|
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxs son söz deyib.
Livanlı muzdlu terrorçu da barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Məhkəmə kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb.
Hökm iyunun 14-də elan ediləcək.
***
Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.
"Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin vəkilinin müdafiə çıxışı, V.Eulcekcianın son sözü və ona hökm oxunması gözlənilir.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsin azadlıqdan 20 il məhrum edilməsini istəyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib, Ermənistan Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2 500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.
Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan vətəndaşlarına və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.
Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb.
Onların kənd ərazisindəki sahədə uzunluğu 80 sm-dən 220-sm-dək, ümumi çəkisi 107 kiloqramdan artıq olan 80 ədəd çətənə bitkisini aqrotexniki qaydada yetişdirdikləri müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman əlavə olaraq 7 kiloqram 765 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Bu gün "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun məhkəmə iclası keçiriləcək.
"Yol-xeber.az" “unikal.org”a istinadən xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən kredit müqaviləsi üzrə mübahisələrlə bağlı tanınmış iş adamına qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.
İş hakim Fuad Abdıyevin icraatına verilib.
"Şərurlu İsfəndiyar"la birlikdə F.Babayev və "Stil Tikinti" MTK da məhkəmə prosesində cavabdeh qismində çıxış edəcək.
Hazırlıq iclası 20 may saat 12:45-də keçirilib. Baxış iclası bu gün saat 12:30-da baş tutacaq.
“O, 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Abbasov Aslan Məmməd oğlu 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib.
1995-ci ildə 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsində çalışıb.
Xatırladaq ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.
Allah rəhmət eləsin!
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən daha 23 nəfərin adı məlum olub.
“Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviç barəsində cinayət işinə Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Qriqoryan Feliks Arşakoviç barəsində cinayət işinə isə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.
"Yol-xeber.az"ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi Yolda, Lökbatan dairəsi istiqamətində qeydə alınıb.
Belə ki, iki yük avtomobili toqquşub. Qəza zamanı avtomobillərdən biri aşıb. Nəticədə avtomobillərə və yolun kənarındakı təhlükəsizlik məqsədilə quraşdırılmış dəmir məhəccərlərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
"Yol-xeber.az" xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nuriyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 3 qrama yaxın metamfetamin, 80 qram marixuana və şəhər ərazisində gizlətdiyi 4 kiloqrama yaxın marixuana götürülüb.
"Yol-xeber.az" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Saat 03.10-da Binə qəsəbəsində 45 yaşlı Astara rayon sakini Zaur Rzayev keçmiş həyat yoldaşı, 42 yaşlı Maral Rzayev, 20 yaşlı qızı Samirə, 35 yaşlı Zirə qəsəbə sakini Vasif Əliyev və 59 yaşlı Qəmər Nəbiyevə bıçaqla hücum edib.
Nəticədə Vasif Əliyev hadisə yerində ölüb, digər şəxslər xəstəxanaya çatdırılıb. Yaralılara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Cinayəti törədən Zaur Rzayev daha sonra polisə könüllü təslim olub.
Bundan əvvəl onun narkotik vasitə saxlama, az ağır bədən xəsarətləri yetirmə maddələri ilə məhkumluğu olub.
İlkin araşdırma nəticəsində saxlanılan şəxsin həyat yoldaşı Maral Rzayeva ilə boşandığı müəyyən edilib.
Onlar yollarını ayırdıqdan sonra zərərçəkən Vasif Əliyevlə vətəndaş nikahında yaşayıb. Bu isə Zaur Rzayevin ürəyincə olmayıb və müdaxilə etmək qərarına gəlib.
Dindirilmə zamanı o, keçmiş arvadının başqa kişi ilə yaşamasının yolverilməz olduğunu bildirib.
Ona görə gecə saatlarında hamı yuxuda olanda həyat yoldaşı və qızının kirayə yaşadığı evə pəncərədən daxil olub.
Əvvəl o, Vasif Əliyevə bıçaq xəsarətləri yetirib, sonradan Maral Rzayevaya keçib.
Qışqırıq səslərinə oyanan qızı atasına mane olmağa çalışsa da, özü də üç bıçaq xəsarəti alıb. Mənzilin sahibi Qəmər Nəbiyeva da bıçaqla edilmiş hücumdan yan keçməyib.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Zaur Rzayev bildirib ki, Maral Rzayeva ilə birgə nigahdan iki övladı var. Astaradan Bakıya köçdükdən sonra bir müddət Zirə qəsəbəsində yaşayıblar:" Həyat yoldaşıma istixanada fəhlə işləyirdi. Oranın müdiri mənə, sürücü işləyən Vasiflə həyat yoldaşımın arasında yaxın münasibət olduğunu dedi. Avqust ayında biz boşandıq".
Zaur Rzayev daha sonra bildirib ki, hadisədən əvvəl Vasifə arvadım və qızımdan uzaq durmasını dedim."Dedim onlardan uzaq dur lakin o, mənim sözümə fikir vermədi".
Hadisə baş verən gün Maralın Rəfiqə adlı rəfiqəsi Zaura zəng edərək, keçmiş arvadının qayınanası olduğunu deyib, Maraldan əl çəkməyini və bir də ona zəng etməməyini bildirib. Bundan sonra Zaur Binə qəsəbəsinə yollanıb. Onun Maralın kirayə yaşadığı evə getməkdə əsas məqsədi qızı Samirəni rayona göndərmək olub.
Çünki Maralla görüşən Vasifin onun qızı ilə birlikdə bir evdə yaşamasını istəməyib. Ona görə də həmişə Vasifdən övladından uzaq durmasını tələb edib. Lakin nə Vasif, nə Maral, nə də ki, qızı onu ciddi qəbul etməyiblər. Əksinə onlar üçü birlikdə bir evdə, hətta bir otaqda yaşayıblar.
Maralın evinə çatandan sonra pəncərədən evə daxil olub.
Qarşısına çıxan qızını əli ilə itələyib, Samirəni bıçaqlamaq istəməyib, lakin çox əsəbi olduğundan bıçaqla ona xəsarət yetirib. Ardınca Marala və Vasifə çoxsaylı zərbələr endirib. Vasif yerə yıxılıb, Qəmər üstünə gələndə, ona da xəsarət yetirib, törətdiyi əməldən qorxaraq hadisə yerindən qaçıb.
Məhkəmə prosesi zamanı Zaur Rzayev özünü qismən təqsirli bilib.
Keçmiş həyat yoldaşı Maral və qızı Samirə isə Zaura ağır cəza verilməsini istəyiblər.
Sonda isə məhkəmənin hökmü ilə Zaur Rzayev 12 il müddətinə azadlıqdan məhrum edilib.
"Yol-xeber.az" xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
"Yol-xeber.az" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.