![]() |
|
Birinci Ordu Korpusunun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır", - Baş Prokurorluqdan bildirilib.
Siyəzən şəhəri 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Yusif Ağayevin sənədlərinin 4 nömrəli uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinifə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Bu barədə "Yol-xeber.az"a Siyəzən Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı valideynlərin bu barədə Yusif Ağayevin 1-ci sinifə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinifə buraxılmaması müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.
Nazirlikdən daxil olan xəbərdarlıqda deyilir:
"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrı 15-də Kəlbəcər istiqamətində növbəti təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.
Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.
Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - Müdafiə Nazirliyindən bildirilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlama yayıb.
"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, 13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb.
Nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib.
Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.
Xəbər verdiyimiz kimi, erməni terrorçu Şuşa yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu posta qumbara atıb.
“Yol-xeber.az” xəbər verir ki, həmin şəxsin kimliyi məlum olub. "Caliber"in məlumatına görə, təxribata əl atan erməni 1975-ci il təvəllüdlü Norayr Mirzoyandır.
O, artıq ərazidə xidmət edən hərbçilər tərəfindən saxlanılıb.
Ermənilər Qarabağda təxribat törədib.
“Yol-xeber.az” xəbər verir ki, erməni terrorçu Şuşa yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu posta qumbara atıb.
Həmin terrorçu ərazidə xidmət edən hərbçilər tərəfindən saxlanılıb.
***
"Caliber"in yaydığı məlumata görə, insident zamanı 1 hərbçimiz yüngül xəsarət alıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.
Xəbər verdiyimiz kimi, səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun Oğuzdan ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Yol-xeber.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qeyd edək ki, qəza ilə bağlı məlumatı "Report" yayıb.
Qəzada ölən polisin fotosunu təqdim edirik:
Bu barədə "Yol-xeber.az"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Baş İdarənin və ona bilavasitə tabe olan Qərb, eləcə də Cənub Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının Qaradağ rayonunda birgə həyata keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanmasına nəzarət edən əsas şəxslərdən biri Nicat Əhmədov saxlanılıb. Onun üzərindən və anbar kimi istifadə etdiyi evindən ümumilikdə 39 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək, 20 kiloqram psixotrop maddə olan metamfetamin, 2 ədəd elektron tərəzi, 400 ədəd satışı qadağan edilən metadon həbi və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi plastik kartlar aşkar edilib.
Baş İdarə əməkdaşlarının Yasamal və Suraxanı rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə beynəlxalq narkoşəbəkənin digər üzvləri Əbil Məmmədov, Müşfiq İsmayılov və tanışı Vüqar Quliyev saxlanılıblar. Əbil Məmmədovun üzərindən 645 qram heroin, 125 qram metamfetamin, yaşadığı mənzildən isə 1 kiloqram 385 qram heroin, 1 kiloqram 425 qram tiryək, 7 kiloqram marixuana, 1 kiloqram 430 qram metamfetamin və 1 ədəd narkotik vasitələrin qanunsuz dövriyyəsində istifadə etdiyi elektron tərəzi aşkar edilib. Müşfiq İsmayılov və Vüqar Quliyevin üzərindən, eləcə də Əmircan qəsəbəsindəki yaşadıqları evdən isə 4 kiloqram 83 qram heroin və 1 kiloqram 62 qram metamfetamin aşkar olunub.
Qeyd edək ki, Nicat Əhmədov, Əbil Məmmədov, Müşfiq İsmayılov və Vüqar Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların Asiyadan Avropaya qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərməyə çalışan xaricdəki narkotacirlər üçün ölkə ərazisində narkokuryerlik etdikləri müəyyən edilib. Bu şəxslərin beynəlxalq narkotrafiki həyata keçirən mütəşəkkil dəstənin ölkə ərazisindəki fəal üzvləri olduqları sübuta yetirilib.
Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonlarında narkotik vasitələrın satışını həyata keçirən şəxslərə qarşı keçirdikləri növbəti əməliyyatlar zamanı isə bu qanunsuz fəaliyyətlə məşğul olan Ötkəm Piriyev, Rəfael Xəlilov, Elşən Babayev, Ayaz Həsənov, Şahbaz Babayev, Sadiq Məmmədov və Nicat Abdullayev saxlanılıblar. Ötkəm Piriyevdən 510 qram heroin və metamfetamin, Rəfael Xəlilovun üzərindən və avtomobilindən 3 kiloqram 600 qram tiryək, plastik kart, Ayaz Həsənovdan 257 qram heroin, metamfetamin və elektron tərəzi, Şahbaz və Elşən Babayevlərdən 1 kiloqram 377 qram heroin, metamfetamin, 300 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi, Sadiq Məmmədov və Nicat Abdullayevdən isə 144 qram heroin və metamfetamin aşkar edilib.
Abşeron rayonunda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə gənclər arasında guya narkotik vasitələrin xeyirli olduğu barədə təbliğat aparan Müşfiq İsayev, Ceyhunə Quliyeva, Araz Ağayev tanışı Şəlalə Abbasova və Əziz Rəcəbov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 1 kiloqram 650 qram müxtəlif tərkibli narkotik vasitələr, 70 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də narkotik vasitələrin satışından əldə edilən pul vəsaitləri və bank kartları aşkar edilib.
Baş İdarənin Sabirabad, Cənub və Qərb Bölgəsində Regional Şöbələrinin əməkdaşlarının isə Ağdaş, Lənkəran, Astara və Qazax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Vaqif Qəhrəmanov, Aqil Səfərov, Mirhüseyn Ocaqov, Vüsal Abdıyev və Amin Əhmədzadə saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, elektron tərəzilər və 20 ədəd metadon həbi aşkar edilib.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan 21 nəfərin cinayətləri ətraflarında həyata keçirilən əməliyyat tədbirləri ilə toplanan təkzibedilməz faktlarla tam sübuta yetirilib.
Göstərilən əməliyyatlar zamanı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu tədbirlər nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 68 kiloqram vasitə və psixotrop maddə, o cümlədən 790 ədəd metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə, ictimai fəal şəxslərə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində və antinarkotik təbliğat sahəsində vətəndaşı olduğu ölkənin gələcəyi naminə öz töhfələrini əsirgəməsinlər. Milli genefondumuzun məhvinə çalışan xaricdən ölkəmizə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirlərin qarşısını yalnız bu sahədə mövcud olan polis-vətəndaş həmrəyliyinin daha da gücləndirilməsi ala bilər.