İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.

İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Erməni terrorçu silahlı birləşmənin məhkəməyə göndərilən daha 9 üzvünün adı məlum olub.

"Yol-xeber.az"ın xəbərinə görə, Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və digərləri - Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir.

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

"Yol-xeber.az" xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə dövlət ittihamçısının ittiham aktını elan edəcəyi və təqsirləndirilən şəxsin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan silahlı qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə, Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq etməsi barədə məlumatlar yayılıb.

"Yol-xeber.az" xəbər verir ki, Ucar rayonu Pirkənd kənd orta məktəbin 8-ci sinif şagirdi Nurtacın atası məktəb direktoru 60 yaşlı Tapdıq İsayevin onun qızına qarşı əxlaqsız təklif etdiyini iddia edib.

Onun sözlərinə görə, T.İsayev Nurtacı öz otağına çağırıb və ona ali məktəbə daxil olmaqda kömək edəcəyini vəd edərək, sinəsini açmasını tələb edib. Azyaşlı qız isə bunu eşitdikdən sonra qorxub və sinfə qaçıb.

Ucar rayon təhsil şöbəsinin müdiri Rauf Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: "Sözügedən məsələ ilə bağlı araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Yol polisinin "Saxla"  əmrinə tabe olmayan azyaşlıya görə dava düşdü  - VİDEO

Şəkidə Yol polisinin "saxla" əmrinə tabe olmayan avtomobildə azyaşlının olduğu aşkarlanıb.

Yol-xeber.az xəbər verir ki, İyunun 2-də magistral yolun Şəki  rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları hərəkətdə olan “VAZ-2110” markalı avtomobilin sükanı arxasında azyaşlı olduğunu görüb. Azyaşlı polisin "saxla" tələbinə məhəl qoymayaraq, hərəkətini davam etdirib və kənd arası yola daxil olub.

Bu zaman orada olan bir qrup kənd sakini yol polisi əməkdaşlarına yaxınlaşıb və maşını niyə saxlamaq istədiklərini soruşaraq mübahisə yaradıblar. 
Yol Patrul Xidməti  əməkdaşları onları  nizam-intizama dəvət etsələr də, onlar həmin əraziyə toplaşaraq magistral yolu bağlamağa cəhd göstərib. Cəhdin qarşısı Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal alınıb və orada olan 7 nəfər Polis Şöbəsinə dəvət edilib. 
Onlarla profilaktik söhbət aparılıb, qanunun tələbləri izah edilib. Kənd sakinləri də əməllərindən peşman olduqlarını bildiriblər. Həmçinin, azyaşlıya avtomobili idarə etməyə verən  atası Rafiq Nürəddinov və orada yol polisi əməkdaşlarının xidməti fəaliyyətinə mane olan, insanları yolu bağlamağa dair çağırışlar edən  İbrahim Hüseynov inzibati məsuliyyətə cəlb olunublar.

Polis əməliyyatlar keçirdi, 35 kq narkotik dövriyyədən çıxarıldı  - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.

Bu barədə Yol-xeber.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxtın Nərimanov rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ramin Ağazadə saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 18 kiloqram 90 qram heroin, 740 qram tiryək, 152 qram qurudulmuş marixuana, 365 qram psixotrop maddə olan metamfetamin, 260 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbləri, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar olunaraq götürülüb.

Ramin Ağazadə ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. O, narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə anket məlumatları istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməli imiş.

Baş İdarənin əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt sakini Zaur Məmmədov narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 97 qram heroin, 101 qram metamfetamin, narkotik maddələrin satışı zamanı istifadə etdiyi plastik kart, yaşadığı evdən isə əlavə, 6 kiloqram 190 qram heroin, 1 kiloqram 144 qram tiryək, 3 kiloqram 70 qram metamfetamin, 946 qram marixuana, 200 ədəd “Metadon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Zaur Məmmədov ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirdiyini etiraf edib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunda həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə narkotik vasitələrin satışında şübhəli bilinən Səbuhi Hüseynli saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 361 qram psixotrop maddə olan metamfetamin və heroin, həmçinin, 1 ədəd elektron tərəzi aşkar edilib.

Səbuhi Hüseynli ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Baş İdarə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Nəsimi rayonunda keçirilən sonuncu əməliyyat zamanı isə əvvəllər də analoji cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Gündüz Abışov saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 52 qram heroin və metamfetamin, eləcə də, 2 ədəd elektron tərəzi aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 35 kiloqramdan artıq narkotik maddə, o cümlədən, 460 ədəd psixotrop tərkibli həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar.

Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

"Hadisə ötən gün axşam saatlarında Qurucana çayında baş verib.

Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşmə anının görüntüləri yayılıb.

"Həmin görüntüləri təqdim edirik:

Görüntüləri minaya düşən nəqliyyat vasitəsində qabaq tərəfdə oturmuş şəxslərdən biri çəkib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

 

Xəbər lenti