|
İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri İsbəndiyarov Vüqar Tofiq oğlunun son durumu məlum olub.
Modern.az xəbər verir ki, hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.
Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib. Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir.
V.İsbəndiyarovun hazırda cərrahi əməliyyatda olduğu qeyd edilib.
Xatırladaq ki, ötən gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri polkovnik-leytenant Vüqar İsbəndiyarov minaya düşüb. Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi açılıb.
Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə xəbərləri təkzib edib. Bildirilib ki, Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır.
Bir neçə gün öncə itkin düşən Vətən Müharibəsi iştirakçısı Cavid Bədəlli tapılıb.
Qafqazinfo xəbər verir ki, atasının müraciətindən sonra polis əməkdaşları tərəfindən axtarışlara başlanılıb. C.Bədəlov paytaxt ərazisində tapılaraq ailəsinə təhvil verilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, C.Bədəlli Neftçala rayonunun Xəzər kəndində daimi qeydiyyatdadır. O, təxminən 10 gün öncə Xırdalanda kirayədə yaşadığı evdən çıxıb, geri qayıtmamışdı.
C.Bədəlli ailəlidir. Ailəsi iyulun 21-da polisə müraciət edərək onun itkin düşdüyünü bildirmişdi.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Dünən Kəlbəcərdə xəsarət almış hərbi hissə komandirinin fotosu və videosu sosial şəbəkələrdə yayılıb.
İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.
Ölkə.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dünən Kəlbəcərdə xəsarət almış hərbi hissə komandirinin fotosu və videosu sosial şəbəkələrdə yayılıb.
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Bakıda 24 il əvvəl qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 1998-ci il aprelin 26-da Bakı Balıq hisləmə zavodunun 2 saylı sexində usta işləyən Mübariz Rəsulovun meyitinin aşkar olunması faktına görə həmin tarixdə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (köhnə redaksiyada) başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, həmin zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov 1998-ci il aprelin 22-də saat 23 radələrində aralarında yaranmış mübahisə zamanı işlədiyi sexdə Mübariz Rəsulova çoxsaylı bıçaq zərbələri yetirərərək onu xüsusi amansızlıqla öldürdükdən sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.
Aparılanistintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.
2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Bakıda özünü falçı kimi təqdim edərək özgənin əmlakını talamaqda təqsirləndirilən qadının məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmü ilə 1975-ci il təvəllüdlü Lida Qulamova (soyad-şərtidir) iki il müddətinə azadlıqdan məhrum edilib.
Onun dəluduz əməlinə gəlincə, bu, cari ilin fevralın 22-də baş verib.
Belə ki, Lida Nəsimi rayonu ərazisində piyada hərəkət edən Aytən Məmmədovaya (ad-soyad şərtidir) yaxınlaşıb və ailəsində problemlər olduğunu bildirib. Özünü falçı kimi təqdim edən qadının əzbərləyərək dediyi cümlələrlə Aytənin ailəsində olan problemlər üst-üstə düşdüyündən, zərərçəkən şəxs Lidaya inanıb.
O, hazırda vaxtı olmadığı üçün Lidaya telefon nömrəsi verərək saat 18 radələrində Nizami rayonu ərazisində yerləşən parkda görüşəcəyini bildirib. Bu zaman Lida görüşə gələrkən evində olan pulları da gətirməsini, əskinasların daha da bərəkətli olması üçün dua oxuyacağını bildirib.
Lida isə görüş yerinə onunla əlbir olan, istintaqa adı məlum olmayan qadınla gəlib. Aytən Lidanın dediyi kimi görüşə ağ parçaya bükülü olan 9 000 dollarla yollanıb. Əlavə olaraq fala baxması üçün də ona 200 manat ödəyib.
Bu zaman əlbir olan qadınlar guya dua oxuyaraq Aytənin fikrini yayındırıblar və parçanın arasında olan pulu götürüblər. Lida içi boş parçanı qadına qaytararaq onu sabah açmasını tapşırıb və hadisə yerindən uzaqlaşıb.
O, evə qayıtdıqdan sonra şübhələnməyə başlayıb, parçanı açıb baxdıqda içərisinin boş olduğunu görüb və bu barədə polisə müraciət edib.
Lida Qulamov oğurladığı pulları özünə xərcləyib, 3 000 manata isə Sumqayıtda yerləşən maşın bazarından “Vaz 2109” markalı avtomobil alıb. Məhkəmənin qərarına əsasən, avtomobil müsadirə edilib və zərərçəkmiş şəxsə dəymiş ziyanın
ödənilməsinə yönəldilib.
Qeyd edək ki, bu, Lida Qulamovanın ikinci məhkumluğudur. O, daha öncə etdiyi dələduzluğa görə 3 il 6 ay həbsdə yatıb, 2019-cu ildə azadlığa çıxmışdı.
Vladimir Putin tərəfdarı olan 37 yaşlı rusiyapərəst Sergey Obraztsov ölkəsinin Ukraynaya müdaxiləsini tənqid edən 29 yaşlı həyat yoldaşını polisə şikayət edib.
Obraztsov arvadı Yuliya Baykodan Rusiya-Ukrayna müharibəsi ilə bağlı anti-Rusiya hiss və düşüncələrini ifadə etdiyi üçün polisinə şikayət edərək, tədbir görülməsini istəyib.
Ukrayna əsilli Yuliya Boyko, müharibəni tənqid edənləri hədəf alan yeni sərt Rusiya qanunlarına görə təqsirli bilinərsə, həbs oluna bilər.
Rusiyalı ər bildirib ki, Yuliya qohumlarını Rusiyaya gəlib yaşamağa dəvət etsə də, onlar bundan imtina ediblər.
Həyat yoldaşının sosial şəbəkələrdə davamlı olaraq təxribat xarakterli paylaşımlar etdiyini deyən şəxs oğlunun da oxuduğu məktəbdə Rusiya əleyhinə şüarlar səsləndirdiyini və digər uşaqlarla mübahisə etdiyini iddia edib. O, əlavə edib ki, Yuliya müharibə əleyhinə ritorikasına görə artıq Rusiya polisi ilə problem yaşayır.
"The Sun Online"a danışan Yuliya deyib ki, yeddi illik həyat yoldaşından bir neçə dəfə ayrılmağa cəhd edib. Onun sözlərinə görə, Sergey müharibə şəraitindən istifadə edərək uşağını əlindən alıb.
Yuliya məhkəmədə ərinə etiraz edəcəyini söyləyib.
Cəbrayılda Azərbaycan sərhədini pozan şəxslər saxlanılıb, 95 kq-dan artıq narkotik götürülüb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iyul ayının 21-də saat 20:08-də qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində DSX tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədindən ümumi çəkisi 95 kq 0.700 qr olan narkotik vasitəyə bənzər maddəni (87 kq 0.700 qr marixuana, 7 kq 0.600 qr heroin, 0.400 qram metamfetamin) və psixotrop tsərkibli dərmanları (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) Azərbaycan ərazisinə keçirməyə cəhd edərkən xidmət zamanı sərhədçi adını ləkələdiklərinə görə tərxis edilmiş DSX-nin yeddi nəfər sabiq hərbi qulluqçusu saxlanılıb.
Faktla bağlı Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bir neçə gün əvvəl Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib. Belə ki, 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində toyu olacağı günü özünü asaraq öldürüb.
Modern.az" xəbər verir ki, Aysun nişanlısı ilə yola getmədikləri üçün canına qıyıb.
Yaxınlarının bildirdiyinə görə, təxminən 3 aya yaxın müddət imiş ki, Aysunla nişanlısı arasında anlaşılmazlıqlar olurmuş.
Bütün bunlar Aysun özünü asdıqdan sonra məlum olub. Belə ki, onun bəzi səs yazıları və mesajları ortaya çıxıb.
Qeyd edilir ki, istintaq getdiyi üçün telefon hazırda polisdədir. Aysunun özünü asmağına səbəb isə ikisindən birinin bu evliliyi istəməməsi olub. Ailə də hələ bilmir ki, evliliyi istəməyən hansı olub.
Mesajlardan məlum olub ki, gecə saat 4-də nişanlısı Aysungilin evinə gəlib onu sevmədiyini deyib, hətta hədələyib. Aysun da olub-bitəni ailəsinə deyə bilmədiyi üçün özünü öldürüb.
Həmçinin, Aysunun nişanlısının qazi olduğu bildirilir.
Qeyd edək ki, toyları olmasa da onlar bir müddət əvvəl rəsmi nikaha daxil olublar.