Dünən Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda 3 istiqamətdə - Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir.

Yol-xeber.az -ın xəbərinə görə, bunu ETSN-nin yerli qrumunun rəsmisi Akif Məmmədov bildirib. 

O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və 1 helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub. 

“Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobillər çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq”.

Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif edilib.

Yol-xeber.az-ın xəbərinə görə, bu barədə Abşeron sakini Lalə Bağırova paylaşım edib. O, hadisənin avqustun 11-də Xırdalandakı AAAF Park Yaşayış Kompleksində baş verib:

“14-15 yaşlarında oğlan uşaqları bu gün axsam saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə bütün oynayan uşaqlara "konfet, saqqız" adı ilə ağ həblər təklif ediblər.

Bizim uşaqlar bildirəndə ki, "biz bilirik bunlar nədi”, - qayıdıblar ki, sizin bilmədiyiniz şeylərdəndir. Uşaqlar təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nə isə təklif edirlər.

Öz aralarında danışırlarmış ki, uşaqları maşına basıb aparsınlar”.

Ərazidə təhlükəsizlik kameraları olduğunu deyən L.Bağırova məsələnin araşdırılmasını istəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-ın sorğusuna cavab olaraq hadisədən xəbərdar olduqlarını deyib:

"Məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır” – açıqlamada qeyd edilib.

 

 

 

Rusiyanın Yeketerinburq şəhərində azərbaycanlı fotoqraf Aysel Əhmova həbs olunub.

Yol-xeber.az xarici mətbuata istinadən xəbər verir ki, o, model Yelena Nikiforovskayanın polis idarəsinin qarşısında şalvarını endirərək poz verdiyi yerdə şəklini çəkərkən saxlanılıb. Onunla birgə model qadın da hərkətinə görə tutulub. 

Hər iki şəxsin saxlanılmasına etiraz əlaməti olaraq gənc fəal Alina İvanova da şalvarını polis idarəsinin qarşısından aşağı endirib. Polis tərəfindən saxlanılan şəxs, məhkəmənin qərarı ilə barəsində 5 sutkalıq həbs cəzası verilib.

Məlumata görə, Aysel Əhmədova və Yelena Nikiforovskaya xırda xuliqanlıq maddəsi ilə ittiham olunub. Onlar ayrı-ayrılıqda 2-3 gün müddətinə inzibati qaydada həbs edilib.

 

 

 

 

 
 
 
Bakıda süpürgəçi qadının ifası görənləri təəccübləndirib.

"Yol-xeber.az" "milli.az"a istinadən xəbər verir ki, təxminən 60 yaşlı qadın bu ifasını elə iş başında edib.

Qadının kimliyi barədə bir məlumat yoxdur.

Sözügedən kadrları təqdim edirik:

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə "Yol-xeber.az"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Mingəçevirdə özünü Kürə atan qadın xilas edilib

Mingəçevirdə qadın özünü Kür çayına atıb.

Yol-xeber.az-ın məlumatına görə, hadisə şəhərin Sahil parkı ərazisində baş verib. İntihar məqsədilə özünü Kür çayına atan orta yaşlı qadın ərazidə olan qayıqçı tərəfinfən xilas edilib. Sahilə çıxarılan qadın həkim briqadasına təhvil verilib. Onun Tərtər rayonunun Cəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Həşimova Sveta Yusif qızı olduğu məlum olub.

İntihara cəhdin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilər Polis Şöbəsinə gətirliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

Obyekt sahibi Adil Mustafatev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.

SPA mərkəzində işləyən A. Ağamalıyeva, A. Əliyevanın hər birinin barəsində 200 manat miqdarında, müştərilər - Ceyhun Məmmədli, Elşən Tağıyev, Ələddin Alıyev, Azər Verdiyev və Orxan Abbasovun hər birinin barəsində isə 300 manat miqdarında protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.

Prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, bu il mayın 9-da saat 22 radələrində 1952-ci il təvəllüdlü Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət-proseesual qanunvericiliyə əsasən planlaşdırılaraq aparılmış istintaq tədbirləri ilə Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 9 may 2021-ci il tarixdə saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq məqsədi ilə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib boğaraq mexaniki asfiksiya nəticəsində Rəşid Axundovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

10.08.2021-ci il tarixdə İnnesa İsmayılova barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Elçin Əliyev Bakıda avtobus sürücüsünün davranışı tənqid edib.

"Ölkə.Az" xəbər verir ki, o, “Facebook” səhifəsində bu barədə yazıb və tənqid etdiyi avtobus sürücüsünün görüntülərini paylaşıb.

Elçin Əliyev bildirib ki, "Xaliq Faiqoğlu" şirkətinə məxsus sərnişin avtobusunun sürücüsü Şəmsi Bədəlbəyli küçəsində sükan arxasında olarkən pəncərədən yerə salfet atıb.

Ətrafı zibillədiyinə görə sürücüyə irad bildirdikdə isə kobud rəftarla qarşılaşıb.

“Əcəb edirəm, istəyirəm zibili yerə atıram. Sənin nə işinə qalıb? Get öz işinlə məşğul ol”, - deyə sürücü qışqırıb.

 

 

 

 
 
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən "Yol-xeber.az" bildirilib ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

Xəbər lenti