Bu gün Kəlbəcərin Susuzluq kəndinə çəkiliş qrupunu aparan avtobus minaya düşüb.

“Yol-xeber.az” xəbər verir ki, nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və

“Azərtac”ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm ibrahimov  həyatlarını itiriblər. 
AzTV-nin rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıb. 

Qarabağda minaya düşən jurnalistlərin maşını - VİDEO 
.
Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə AzTV sədri Rövşən Məmmədov məlumat verib.

“Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!
Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”,  -deyə R. Məmmədov qeyd edib.

 

 

 

 
 
 
AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub.

"Yol-xeber.az" demokrat.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır.

Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.

2018-ci il mayın 24-də Bakının Nəsimi rayonunda dəhşətli cinayət baş verib.

"Yol-xeber.az" BAKU.TV-yə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsindən Məsud Müzəffərovun Cavadxan küçəsində yerləşən mağazada satıcı işləyən, keçmiş arvadı Aytəkin Müzəffərovanın üzərinə yandırıcı mayeni tökərək, yandırması faktı barədə məlumat daxil olub.

Faktla bağlı Nəsimi rayonn Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, 1993-cü il təvəllüdlü Aytəkin Müzəffərovnın bədən səthində 75-80%-ni əhatə edən ağır dərəcəli yanıq sahələri aşkar olunub. Onun ölümünə - yanıq şoku səbəb olub.

İstintaqla müəyyən edilib ki, Məsud Müzəffərov arvadı Aytəkin Müzəffərovanın, onunla rəsmi nigahda olduğu halda 2017-ci il aprelin 21-də Türkiyə Respublikasına gedib, orada ona xəyanət etməsini düşünərək, qadını qisas niyyəti ilə öldürmək qərarına gəlib.

2018-ci il mayın 24-də yoldaşının işlədiyi Cavadxan küçəsi, ev 40, mənzil 76 ünvanında yerləşən təsərrüfat təyinatlı mallar satılan mağazada işdə olduğunu dəqiqləşdirdikdən sonra, Məsud təxminən 1 litr benzin olan qabı götürüb, saat 16 radələrində ora gedib.

Aytəkinin başına yanacağı töküb, alışqanı yandırıb od vurmaqla, habelə seçdiyi üsulla mağazada olan digər şəxslərin də həyat və sağlamlığı üçün açıq təhlükə törətdiyini dərk edərək, qadını xüsusi amansızlıqla qəsdən öldürüb.

İş üzrə dindirilmiş Məsud Müzəffərov bildirib ki, 2009-cu ildə Aytəkin Cəfərova ilə evlənib. Nigahdan bir övladları olub. 2017-ci il aprelin 20-də arvadını xəstəliyi ilə əlaqədar, sonuncunun istəyi ilə yol maşını ilə Bakıya göndərib.

Lakin 1-2 gündən sonra o, öyrənib ki yoldaşı Türkiyəyə gedib. Onun yoxa çıxması ilə bağlı Nizami RPİ-nə müraciət edib.

Aytəkinin mobil nömrəsinə daxil olan zəngləri çıxardıb və onun Türkiyədə istifadə olunan bir nömrə ilə əlaqədə olduğunu öyrənib.

Həmin nömrənin sahibinin Əhməd adlı şəxs olmasını öyrənib. Mayın 4-də arvadı Bakıya qayıdıb. Onun gəlməsini dəqiqləşdirmək üçün avtovağzala gedib və səhər saat 7 radələrində Aytəkini İstanbul avtobusundan düşən görüb.

Gələndən sonra o "Memar Əcəmi" metrosu yaxınlığında anası və qardaşları ilə birlikdə yaşayıb. Bu hadisədən sonra rayonda qala bilməyib, dost-tanışdan utanıb. Noyabr ayından Nəsimi rayonunda xalasıoğlu ilə birlikdə kirayə evdə yaşayıb.

Aytəkin gələndən sonra, onunla görüşmək və danışmaq imkanı olmayıb. Arvadı boşanmaq üçün Masallı rayon məhkəməsinə ərizə verib və 2018-ci il yanvarın 25-də onlar boşanıblar.

Yoldaşına qarşı qəlbində qəzəb yaranıb. Əvvəl onu bıçaqla vurmaq istəyib. Lakin sonra sifətini yandıraraq, üzündə silinməz ləkələr qalmasına qərar verib. 1 litrə yaxın benzin alıb və qabı torbaya büküb, evdə saxlayıb.

Qeyd edək ki, hadisədən bir ay əvvəl Aytəkin 19-cu polis şöbəsinə şikayət edərək, ərizədə onu döydüyünü göstərsə də, bu öz təsdiqini tapmayıb. Mayın 23-də Cavadxan küçəsi ilə hərəkət edərkən, təsadüfən arvadının mağazalardan birində işlədiyini görüb.

Səhərisi gün saat 14 radələrində mağazaya daxil olub salfet alıb, ora getməyinə səbəb qadını görmək olub, əslində nəsə almaq niyyəti olmayıb.

Onunla 7-8 dəqiqə söhbət edib, uşağı ilə görüşmək imkanı verməsini istəyib. Sonra evə gedib, benzinlə dolu qabı götürən Məsud saat 17 radələrində mağazanın qarşısına gəlib.

Ordan Aytəkinin hərəkətlərini izləyib, sonuncunun yanında olan müştəri uzaqlaşan kimi, gözlənilmədən mağazanın içərisinə iti addımlarla girərək, yanacağı yoldaşının üzərinə, əsasən də başının arxa hissəsinə töküb.

Qadın müqavimət göstərməyə çalışsa da, buna imkan verməyib və ona alışqanla od vurub mağazadan uzaqlaşıb.

Daha sonra o 19-cu şöbəyə gedib və Aytəkini yandırdığınıni bildirib. Məsud Müzəffərov qeyd edib ki, arvadını yandırmasına səbəb ona xəyanət edərək Türkiyəyə getməsi olub, Aytəkini alimenti ödəməmək üçün öldürməyib.

Bu niyyətindən kənar şəxslərin xəbəri olmayıb. Əməlinə görə peşman olub.

Nəsimi RPİ 19-cu PŞ-dən daxil olmuş məktubdan görünüb ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, Məsud və Aytəkin Müzəffərovların arasında qısqanclıq zəmnində mübahisə olub. Ailəli olduqları halda qadın Türkiyəyə gedib, orda türk vətəndaşı ilə tanış olub.

Bir müddətdən sonra Bakı şəhərinə qayıtıb və həmin vaxtdan onlar ayrı yaşayıb. Məsud Müzəffərov bu halı qəbul edə bilmədiyi üçün arvadının üzərinə benzin töküb, yandırıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Kamran Cəfərzadə qeyd edib ki, bacısı Aytəkin işləmək və Məsudla birlikdə yaşamamaq üçün Türkiyəyə gedib, o yoldaşına xəyanət etməyib və Əhməd adlı şəxsi tanımayib.

Məsud arvadının, ondan ayrılmasını qəbul edə bilməyib. Boşanandan sonra Aytəkin ərindən dəfələrlə, aliment ödəməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Müzəffərov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Erməni morqlarında hərbçilərimizin meyitləri yoxdur

İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib. 

“Yol-xeber.az” xəbər verir ki, bu haqda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. 

Bildirilib ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilib.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində  Azərbaycan Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd, Əliağalı kəndində isə çəkisi 20 kiloqram olan 50 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılmasına dair yayılan video-görüntülərlə bağlı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb.

"Yol-xeber.az" APA TV-yə istinadən xəbər verir ki, həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar ediblər. Hazırda həmin görüntülər əsasında qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Qonşuların sözlərinə görə, ahıl qadın ər-arvad olan dayısı oğlu və xalası qızıyla yaşayıb. 1988-ci ildən İvanovka kəndində yaşayan Səkinə Həsənovaya son iki ildə kənd camaatı baxıb. Son iki ayda isə kənddə gözə dəyməməsini görən kənd sakinləri icra nümayəndəliyinə məlumat veriblər:

Ahıl qadının şiddət görməsi ilə bağlı paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb. Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar. Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb. O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

Ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi icraata verilib.

"Yol-xeber.az"ın xəbərinə görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Bu iş üzrə 14 erməni terrorçusu ittiham olunur. Onlardan yalnız ikisinin - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin adları məlum idi. Digərləri isə Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçlərdir.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildə tarixdə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Həmin birləşmələrin üzvləri 26-27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.

Baş Prokurorluqdan "Yol-xeber.az"a bildirilb ki,  Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın  Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

20.05.2021-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.

Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə, dövlət ittihamını müdafiə edən - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasovun iştirakı ilə Ermənistan Respublikasının vətəndaşları - Mkrtiçyan Lüdvik Mkrtiçoviçin və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırlıq iclası keçirilmişdir.  
İclasda cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən tarcüməçilərin iştirakı təmin edilmişdir.

Eyni zamanda hazırlıq iclasında 45 nəfərdən çox yerli və xarici kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq statuslu nümayəndələr, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak etmişlər.
Həmçinin, təcili tibbi yardım heyətinin iştirakı da təmin edilmişdir.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Xəbər lenti