|
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Şöbəyə rayonun Xaspoladoba kəndi ərazisində meşə massivində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal xüsusi texniki vasitələrin köməkliyi ilə əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakinləri Cavad Mütəllimov və Zaur Mustafayev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların çətənə kollarını əkdiyi sahəyə baxış zamanı 100-ə yaxın narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Mütəllimov və Zaur Mustafayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakının Nərimanov Rayonunda kütləvi dava zamanı iki nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Fətəli Xan Xoyski və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən köşkdə qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Allahverdiyev Maqsud Bəhram oğlu və qardaşı 1992-ci il təvəllüdlü Allahverdiyev Rəcəb Bəhram oğlu köşkdə naməlum şəxslərin hücumuna məruz qalıb. M.Allahverdiyev ağız boşluğu, bilək, qarın və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub. R.Allahverdiyevə isə beş bıçaq zərbəsi vurulub.
Hər iki yaralı 5 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. R.Allahverdiyevin vəziyyəti ağırdır, onu özəl klinikaların birinə yerləşdiriblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
Qubada iki azyaşlını elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanıb.
"Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, iyunun 13-də Quba rayonunda iki azyaşlının elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
***
Qubada elektrik cərəyanı vurması nəticəsində bir nəfər ölüb.
"Report verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Yerli sakinlər - 2009-cu il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov kənddən kənar ərazidə yerləşən yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın bağlı qutusuna müdaxilə edərək açıb, əlləri ilə açara toxunublar.
Nəticədə, Polad Fərhadov hadisə yerində ölüb, Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin hazırda normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Novxanı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama verilib.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Yol-xeber.az"a açıqlamasında deyib ki, hadisə iyunun 14-ü gecə saat 01:00 radələrində Novxanı bağlar ərazisində qeydə alınıb:
“Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi “Range Rover” markalı 10-CO-002 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub.
Nəticədə “Daewoo Damas”ın sürücüsü M.Ziyadov və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.
“Range Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalayev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətiriblər. Hazırda araşdırma aparılır”.
***
Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.
"Yol-xeber.az" APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.
Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.
Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.
Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.
"Yol-xeber.az" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Vahid Xəlilov küçəsi, ev 141 ünvanında Tofiq Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi vurub. Aldığı xəsarətlərdən Faiq Ağayev elə hadisə yerində ölüb. Cinayəti törətməkdə şübhəli bilinən Tofiq Ağayev hadisədən sonra Sabunçu Rayon Polis İdarəsinə gələrək könüllü təslim olub.
Təqsirləndirilən şəxs qismində dindirilən Tofiq Ağayev ifadəsində bildirib ki, ata yurdu olan evdə qardaşları Faiq və Fərhadla birlikdə yaşayıb: "Faiqin mənimlə həmişə ədavəti var idi. İçki içən idi Faiq. İçkili gəlirdi mənimlə qardaşım Fərhadla mübahisə eləyirdi. Bir neçə dəfə polisə də şikayət eləmişdim".
Tofiq Ağayevin sözlərinə görə hadisə baş verən günü Faiq həmişəki kimi yenə sərxoş vəziyyətdə onu və valideyinlərini söyüb. Saat 4 radələrində qardaşı Fərhad xəstə bacısını xəstəxanaya aparıb. Arvadı Afət isə qohumlarının evində olub.
Tofiq odun doğruyan zaman qardaşı Faiq içkili halda həyətə çıxıb asdığı əskiləri bəhanə edərək onları yığışdırmağı tələb edib. Onun hərəkətlərindən bezən Tofiq əlindəki balta ilə qardaşının üstünə hücum edib: " Fikirləşdim ki, əlimdəki baltanı görüb sakitləşər. Onu öldürmək fikrim yox idi. Əksinə başladı yenə söyüş söyməyə. Birinci balta ilə ayağından vurdum. Qaçıb evə girmək istədi. Sonra bir neçə dəfə başına və bədəninə zərbələr vurdum".
Zərbələrin təsirindən qardaşı hərəkətsiz vəziyyətdə qalıb. Tofiq Ağayev onun öldüyün görüb küçəyə çıxıb. Qonşusuna qardaşı Faiqi öldürdüyünü deyib və sahə müvəkkilinin yanına gedərək ona baş verən hadisəni danışıb.
Məhkəmə işin hallarının araşdıraraq hesab edib ki, Tofiq Ağayevin törətdiyi cinayət əməli CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.
Sonda məhkəmənin hökmü ilə 1955-ci il təvəllüdlü Tofiq Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tofiq Ağayev bundan əvvəl də 9 il məhkumluq həyatı yaşayıb.
Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə kollegiyası hökmü elan edəcək.
***
Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə kollegiyasının hökmü elan edəcəyi gözlənilir.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib, Ermənistan Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2 500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.
Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan vətəndaşlarına və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
"Yol-xeber.az" APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.
Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.
Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.
Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan Airbus A320 təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib.
Sonradan aparılan baxış nəticəsində mühərrikə quş girdiyi aşkar edilib.
Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.
Baş Prokurorluqdan "Yol-xeber.az"ın sorğusuna cavab olaraq bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb:
"raşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V. Vəliyev şübhəli şəxs qismində tutulub".