymətlər bahadır.
Ekspertin sözlərinə görə, pandemiya dövründə kirayə mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enmişdi. Karantin rejmi yumşaldıqca tələb artır. Bu isə getdikcə qiymətlərin bahalaşacağı anlamına gəlir.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,38 ABŞ dolları, yaxud 0,88% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 43,08 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bakıda London taksilərinin sayının artırılması nəzərdə tutulur.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, bununla bağlı işlər aparılır:
"Taksi parkının yenilənməsi müasir ölkəmizdə nəqliyyat sektorunun və Azərbaycan cəmiyyətinin prioritetlərindəndir. Bununla bağlı işlər aparılır".
Əlavə olunub ki, vətəndaşlar “1000” nömrəli Çağrı Mərkəzi və ya “Baku Taxi” mobil tətbiqi vasitəsilə xidmətdən istifadə edə bilərlər: "Taksilərdə gediş haqqı taksometr və ya mobil tətbiq vasitəsilə vətəndaşa təqdim olunur".
Xatırladaq ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksilərindən hal-hazırda 50-i istifadəyə verilib. Avtomobillər Bakı şəhərinin müxtəlif yerlərində və “Azpetrol” yanacaqdoldurma məntəqələrində mövcud olan elektrik doldurma stansiyalarında, eyni zamanda, ev şəraitində də elektriklə təmin edilə bilərlər. Yeni taksilər smart konfiqurasiyalıdır və 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir. (Trend)
2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik məsələlərinə ayrılan xərc müəyyənləşib.
Bu sahənin ümumi büdcə xərclərində çəkisi 15,3 faiz həcmində proqnozlaşdırılır.
Qeyd edək ki, müdafiə və milli təhlükəsizlik məsələləri ümumi dövlət xidmətlərindən ( 16,7 faiz ) sonra ayrılan xərclərdə ikinci yerdə durur.
Beləliklə, büdcədə bu sahəylə bağlı proqnozun 15, 3 faiz olduğunu nəzərə alsaq, xərclərin 4 milyarda yaxın olması gözlənilir.
“COVID-19” pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilir ki, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir. Həmçinin “COVID-19” pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.