|
Ermənistanın hərbi hissələrdən birində üç hərbçinin cəsədi tapılıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bunlar 2002-ci il təvvəllüdlərində olan Murad Muradyan, Levon Harutyunyan və Qor Saakyanın meyitləridir.
1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi olmuş Rəşad İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Yol-xeber.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan R.İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.
Sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən R.İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmə istintaqı dövründə Rəşad İsmayılov ittihamlarını qəbul etmədiyini deyib.
Məhkəmədə ifadə verən Rəşad İsmayılov bildirib ki, o, Sürəyya Qasımovadan pulu borc alıb.
R.İsmayılov qeyd edib ki, ittihamda bəhs olunan 280 min manat ona birdəfəyə verilməyib: "Biz onunla bir qrupda oxumuşuq. Pulu mənə saziş əsasında verib. Mənə xaricdən - "Pepsi Cola" şirkətindən 1 milyon 300 min dollar pul gəlməliydi. Mənim özümü də aldatdılar. Vüsal Əliyev vardı, o dedi ki, pulu almaqda mənə kömək edəcək. Buna görə ona pul verməliydim. Sürəyyanın əri də iki dəfə, elə birbaşa Vüsala pul verib. Pul Gürcüstana, oradan Azərbaycana gəlməliydi. Sonradan bildim ki, Sürəyyagil də altdan-altdan səsimi yazıb prokurorluğa verirmiş. Tutuldum, o iş də qaldı...".
Prosesdə Sürəyya Qasımova şahid qismində dindirilib. Söyləyib ki, R.İsmayılovla ünsiyyəti olub, bir-birlərinin yanına xəstə göndərirmişlər.
O deyib ki, R.İsmayılov ondan birinci dəfə 700 manat borc istəyib: "Pulu verdim. İkinci dəfə 1500 manat istədi. Yenə verdim. Sonra dedi ki, yüksək vəzifəyə gedirəm, mənə kömək elə. Mən də evdə nə vardısa, verdim. İllərlə yığdıqlarımızın hamısını - avro da vardı, dollar da, manat da. Demişdi ki, xaricdən alacağım var. İspaniyada biznesi olduğunu bildirmişdi. Ümumilikdə 280 min manat pul vermişəm. Bir avtobusumuz vardı, onu, "Pajero" maşınımızı satdıq..."
Amma Sürəyya Qasımova məhkəmədə bu pulları baş həkim təyin olunmaq üçün verdiyini demək istəməyib.
Məhkəmə istintaqdakı ifadəsini ona xatırladıb. Həmin ifadədə o bildirib ki, Rəşad İsmayılov özünün yaxın vaxtlarda səhiyyə naziri təyin ediləcəyini, onu da Koordiologiya İnstitutuna baş həkim təyin etdirəcəyini demişdi: "Mənə demişdi ki, özündə olan bütün pulları da bu məqsədlə yüksək vəzifəli adama verib. O adamın adını burada demək istəmirəm".
Sualları cavablandıran şahid bildirib ki, o, sinir xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. Lakin o, Elmi-Tədqiqat Koordiologiya İnstitutuna baş həkim təyin olunmaq istəyirmiş.
Sürəyya Qasımova təsdiqləyib ki, həyat yoldaşı iki dəfə pulu Vüsal Əliyev adlı şəxsə verib.
Təqsirləndirilən sabiq baş həkimin Samir Şahbazov adlı şəxsdən də pul aldığı iddia olunur. Rəşad İsmayılov həmin vəsaiti də borc aldığını bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Rəşad İsmayılovun həmin vəzifədə işləyərkən iş üçün ona müraciət etmiş şəxsə özünün yaxın vaxtlarda guya Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunduqdan sonra onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verərək həmin vətəndaşın ümumilikdə 280 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşı bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
“Yol-xeber.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə Sabunçu rayonunun Maştağa qəsəbəsində Fərqanə Abbasovanın həyat yoldaşı tərəfindən bıçaqlanması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan 14-cü Polis Bölməsinin əməkdaşlarına məlum olub ki, yaralanan qadın xəstəxanaya yerləşdirilib. Həmin ərəfədə cinayəti törədən Abbas Abbasov könüllü Sabunçu Rayon Polis İdarəsinə (RPİ) gələrək təslim olub.
Hadisənin baş verdiyi Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 137-yə baxış zamanı dəhlizdə və yataq otağında qan ləklərinin olması müəyyən edilib. Evin eyvanında dəstəyi qara rəngli, üzərində xırda qan ləkələri olan bıçaq aşkar edilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fərqanə Abbasovanın bədən səthində beş ədəd kəsilmiş-deşilmiş yara izi aşkar edilib.
İstintaqla müəyyən edilib ki, Abbas Abbasov 2005-ci il ildən rəsmi nikahda olduğu həyat yoldaşı Fərqanə Abbasova ilə İmişli rayonunda birgə yaşadıqları müddətdə mütəmadi spirtli içki qəbul edib, sərxoş vəziyyətdə evə gələrək heç bir əsas olmadan qısqanclıq zəminində onunla mübahisə edib.
2019-cu ilin oktyabr ayında müalicə olunduğu İran İslam Respublikasından geri qayıtdıqdan sonra qadın Maştağa qəsəbəsində yerləşən ata evinə köçüb. Abbas münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də, Fərqanə onunla yaşamaqdan imtina edərək, boşanmaq istəyib. Arvadını qısqanclıq niyyəti ilə öldürmək qərarına gələn Abbasov qayınatasının evinə gəlib və bacısı Vəfa Abbasovanın gözləri qarşısında ona xəsarətlər yetirib. Arvadının almış olduğu xəsarətlərdən hərəkətsiz vəziyyətdə qaldığını görərək, öldüyünü zənn edib və hadisə yerindən qaçıb. Daha sonra Sabunçu RPİ-nə gedərək könüllü təslim olub.
Fərqanə Abbasova ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırılıb.
İş üzrə dindirilmiş Abbas Abbasov ifadəsində bildirib ki, həyat yoldaşını öldürmək məqsədi ilə bıçaqlayıb. Dəfələrlə onunla barışmasını xahiş etsədə Fərqanə buna məhəl qoymayıb onunla kobud rəftar edib. Bu səbəbdən də bezib cinayət törədib.
Məhkəmə prosesi zamanı Abbas Abbasov ittiham üzrə özünü təqsirli bilib.
Zərərçəkmiş Fərqanə Abbasova təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə Abbas Abbasov CM-nin 29.120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Bu barədə "Yol-xeber.az"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Baş İdarə əməkdaşlarının paytaxtın Nizami və Yasamal rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələri qəbul edib hissə-hissə onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edən, həmçinin narkotik vasitələrin satışından əldə edilən çirkli pulların müxtəlif yollarla xarici ölkələrdəki banklara transfer olunmasına köməklik göstərən Xəyal Quluzadə, onun tanışı Aydın Kərimov və Zaur Məmmədov saxlanılıblar. Xəyal Quluzadə və Aydın Kərimovun üzərində şəxsi axtarış aparılan zaman onlardan 100 qrama yaxın, paytaxtın Nizami rayonunda yaşadıqları evdən isə əlavə 3 kiloqram 205 qram heroin, 794 qram tiryək, 2 kiloqram 400 qram marixuana və 1 kiloqram 30 qram metamfetamin aşkar olunub. Zaur Məmmədovun üzərindən və yaşadığı evdən isə ümumilikdə 11 kiloqram 650 qram heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, Xəyal Quluzadə, Aydın Kərimov və Zaur Məmmədov xaricdə yaşayan narkotacirlərlə əlaqə yaradaraq onlar üçün ölkə ərazisində narkokuryerlik edən yerli vətəndaşlardan ibarət şəbəkə yaradıblar. Bu şəxslər narkokuryerliyə cəlb etdikləri şəxslərə müxtəlif şirnikləndirici vədlər verərək onları ələ almağa çalışıblar.
Qeyd edək ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində şəbəkəyə daxil olan şəxslərin anket məlumatları dəqiqləşdirilib. Həmin narkokuryerlərin də saxlanılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan əməliyyatlar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər – Elçin Məmmədov, Əzizbala Məmmədov və Zülfü Həsənov saxlanılıblar. Elçin Məmmədovun üzərindən 204 qram heroin, yaşadığı evdən isə 314 qram metamfetamin aşkar edilib. Əzizbala Məmmədov və Zülfü Həsənovdan isə ümumilikdə 6 qram heroin, 29 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Mirvaqif Bağırov, Zərbəli Şahverdiyev və Qurban Yusifov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 qrama yaxın heroin və elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Nərimanov və Qaradağ rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı da narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Ramin Abdullayev və Ələsgər Zərbəliyev saxlanılıblar. Ramin Abdullayevin üzərindən və yaşadığı evdən 126 qram metamfetamin və 221 qram heroin , Ələsgər Zərbəliyevin üzərində şəxsi axtarış aparılan zaman isə 50 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Sumqayıt şəhəri Corat qəsəbəsində həyata keçirdikləri sonuncu əmliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüqar Mehtiyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 51 qram, yaşadığı evdən isə əlavə 2 kiloqram 30 qram heroin aşkar edilib. Araşdırma zamanı Vüqar Mehtiyevin Sumqayıt şəhəri və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduğu məlum olub.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən rayonun Şahağacı kənd sakinlərindən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Nəticədə kənd sakinləri əvvəllər məhkum olunmuş Əlibala Məmmədov, Fazilə Rzayeva, Şəhruz Quliyev, Ramin Ağayev, Şəhriyar Mirzəyev və İsmayıl Mirzəyev tutulublar. Dəstə üzvlərinin hər birinin üzərindən və yaşadıqları evlərdən ümumi çəkisi 316 qram olan heroin və metamfetamin aşkar edilib.
Qeyd edək ki, adları sadalanan şəxslərin ətraflarında əməliyyat tədbirləri həyata keçirilən zaman onların xaricdə yaşayan və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələrinin mövcudluğu ortaya çıxarılıb. Araşdırma zamanı bu şəxslərin narkotik maddələrin ölkə ərazisində yayılması üçün kuryerlik edikləri və satışı ilə məşğul olduqları məlum olub.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lənkəran şəhəri və Biləsuvar rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik maddələrin dövriyyəsi ilə məşğul olan Şahin Ağayev və Ramil Quluzadə də saxlanılıb. Şahin Ağayevinin yaşadığı evdən ümumi çəkisi 74 qram olan heroin, eləcə də metamfetamin, Ramil Quluzadədən isə 2 kiloqram 322 qram marixuana aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslərdən 19-u məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan, 1 nəfər haqqında isə alternativ növdən olan qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, təqdim etdiyimiz sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərdən bəziləri aktiv narkotik vasitə və psixotrop maddə istifadəçisidirlər. Müayinələr zamanı bu şəxslərin bir neçəsinin narkotik vasitə istifadə etməsi nəticəsində insan həyatı üçün olduqca təhlükəli olan hepatit və QİÇS virusuna yoluxduqları və daşıyıcıları olduqları müəyyən edilib.
Odur ki, sağlam gələcək naminə vətəndaşlara bir daha müraciət edərək onları narkotik vasitələrdən uzaq durmağa səsləməklə yanaşı bu maddələrin qanunsuz dövriyyəsi barədə əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməyə çağırırıq.
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin əsgərləri bir neçə gün əvvəl Şuşanın Sarıbaba kəndini tərk edib gediblər. Nəticədə kənd hazırda müdafiəsiz qalıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda “kənd icmasının rəhbəri” Artak Akopyan bildirib.
“Kənd müdafiəsiz qalıb. Şaiyələrə əsasən əsgərlərimiz mövqelərindən ona görə çəkiliblər ki, azərbaycanlılar da 3 kilometr geri çəkilsin. Amma hələlik heç nə baş vermir”,-o deyib.
Akopyanın sözlərinə görə, müəyyən vaxt Rusiya sülhməramlıları kəndi müdafiə etmək üçün gəliblər, amma sonra onlar da gediblər və daha geri qayıtmayıblar.
Sarıbaba (ermənilər bu kəndi “Yextsaoğ” adlandırırlar) kəndi Laçın-Xankəndi yolunun, yaxud Laçın dəhlizinin şimalında yerləşir, ona ən yaxın yaşayış məntəqəsi Göytala kəndidir.
Eyni adlı dağın ətəyində yerləşən Sarıbaba kəndində vaxtilə ermənilər məskunlaşdıqdan sonra onun adını dəyişdirmişdilər, kənd 1992-ci ildə işğal altına düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycanda 3.1 bal gücündə zəlzələ baş verib.
Yol-xeber.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 18.08.2021-ci ildə yerli vaxtla saat 00:35-də Lerik stansiyasından 19 km şərqdə, Lerik rayonunda 21 km dərinlikdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Bu barədə "Yol-xeber.az"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 33 kiloqram olan narkotik vasitənin, 314 ədəd psixotrop və güclü təsirli maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Avqust ayının 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə ediib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin Beyləqan rayon sakini 1981-ci il təvəllüdlü Ağayev Vüsal Bayram oğlu olması müəyyənləşdirilib, onun əlindəki qara rəngli idman çantasına baxış zamanı içərisində təxmini çəkisi 33 kiloqram narkotik vasitəyə (25 kiloqram 340 qram “heroin”, 5 kiloqram 800 qram “metamfetamin”, 1 kiloqram 720 qram “marixuana”, 60 qram “tiryək”, 284 ədəd “metadon” M40 və 30 ədəd “preqabalin” dərman həbləri) oxşar maddələr aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan "Yol-xeber.az"a verilən məlumata görə, araşdırma ilə qeyd olunan poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılmışdır.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək COVİD-19 pandemiyası ilə mübarizədə ən effektiv və səmərəli tədbirlərdən olan vaksinasiyadan keçməyi tövsiyə edir.
Həmçinin, bu kimi hallarla rastlaşan şəxslərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Zaur Hüseynov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən psixotrop maddə metamfetamin, yaşadığı evdən isə lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə rayon sakinləri E.Tağıyev, T.Mikayıllı, M.Əzimov, E.Mahmudov, İ.Şəfiyev, R.Rzayev, E.Abbaszadə, T.Rzayev, İ.Ələkbərov və F.Rzayev saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.