Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Yol-xeber.az"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Natiq Şükürovun qeyd olunan vəzifədə işləməklə Həkim-Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2018-2019-cu illərdə əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmiş 15 şəxsi sözügedən Komissiyada müayinədən keçirməməsinə, bununla belə onların təqaüd ala bilmələri üçün əsas olan xəstəlik barədə qəsdən təhrif edilmiş məlumatları özündə əks etdirən elektron göndərişləri qanunsuz olaraq özündə saxladığı elektron imzalar vasitəsilə təsdiq edib aidiyyəti qurumlara göndərərək həmin şəxslərə əlillik dərəcələrinin təyin edilməsinə və bununla da cəmi 23 min 400 manat məbləğdə pul vəsaitinin həmin şəxslərin bank kartı hesablarına köçürülməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Natiq Şükürovun törətdiyi cinayət əməllərinin ifşa olunmasından yayınmaq üçün rəhbərlik etdiyi xəstəxananın poliklinika şöbəsinin müdiri, eyni zamanda həkim-məsləhət komissiyasının üzvü olan Şəfa Şükürov ilə cinayətkar əlaqəyə girərək, müvafiq göndərişlərlə bağlı aparılan sənədləşdirmənin guya qanuni olması görüntüsü yaratmaq məqsədilə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qanunsuz olaraq həmin sənədləri xəstəxananın möhürü ilə təsdiq edib təkrarən vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Natiq Şükürova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı), Şəfa Şükürova isə həmin Məcəllənin 32.5, 313 (vəzifə saxtakarlığına köməklik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilmişdir.

Oğuz rayonunda baş verən yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşları olduğu məlum olub.

 “Report” məlumatına görə, qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.
Onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

***

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"məlumatına görə, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 
  •  

 

 
 

Yevlaxda yolu təmizləyən iki qadını maşın vurub.

APA məlumatına görə, hadisə Yevlax şəhərində baş verib.

 Yol təmizliyi ilə məşğul olan təsərrüfat işçiləri, 1975-ci il təvəllüdlü Rəsulova Şəlalə Salman qızı və 1974-cü il təvəllüdlü Əzizova Hicran Yedigar qızını avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin durumu ciddi olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Yol-xeber.az-ın məlumatına görə, hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb və nəticədə atəş açılıb. S.Əliyev hadisə zamanı xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.

DİN-nin Mətbuat Xidməti Oxu.Az-a faktı təsdiqləyib.

Gəncədə cibgirlik və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Sahib Hüseynov tutulub.

Araşdırmalar zamanı həmin şəxsin müxtəlif vaxtlarda vətəndaşların çantasından və cibindən mobil telefon və nağd pul oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.

İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki binalardan su mühərriklərini oğurlamaqda şübhəli bilinən Elmir İsmayılov saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda ümumilikdə 5 vətəndaşa məxsus ümumi dəyəri 590 manat olan su mühərriki oğurlaması məlum olub.

Keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində 500 manat dəyərində elektrik qurğularını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Atəş paşayev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib.

Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə oğurluq etməkdə şübhəli bilinən Asim Quliyev saxlanılıb. Araşdırmalar zamanı onun su sayğacı, velosiped və mobil telefon oğurlamaqla vətəndaşlara ümumilikdə 450 manat maddi ziyan vurması müəyyən edilib.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırma aparılır.

 

 

 
  •  

 

 
 
Noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Yol-xeber.az" xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşmüş, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirmiş və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi paytaxt ərazisində qeydə alınan zəncirvari qəza ilə bağlı məlumat yayıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin Ölkə.az-a verdiyi məlumata görə, hadisə gecə saatlarında metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "Hyundai”, "Toyota”, "Renault”, "Mercedes”, "Toyota Prado”, "Hyundai” və "KİA” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib: "Hadisə avtoxuliqanlıq zəminində qeydə alınıb. Qəza zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından birinin diz qapağında xəsarət müəyyən edilib. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.

İlkin məlumatlara görə, qəzaya "Hyundai” və "Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib, onlardan üçü əzilib, yəni ciddi maddi ziyan dəyib. "Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcəklər, ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bakıda oteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Xatırladaq ki, iyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində olan hotellərin birində Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə "Yol-xeber.az"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Yol-xeber.az"ın xəbərinə görə, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prouror sabiq icra başçısına 11 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə saxlanılıblar və onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Xəbər lenti