|
“Tərtər işi” üzrə bəraət almış daha iki hərbçiyə təzminat ödəniləcək.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə bəraət alan Nasif Əliyev və Nicat Rzayevin iddialarını qismən təmin edib.
Qərara əsasən, Nicat Rzayevə mənəvi ziyana görə 66 min manat, maddi ziyana görə 58 min 849 manat təzminat kəsilib.
Nasif Əliyev yalnız maddi ziyanla bağlı iddia qaldırıb. Ona 70 min manat təzminat ödənilməsi qərara alınıb.
İddiaçılar dəymiş ziyana görə daha yüksək məbləğdə təzminat tələb etsə də, cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi tələbləri qəbul etmir. Etiraz belə əsaslandırılır ki, Maliyyə Nazirliyinin hərəkətləri nəticəsində iddiaçılar zərər çəkməyib. Bundan əvvəl üç bəraət almış hərbçiyə təzminat kəsilib, Maliyyə Nazirliyi həmin qərarlardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, leytenant Nasif Əliyev və gizir Nicat Rzayev 2017-ci ildə “Tərtər işi” ilə bağlı həbs olunublar. Dövlətə xəyanət və digər oxşar maddələrlə ittiham edilən hərbçilər 17 ildən 20 ilə kimi azadlıqdan məhrum ediliblər. Ötən ilin sonunda hər ikisi bəraət alıb.
Qarabağda separatçıların başçısı Araik Arutyuntan Xocalıda Azərbaycan polisinə təhvil veriləcək.
Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Edik Andreasyan “Hraparak” nəşrində qələmə aldığı “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsində yazır.
Erməni şərhçi qeyd edir ki, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması və Əliyevin “təslim olun, amnistiya imkanından yararlanın” çağırışı etməsi hadisələrin inkişafını təsəvvür etməyə imkan verir.
“Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır, çünki adətən dedikləri gerçəkləşir. Arutyunyan bir-iki cür isti corab, paltar hazırlasa, yaxşı olar. Yəqin ki, onun təhvil-təslim prosesi Əsgəranda (Xocalıda) keçiriləcək və bu prosesdə rus sülhməramlılar da iştirak edəcək. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq. Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhalisi öz gündəlik həyatlarını yaşayacaqlar. Arutyunyanı bağışlamaq, yaxud bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”, - erməni şərhçi belə bir planın olduğunu və hadisələrin bu cür inkişaf edəcəyini hesab edir.
Lakin onun fkrincə, Araikin təhvil-təslim prosesi danışıqların növbəti raundunda olmayacaq: “Əvvəlcə bu haqda danışılacaq, təbliğat aparılacaq, daha sonra edəcəklər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin separatçılara təslim olmaq qarşılığında amnistiya təklifi ABŞ tərəfindən alqışlanıb.
"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.
Bu barədə bloger Aysel Şükür paylaşım edib.
Paylaşımda bildirilir ki, “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.
Qeyd olunub ki, hazırda Ziya Hüseynzadənin “Softline İnternational” MMC və “Softline Trade” MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.
Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Ötən gecədən Lahıc-İsmayıllı istiqamətində gələn sel daşqınları kəndlərdə elektrik təchizatında bir sıra problemlərə səbəb olub. Eləcə də axşamdan Lahıc yolu uçqun səbəbindən bağlanıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi üzrə İdarəetmə Şöbəsinin müdiri Namiq Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, Lahıc yolunda baş verən dağ uçqununun fəsadlarının aradan qaldırılması üçün səhər saat 06:00-dan etibarən ərazidə üç texnika çalışır:
“Hər hansı can itkisi yoxdur. Mövcud vəziyyətin aradan qaldırılması və yolun açılması istiqamətində işlər davam etdirilir. Hətta son məlumata görə, artıq Lahıc yolunda hərəkət bərpa edilib. İsmayıllıda sel ilə bağlı problem olmayıb. Güclü külək səbəbindən bir sıra evlərin və İsmayıllı rayon Q.Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Aidiyyəti üzrə zəruri tədbirlər görüləcək”.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatının Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifov bildirib ki, sel keçən ərazilərdə vəziyyət stabildir:
“Hazırda da İsmayıllı Suvarma Sistemləri İdarəsinin texnikaları ərazidə işləyir. Səhərə kimi bütün texnikalarımız və işçi heyətimiz selin ötürülməsi üçün əlindən gələni edib. Göyçayda çay bir qədər məcrasından çıxıb, amma ağır fəsadlar yoxdur. Qalan çaylarda vəziyyət stabildir, ağır təhlükəli vəziyyət yoxdur. Lahıc yolundakı uçqun səbəbindən isə çaylarda hər hansı daşqın müşahidə edilməyib”.
Daxili İşlər Nazirliyi (DİN) model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Ölkə.Az"ın sorğusuna cavab olaraq bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır və bununla bağlı araşdırma aparılır.
R.Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını iddia edir.
Sel təhlükəsinə görə Biləsuvarın əhalisi təxliyə olunan Köhnə Amankənd yaşayış massivinin sakinləri hələlik evlərinə dönməyiblər.
Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.
Həmçinin Bolqarçayın Biləsuvar şəhəri mərkəzindən keçən hissəsində də su artımı maksimal həddə çatır. Əgər su səviyyəsi artarsa və rayon mərkəzinə dolarsa, bu zaman çaydakı su ətrafdakı torpaq ərazilərə yönəldiləcək.
***
Bu gün səhər saatlarında Biləsuvarda sel təhlükəsi ilə bağlı 3 kəndin sakinləri təxliyə olunub.
Ölkə.Az xəbər verir ki, kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb.
Cəlilabad-Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub.
Daha sonra 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılıb. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir.
Bolqarçayın İranla sərhəddə qismən daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.
İranla sərhəddə Bolqarçaya sel gəlməsi ilə bağlı həyəcan siqnalı verilib.
Qeyd edək ki, İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Muğankənd, Amankənd və Yuxarı Ağalı kəndini əhalisi təxliyə olunub.
İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə göndərilən külli mqidarda narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşaları tərəfindən alınıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Namiq Məmmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Onun avtomobilinə və üzərinə baxış zamanı 50 kiloqram, o cümlədən 28 kiloqram heroin və 22 kiloqram pixotrop naddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Namiq Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyat zamanı İranda yaşayan və milli genefondumuzun məhv edilməsi üçün narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərməyə çalışan narkotacirlərin daxildəki dayaqlarına daha bir zərbə endirilib.
Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana monitorinq missiyası göndərəcəyini açıqlayıb. O, bildirib ki, 30-a yaxın monitorinq missiyası üzvü Ermənistana göndəriləcək. Paşinyan həmçinin bildirib ki, KTMT Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir.
Paşinyanın KTMT-nin adından belə bir açıqlama verməsi, onun “mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” açıqlamasını da kölgə altına alır. Belə başa düşmək olar ki, Paşinyan sabit fikrili bir siyasətçi deyil, əksinə müəyyən güclərin oyuncağıdır…
“Paşinyanın açıqlamalarına ciddi yanaşmaq lazım deyil. Bu gün bir söz deyir sabah başqa bir söz. Həqiqətən “KTMT –nin Qarabağın daxil olduğu Azərbaycan ərazisinin bütövlüyünü tanımaqdan imtina edir” deməsi başadüşülən deyil. Bu nəyə əsaslanıb deyir? KTMT-nin belə bir bəyanatı varsa, buyursun təqdim etsin. Və yaxud da KTMT-yə daxil olan ölkələrin belə bir bəyanatı varsa, buyurub bəyan etsinlər.Və yaxud KTMT-nin üzvlərinin qeyri- rəsmi ona dediyi sözdürsə, buyurub desin. Düzdür, deyə bilərsiniz ki, qeyri- rəsmi söhbətləri həmişə açıqlamaq olmur. Yaxşı qeyri -rəsmi söhbətləri açıqlamaq olmur, ancaq durub bu cür bəyanat vermək bəs bu necə doğudurmu?”
Bu barədə “Ağ Partiyanın” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında danışıb. Əhəd Məmmədli qeyd edib ki, bu açıqlama KTMT-ni və KTMT-yə daxil olan ölkələri gündəmə gətirmək deməkdir. Azərbaycan KTMT-yə və bura daxil olan ölkələrə müraciət edə bilər ki, “ siz həqiqətən Azərbaycanın ərazi bütövlüyünü tanımırsınızmı?”, “Qarabağın Azərbaycan ərazisi olduğunu tanımırsınız?”… Çünki KTMT-yə daxil olan ölkələr illərdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Bu səbəbdən də Paşinyan bu ifadələri absurd görünür.
“Burada özü deyir ki, “mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Sonra deyir ki, “yox KTMT tanımır”. Burada cavabı müəmmalı olan suallar yaranır. Mən Azərbaycanı Ermənistanla sülh müqaviləsi imzalamağa tələsməməyə çağırırıam. Çünki belə bir ölkə rəhbəri ilə real atmaq mümkün deyil. Bu gün bir söz deyir, sabah başqa bir yanaşma ortaya qoyur. Biz tam olaraq, bütün ərazilərimizi nəzarətə götürməyənə qədər, Ermənistanla sülh müqaviləsi imzalamamalıyıq”-deyə Əhəd Məmmədli bildirib.