|
“Noyabrın 22-si günorta saatlarına olan məlumata görə, Azərbaycan - Ermənistan sərhədində vəziyyət nisbətən sabitdir”.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı yaydığı yeni məlumatda deyilir.
Məlumata əsasən, Azərbaycan - Ermənistan sərhədinin bütün perimetri boyu vəziyyət nisbətən sabitdir.
Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Yuxarı Ləki kəndində qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür.
Qarakənd faciəsi və ya 20 noyabr hadisəsinin növbəti ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavəndi rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulub.
Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlayıb.
Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub:
- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - helikopter heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - helikopter heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - helikopter heyətinin üzvü
Bir neçə gün əvvəl Zəngəzurda Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən insident zamanı qarşı tərəfin mayor rütbəli şəxslərinə döyüş mövqelərinə, qaynar nöqtələrə qalxmağa icazə verilməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Nəşr yazır ki, bu məlumatı iki müxtəlif vəzifədə olan hərbçilər də təsdiqləyib. Onların sözlərinə görə, Müdafiə Nazirliyinin xüsusi təyinatlı alayının zabitləri, eləcə də xarici kəşfiyyatçılar döyüş əməliyyatlarının ən həlledici məqamında mövqelərə qalxmağa cəhd edərkən onlara qadağa qoyublar. Bildirilib ki, bu, yeni təyin olunmuş müdafiə naziri Suren Papikyanın əmridir və o qeyd edib ki, rütbəsi mayordan yüksək olanlar döyüş mövqelərinə buraxılmasın.
Həmçinin məlumatda qeyd olunur ki, hökumət Ermənistanda yerləşən 102-ci hərbi bazanın dəstəyindən də imtina edib və Zəngəzurdakı hərbi bazanın ikinci korpusunun komandiri erməni əsgərlərinə dəstək vermək istəyəndə ona da icazə verilməyib.
Ermənistanın Müdafiə Nazirliyi isə yüksək rütbəli zabitlərin mövqelərə buraxılmaması ilə bağlı yayılan bu məlumatları təkzib edib.
Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin zəhərlənərək dünyasını dəyişdiyi iddia olunur.
“Qafqazinfo” “ODA TV”yə istinadən xəbər verir ki, Gülən çərşənbə günü gecə ABŞ-ın Pensilvaniya ştatında yaşadığı evdə zəhərlənib. Gülənin ətrafında olan daha bir nəfər də zəhərlənərək ölüb.
Villanın əməkdaşlarına isə media ilə təmasdan yayınmaq tapşırılıb. Bu, Gülənə qarşı sui-qəsd kimi dəyərləndirilir.
Amerika polisi və mediası bu məsələ ilə bağlı hələ ki, məlumat yaymayıb.
Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbəri Hakan Çopurun öz tvitter hesabında yaydığı məlumatda deyilir ki, Gülənin zəhərləndiyi, ölmüş ola biləcəyi, onu zəhərləyənin öldürüldüyü ilə bağlı iddialar yaxından izlənilir və araşdırılır.
Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulundan dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur.
***
Fətullah Gülənin Pensilvaniyada yaratdığı “Qızıl Nəsil” (Golden Generation) təşkilatının rəhbərliyinə yaxın mənbə “TASS” agentliyinə verdiyi açıqlamasında Gülənin ölümü ilə bağlı xəbərləri təkzib edib.
“Bu məlumat həqiqətə uyğun deyil və yalandır”, - deyə mənbə qeyd edib.
Bununla belə, təşkilat Türkiyə mediasının yaydığı məlumatlarla bağlı “TASS”-ın sualına rəsmi cavab verməyib. Pensilvaniya polisi isə bu məsələ ilə bağlı şərh verə bilməyəcəklərini bildirib.
Bir müddətdir sosial şəbəkələrdə mənəvi terrora məruz qaldığını iddia edən ictimai fəal Bəxtiyar Hacıyev hadisəni törədən şəxsin tutulduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk paylaşımında bildirib: “Köhnə proqramlaşdırma bacarıqlarımı işə salıb, sadə bir kod yazdım və bu mesajların arxasında dayananlarla bağlı təkzibedilməz sübutlar toplayıb DİN və DTX-ə təqdim etdim. Axşam məni “Bandotdel”ə dəvət etdilər və məlumat verdilər ki, həmin şəxsi saxlayıblar.
Onunla üzləşmə keçirildi. Adamın dediyinə görə təkcə məni hədəf almaq üçün son bir neçə ayda nömrələrə 10 000 dollardan artıq pul xərclənib. Ümid edirəm ki, adamın arxasında dayanan, ictimai-siyasi mühiti söyüş mühitinə çevirməyə çalışan sifarişçiləri də taparlar”.
Qeyd edək ki, B.Hacıyev son aylarda xarici vatsap nömrələrindən ona anonim mesajlar gəldiyini, təhqir və mənəvi terrora məruz qaldığını bildirir.
Ermənistan noyabrın 6-da sərhəddə baş verən atışmada ölən hərbçilərinin bir qisminin adını açıqlayıb.
“Hraparak” xəbər verir ki, hazırkı məlumatlara görə, noyabrın 16-da Ermənistanın şərq istiqamətində gedən döyüşlərdə erməni tərəfinin 6 hərbçisi ölüb.
Onlar 1990-cı il təvəllüdlü, baş leytenant Taron Saakyan, 1991-ci il təvəllüdlü, müqaviləli hərbçi, kiçik çavuş Merujan Arutyunyan, 1990-cı il təvəllüdlü Qurgen Sarkisyan, 1998-ci il təvəllüdlü kiçik çavuş Artur Martirosyan, 1980-ci il təvəllüdlü David Amiryandır. Həlak olan digər bir əsgərin kimliyi hələ də araşdırılır.
Yazıda o da qeyd olunub ki, itkin düşənlərin tapılması istiqamətində iş aparılır.
Noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Mingəçevir Şəhər prokurorluğundan "Yol-xeber.az"a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
General sülhməramlıların komandanı missiyasını başa vursa da, hələ də Bakıdan erməni daşımaqdadır; hərbi ekspert: “Xaraktercə adekvat olduğu üçün onunla ünsiyyətdə problem yaranmır, şəxsi keyfiyyətləri ilə yanaşı həm də onun bu regiondan olması rol oynayır”
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov Bakıda apardığı danışıqlar nəticəsində bir erməni hərbçisinin cəsədini təhvil alaraq İrəvana qayıtdı. Ermənistan Müdafiə Nazirliyi Muradovun Bakıdan 1990-cı il təvəllüdlü leytenant Taron Civanoviç Saakyanın meyitini apardığını açıqlayıb.
“Noyabrın 17-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun onu təcili olaraq məzuniyyətdən çağırdığı bildirilirdi. Görünür ki, Muradov tələm-tələsik istirahətini yarımçıq qoyaraq Bakı və İrəvan arasında vasitəçilik edib. Amma general bu dəfə əsirləri deyil, bir erməni cəsədini aparmağa gəlmişdi.
Ermənistan tərəfinin rəsmi açıqlamasına görə, onların 13 hərbçisi əsir düşüb və aydın olur ki, Muradov onları təhvil ala bilməyib. Deməli, erməni əsirlərin qaytarılmasına hələ zaman var. Burada diqqət çəkən məqam Muradovun personasıdır. Qarabağdakı sülhməramlıların komandanı olmuş general missiyasını başa vursa da, yenə də fəaliyyətini davam etdirir. Halbuki, hazırda sülhməramlı kontigentin komandanı Gennadi Anaşkindir. Ancaq nədənsə Rusiya hərbi-siyasi rəhbərliyi Muradova etimad göstərir, o cümlədən Bakı və İrəvan da onun işini pis qarşılamır. Əslən tabasaran olan R.Muradovun milli kimliyinin də burada rol oynaması istisna deyil. Belə görünür ki, R.Muradovun Qarabağdakı missiyası hələ bitməyib.
Yada salaq ki, oktyabrda R.Muradov Bakıda olmuşdu və İrəvana 5 erməninin təhvil verilməsində iştirak etmişdi. Maraq doğuran isə budur ki, Muradovun hansı missiya daşıdığı haqda rəsmi bilgi yoxdur. General qeyri-hökumət və ya humanitar təşkilatın nümayəndəsi deyil ki, belə bir missiya yerinə yetirsin. Onun hansı statusla bu danışıqlarda iştirakı haqlı suallar doğurur.
Ehtimal etmək olar ki, Rüstəmov tərəflərlə yaxşı münasibət qurub və bu səbəbdən onu indi də Qarabağda Rusiyanın xüsusi nümayəndəsi statusunda sınayırlar, hətta gələcəkdə onun bu görəvi hər hansı adla rəsmiləşə də bilər. İddialara görə Muradovun Azərbaycanın güc strukturlarının rəhbərləri ilə yaxşı və etibara söykənən münasibətləri formalaşıb. Eyni dərəcədə, Ermənistan rəhbərliyi ilə də ustalıqla münasibətlər formalaşdıra bilib. Bu münasibətlər də Muradovu xüsusi missiyalar yerinə yetirmək üçün əvəzsiz simaya çevirib. Bizim mütəxəssislərin baxışı nədən ibarətdir, ona hazırkı missiyası legitimləşə bilərmi?
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a dediyinə görə, Muradov strateji və əhəmiyyətli əməliyyatlarda iştirak, eləcə də rəhbərlik etmiş yüksək rütbəli zabitlərdən biridir: “Onun münaqişələr, qeyri-müharibə şəraitində döyüş əməliyyatları kimi təcrübəsi var. Eyni zamanda xaraktercə adekvat olduğu üçün onunla ünsiyyətdə hər hansı problem yaranmır. Ona görə Rusiya rəhbərliyi ona etimad göstərir”.
Ekspert bildirdi ki, o, Müdafiə Nazirliyinin Cənub Hərb Dairəsinin müavinidir, bu dairə həm də Cənubi Qafqaza məsul deməkdir: “Bizim regionda baş verənlər Cənub Hərb Dairəsindən soruşulur. Ona görə Muradov əlahiddə tapşırıqla bu işlər üçün təlimatlandırıla bilir. Odur ki, gəlir-gedir, əsirlərin dəyişdirilməsində iştirak edir. Digər tərəfdən özünün qafqazlı olması bu məsələdə rol oynayır. Ümumiyyətlə, imperiya siyasətində bu məsələlərə diqqət yetirilir. Çar Rusiyasının ordusunda ”Vəhşi diviziya" var idi. Onların tərkibində çeçen suvarı alayı fəaliyyət göstərirdi və onun komandiri azərbaycanlı Feyzulla Mirzə xan Qacar idi. O, ilk generallardan biridir, ailəsi Şuşaya köçürülmüşdü və orada dünyaya gəlmişdi. Yəni çeçen alayının komandiri hansısa bir İvan, yaxud başqa rus knyaz ola bilməzdi. Rusiya bu gün də imperiya ambisiyaları ilə yaşayan ölkədir olduğu üçün eyni yanaşma var. Bir sözlə, Muradovun bu proseslərdə iştiraka cəlb edilməsində şəxsi keyfiyyətləri ilə yanaşı həm də onun bu regiondan olması rol oynayır".
Fərhad Mehdiyev
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd etdi ki, Muradov Rusiya komandanlığının və hökumətinin etimadını qazanıb. Onun sözlərinə görə, o, həm də tərəfləri tanıyır və vasitəçi rol oynayır: “Burada formal vəzifəsinə ehtiyac yoxdur. Onun nüfuzundan istifadə edilir və gələcəkdə təkrar vəzifəyə qaytarılması, yaxud xüsusi missiya verilməsi istisna bilər. Ancaq sülhməramlıların hazırkı komandanı Anaşkini niyə passiv vəziyyətdə saxlayıblar, bunun səbəbini ehtimal etmək çətindir”.
Züriyə Qarayeva
Siyasi şərhçi Züriyə Qarayeva deyir ki, R.Muradovun fəaliyyəti çox açıqlanmasa da, onun canfəşanlığının xüsusi hədəfə söykəndiyi məlumdur: “Digər tərəfdən Muradovun Qafqazda doğulması, müsəlman olması məsələsi gündəmə gəlirsə Azərbaycanın həssas nöqtəsi olur. Putinin də ona güvənməsi, konkret missiyası olmasa da, proseslərin gedişini idarə etməsi xüsusi nümayəndə olması ilə bağlı fikrə dəlalət edə bilər. Lakin bu barədə konkret sənəd olsaydı, ən azından Türkiyə və Rusiya mətbuatında işıqlandırılmış olardı”.
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib.
Qafqazinfo" xəbər verir ki, Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.
Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş əl atəş açıb. Güllələrdən onu baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bildirilir ki, qətli törədən şəxs polis tərəfindən saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.