Bərdədə polisə müqavimət göstətilib, xəsarət alan var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib. Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digəri isə saxlanılıb.

Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Vəkil Şəfiqə Nağıyevanı maşın vurub.

Hadisə bu gün baş verib. Belə ki, vəkil aparıcı Tarix Əliyevin (Tolik) ad günündən çıxarkən yolu keçmək istəyib və həmin an onu maşın vurub.

Ş.Nağıyeva hospitala aparılıb.

Qeyd edək ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda onun vəziyyətinin qənaətbəxş olduğu görünür.

Bu, Tovuzda oğurlanıb öldürülmüş Nərmin Quliyevanın atası Şərif Quliyevin Qarabağ müharibəsində hərbi hissədən qaçdığını sübut edən sənəddir.

Bu sözləri jurnalist Aytən Məmmədova qeyd edib.

“Necə olursa, 30 il keçir, “Nərmin olayı”ndan dərhal sonra ona (Ş.Quliyev) “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Müharibə vaxtı qaçan adam üçün “Müharibə veteranı” vəsiqəsini hadisədən sonra kimlər təşkil edib? Hansı xidmətlərinə görə? Niyə məhz bu hadisədən sonra?

Şərif həmin gün axşam saat 6-da qardaşıgilə gedəcəkdi. Nə ehtiyac var idi ki, günorta qızını gödəkçəyə görə oraya göndərirdi? Nərmin gəlib çıxmır, arxasınca ondan bir yaş böyük qızı Şəbnəmi göndərir. Şəbnəm də qayıdıb, xəbər verib ki, əmimgil deyir, bir saatdır Nərmin çıxıb gedib. Normalda ata neyləməlidir? Narahat olub qızını axtarmalıdır. Bu isə heç bir addım atmır, qızını axtarmır. Üstündən 3-4 saat keçəndən sonra – axşam saat 6-da qardaşıgilə yollanır (o qardaşı ki Nərmini gödəkçəyə görə onlara göndərmişdi), onlarla birlikdə qonşu kəndə qardaşı qızının toyaxşamına gedir. Orada yeyib-içirlər, axşam saat 8-9 radələrində geri qayıdırlar. Gecə təxminən 11 radələrində – iş-işdən keçəndən sonra polisə uşağın itkin düşdüyünü xəbər verirlər”, – deyə Aytən Məmmədova bildirib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Şərif Quliyevin I Qarabağ müharibəsində hərbi hissəni tərk etməsi haqda olduğu deyilən sənədi təqdim edirik:

 

 

 

Ötən həftə Lerik rayonunun bəzi ərazilərində Mərakeş çəyirtkəsinin yayılması taxıl sahələri üçün təhlükə yaradıb. Bu barədə mətbuatda bir sıra məlumatlar yayılıb.

Kənd sakinləri çəyirtkə sürülərinin rayonun bir neçə kəndində yayıldığını, hətta hektarlarla taxıl və digər əkin sahələri üçün təhlükə yaratdığını iddia edirlər.

Bundan 10 gün öncə isə örüş sahələrində böcək yayılıb, bu barədə Bitki Mühafizəsi İdarəsinə məlumat verilib.

Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir:

“Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın iki-yeddi santimetr dərinliyində keçirir. Dişi fərdlər iki-üç küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycanda martın axırları və aprelin əvvəllərində görünməyə başlayır. Şəraitdən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə iki-üç ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində çəyirtkəkimilərə (Mərakeş çəyirtkəsi) qarşı ümumilikdə 11 563 hektar sahədə müşahidələr aparılıb, 3 458 hektar sahədə sirayətlənmə aşkar edilib və 1 175 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirləri, əsasən, Ağstafa (500 ha), Cəbrayıl (225 ha), Şəki (250 ha) və digər rayonların ərazilərində aparılıb. Həmçinin, Lerik rayonunun dağlıq ərazilərində çəyirtkələrin əkin sahələrinə sirayətlənməsinin qarşısını almaq məqsədilə mütəxəssislər tərəfindən 100 hektardan artıq sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib”.

Məlumatda o da qeyd edilib ki, fermer və sahibkarların təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin yerli qurumlarına məlumat vermələri tövsiyə olunur.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İ.Süleymanov son sözündə ittihamları qəbul etmədiyini söyləmiş və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

 

 

 

 

Bakıda "8-ci kilometr" yaşayış məskənində yerləşən "Vosmoy bazarı"nda bu gün səhər 8.15 radələrində yanğın olub.

 Bizim.Media xəbər verir ki, yanğın telefon aksesuarları satılan dükanda baş verib.

 Yanğının qısa qapanmadan baş verdiyi deyilir. 

Azərbaycanda saxlanılan erməni diversantların görüntüləri yayılıb.

İctimai TV müharibədən sonra Azərbaycan torpaqlarında terror törətməyə cəhd edən erməni diversantların etiraflarını, onların saxlanma şəraitini lentə alıb.

Bir neçə erməni diversant hansı şəraitdə Qarabağa gətirildiklərini və onlara hansı vədlərin verildiyini etiraf edib.

Onlar saxlanma şəraitindən razılıqlarını bildiriblər. 

Daha ətraflı İctimai TV-nin reportajında:

İyunun 3-ü saat 00:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, iyunun 2-si axşam saat 20:40-dan iyunun 3-ü saat 00:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti