![]() |
|
Dünən Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-dən Yol-xeber.az-a verilən məlumata görə, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.
Ərazidə, əsasən, kol-kos və qurumuş ağac kötükləri yanır.
Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava mane olur.
1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb.
Yol-xeber.az “qaynarinfo”ya istinadən xəbər verir ki, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.
Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr - ginekologiya, cərrahiyyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə quşulub.
"Xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb” deyə "Semaşko"dan Qaynarinfo-ya bildirilib.
Mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun işlərini davam etdirir.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, rəhbəri olduğu şöbə bu məsələdən kənardır:
"Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”.
Dünən Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Yol-xeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğın zamanı dağlıq ərazidə 15 hektar sahədə quru ot və kol-kos yanıb.
Yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - məlumatda bildirilib.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, monitorinq 6 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 58 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlunun “Report” İnformasiya Agentliyinə müsahibəsi
- Narkotik bəşəri bəladır, onunla mübarizə üsulları nələrdir?
- XXI əsrin ən böyük bəlalarından biri narkotik maddələr və psixotrop vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyadır. Çox təəssüflər olsun ki, Azərbaycan da bu bəladan yan keçməyib. Ölkəmizdə də narkotik maddələr və psixotrop vasitələrin mənfi təsirləri olub. Narkotik maddələr və psixotrop vasitələrlə mübarizə ilə əlaqədar əsas görüləcək işlər onların satışını təşkil edən şəxslərin məsuliyyətə cəlb olunması və həmin maddələrin mənfi təsirlərini özündə əks etdirən təbliğat işinin aparılmasıdır. Bununla bağlı da Daxili İşlər Nazirliyi tərəfindən müxtəlif istiqamətləri özündə əks etdirən işlər aparılır. Bundan əlavə, narkotik maddələr və psixotrop vasitələrin törətdiyi fəsadlarla əlaqədar mütəmadi olaraq DİN tərəfindən müxtəlif televiziyalarda, saytlarda, sosial şəbəkələrdə təbliğat işləri həyata keçirilir.
- Azərbaycanda narkotik vasitələrin onlayn satışı necə aparılır?
- Prezident İlham Əliyev tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Orada həmin maddələr və vasitələrlə mübarizə çərçivəsində yeni meyarlar, üsullar qeyd edilib. Narkotik maddələrin onlayn satışı onların dövriyyəsinin yeni mərhələsi hesab olunur. Belə ki, həmin maddələrin satışını təşkil edən və alan şəxs bir-birilərini görmədən, təmassız şəkildə narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısını həyata keçirirlər. Müxtəlif sosial şəbəkələrdə belə səhifələr daha çox ölkə xaricində açılır. Həmin səhifələr isə ölkə xaricində olan narkotacirlər tərəfindən idarə olunur. “Qayğı göstərmək”, videoşantaj üsullarından istifadə edilməklə Azərbaycan ərazisində narkokuryerlər bu işlərə cəlb olunur. Bununla da ölkə xaricində olan narkotacirlərlə Azərbaycan vətəndaşları birlikdə bu maddələrin satışını təşkil edirlər. Narkotik alan şəxs müvafiq bank hesablarına pul köçürür, narkotik maddələrin kuryerliyini təşkil edən şəxs həmin maddələri müəyyən yerlərdə gizlədir və həmin şəxsə yerini bildirməklə (səs, məkan atmaqla) alan şəxs onu əldə edə bilir. Bu üsul bizim işimizi bir qədər çətinləşdirsə də, DİN-in peşəkar heyəti tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilir və həmin şəxslər ifşa edilir. Qeyd edim ki, ölkə ərazisində onlayn satışla bağlı 600 kq-a yaxın narkotik vasitə və 150 kq-dan artıq psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu, psixotrop maddə də “patı”, yaxud “şüşə” adlanan metamfetamindir.
- Son dövrlər narkotik vasitələrdən istifadə hallarının artması müşahidə edilir. Buna səbəb nədir? Həmin vasitələr ölkədə istehsal olunur, yoxsa başqa səbəb var?
- Bir qrup sosial şəbəkə istifadəçiləri və fəallar tərəfindən guya ölkə ərazisində narkotik vasitələrin, psixotrop maddələrin istehsal edilməsi ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlarla əlaqədar şübhə doğuran məqamlar yoxlanılıb. Nəticədə narkotik vasitələrin, psixotrop maddələrin, o cümlədən “patı” adlandırılan metamfetaminin ölkə ərazisində istehsal olunması ilə bağlı hər hansı bir fakt müəyyən olunmayıb. Hətta bəzi şəxslər iddia edirlər ki, həmin maddələr əvvəllər daha baha olub, hazırda qiyməti ucuzlaşıb. Bunu da ölkə ərazisində istehsal olunma ilə əlaqələndirirlər. Amma bu, belə deyil. Ümumiyyətlə ölkə xaricində olan narkotacirlər narkotik vasitələrin, psixotrop maddələrə əlçatanlığının artırılması ilə əlaqədar qiyməti süni qaydada aşağı salıblar. Ölkə ərazisində də qiymətin aşağı düşməsi bununla əlaqədardır. Həmin maddələrin istifadəsinin artmasına səbəblərdən biri də narkotacirlərin istifadə etdikləri təbliğat tezisləri arasında guya müəyyən narkotik maddənin qadınların arıqlamalarına müsbət təsir göstərməsi, tələbə və şagirdlərin imtahan ərəfəsində zehinlərini gücləndirməsi kimi yalan müddəalar da var. Vətəndaşlarımız bu kimi hallarla rastlaşdıqları zaman bizə müraciət etməyə çağırdıq. Nəticədə çoxsaylı müraciətlər oldu. Vətəndaşların anonimlikləri qorunmaq şərtilə keçirilən əməliyyat tədbirlərinin videoçarxları Azərbaycan polisinin sosial şəbəkədəki hesablarında paylaşıldı. Bundan başqa, narkotik vasitələrdən asılı olmuş şəxslərin müalicə müəssisələrinə yerləşdirilməsi və onlara nəzarət olunmasını da həyata keçiririk. Bu bəşəri bəladan xilas olmaq üçün vətəndaş-polis həmrəyliyi vacibdir. Göstərdikləri dəstəyə görə, vətəndaşlarımıza minnətdarıq.
- İstifadəsi daha çox yayılan “patı”, yaxud “şüşə” adlanan metamfetaminin zərərləri nələrdir?
- Bu narkotik vasitə insan həyatı üçün təhlükəlidir və onu qəbul edən şəxsi 2-3 gün yatmağa qoymur. İnsanlar arasında guya “arıqlama prosesini sürətləndirir” kimi məlumatlar yayılmağa başlayıb. Bəli, arıqladır. Amma bu, sağlam arıqlama yox, insan anatomiyasının pozulmasından doğan patalogiyadır. İnsanda qarabasma, eyforiya yaranır. Qəbul edəni 6-24 saat təsirində saxlayır. Bir dəfə istifadəsi asılılıq yaratmaq üçün yetərlidir. Saçların tökülməsinə, göz bəbəklərinin böyüməsinə, dişlərin, bədənin çürüməsinə və yaraların gec sağalmasına səbəb olur. “Patı” qəbul edən şəxslərdə əsəb və ya içinə qapanıqlıq, insanlarla ünsiyyətdən qaçma, tez əsəbləşmə kimi əlamətlər yaranır. Valideynlər tədbir görməkdə çətinlik çəkdikdə polisə müraciət etmələri məsləhət görülür.
- Narkotik maddələr və psixotrop vasitələrin ölkədə istehsal olunmadığını dediniz. Bəs onlar Azərbaycana necə gətirilir?
- Narkotik maddələr ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilir. Bununla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları və digər hüquq mühafizə orqanları tərəfindən əməkdaşlıq formasında bir sıra tədbirlər həyata keçirilir. Narkotik maddələri istehsal edən Asiya ölkələri istehlakçı ölkə olan Avropa ölkələrinə narkotik vasitələrin daşınması üçün Azərbaycan Respublikası ərazisini tranzit zona kimi istifadə edir. DİN bununla bağlı müvafiq tədbirlər həyata keçirərək narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısını alır və bu işlə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaratmaq və narkotikdən istifadə edənlərin sayını süni şəkildə artırmaq məqsədilə xaricdə yaşayan narkotacirlər qiymətləri aşağı salırlar. Bu istifadəçilər narkotacirlər üçün həm də potensial narkokuryer rolunu daşıyır. Onların vasitəsilə qaçaqmalçılıq yolu ilə gələn narkotik maddələrin Avropaya daşınmasına və ölkədə satışının həyata keçirilməsinə şərait yaradırlar. Narkokuryerləri videoşantajlar vasitəsilə bu işləri həyata keçirməyə məcbur edirlər. Həmin videoçəkilişlər milli-mənəvi dəyərlərin təhqir olunmasından ibarətdir.
- Bu il ərzində narkotik vasitələrin satışını həyata keçirən və ya ondan istifadə edən neçə nəfər saxlanılıb?
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cari il ərzində 3 101 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Həmin şəxslərdən 1 772 nəfəri narkotik maddələrin və psixotrop vasitələrin satışını təşkil edən şəxslər olub. Həmin şəxslərdən ümumilikdə 2 297 kiloqram narkotik vasitə və 207 kq psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Təkcə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən isə 1 025 kq narkotik vasitə və 123 kq “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
- Həmin şəxslərin məsuliyyətə cəlb edilməsi prosesi ilə bağlı məlumat verərdiniz. Çünki bəzən belə iddialar da səsləndirilir ki, polis narkotikə görə tutduğu şəxslərin bəzilərini sərbəst buraxır...
- İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə narkotik vasitələri və psixotrop maddələri istifadə edən, həmçinin satışını həyata keçirən şəxslərin məsuliyyətə cəlb olunması öz əksini tapıb. Şəxsi istehlakdan aşağı həddə narkotik vasitələri üzərində gəzdirən şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunur. Şəxsi istehlak müddətindən artıq həddə narkotik vasitələri üzərində gəzdirən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunur. Külli miqdarda narkotik vasitələrin satışını həyata keçirən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunur. Qrup halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri məsuliyyətə cəlb olunur. Həmin şəxs narkotik maddələri qaçaqmalçılıq yolu ilə əldə edirsə, əlavə olaraq 206-cı maddə ilə də məsuliyyətə cəlb olunur. Dediyiniz kimi, insanlar arasında polis əməkdaşlarının qanunsuz maddələrin satışlarını həyata keçirən şəxsləri öz maraqları əsasında azadlığa buraxması ilə bağlı fikirlər dolaşır. Bu fikirlər tamamilə əsassızdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı şəxs saxlanılır. Şübhəli şəxs qismində tutulur, əgər üzərində və yaşadığı evdə narkotik maddə aşkar edilmirsə azad olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə saxlanılan şəxs istintaq orqanlarına təqdim olunur. İstintaq orqanları tərəfindən həmin şəxsin həbsi ilə bağlı prokurorluq orqanlarına təqdimat və vəsatət verilir. Təqdimatdan sonra məhkəmə həmin şəxsin barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsinə baxır. Ondan sonra şəxs məhkəmə orqanları tərəfindən həbs də oluna bilər, barəsində ev dustaqlığı, girov qətimkan tədbiri də seçilə bilər, yaxud həmin şəxs polisin nəzarətinə də verilə bilər. Həbs qətimkan tədbirindən əlavə tədbirlərin həyata keçirilməsi şəxsin azadlıqda olduğu halda istintaqın davam etdirilməsi deməkdir. Bir daha xatırladım ki, polis əməkdaşları və hüquq mühafizə orqanları narkotik maddələrin qanunsuz dövriyyəsini və satışını həyata keçirən şəxslərə heç bir güzəşt olunmur.
- Azərbaycanda narkotik vasitələrin istifadəsinin, satışının təşkil edildiyi şəhər və rayonlar hansılardır?
- Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əlimizdəki faktlara əsasən daha çox narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinin, satışının təşkil olunduğu yer Bakı şəhəridir. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi daha çox Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında təşkil edilir. Həmin rayonlarda istifadəçi sayı da daha artıqdır. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin rayonlarda narkotik vasitələrin satışını təşkil edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müvafiq tibb müəssisələrinə yerləşdirilməsi ilə bağlı tədbirlər görülür və daha da artırılıb. Bölgələrdə də əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Cənub bölgəsində də narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və istifadəsini həyata keçirən şəxslər daha çoxdur. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə bağlı olan Cənub bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Həmin yerlərdə əməliyyat şəraiti nəzarət altında saxlanılır. Gəncə şəhərində də narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil edildiyi hallar çoxdur. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə bağlı olan Qərb bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sumqayıt şəhərində də daha çox narkotik vasitələrin istifadəsini təşkil edən şəxslər var. Orada da narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, faktla bağlı RPŞ-də müvafiq araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib.
Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
“Virus infeksiyalarında mutasiyalar baş verdiyi zaman bu, adətən mövsümi xarakter daşıyır”.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.
“Hazırda respublikamızda yayılan ştamm “delta” ştammıdır.”Delta” ştammının müalicəsində heç bir fərq olmadığı üçün hər bir xəstənin məhz bu “delta” və ya başqa ştamm olmasının təyin olunmasında kliniki əhəmiyyət yoxdur. Bizim üçün xəstənin klinik vəziyyəti önəmlidir”,-deyə o söyləyib.
Prezidentin köməkçisi Şahmar Mövsümov əlavə edib ki, Azərbaycanda yayılan 94% ştamm “delta” ştammıdır.
Hazırda oxunan: Azərbaycanda istirahət mərkəzinin sahibi barəsində cinayət işi açıldı
Lənkəran rayonunda yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.
Lənkəran rayon prokurorluğundan Ölkə.Az-a verilən məlumata görə, araşdırmalarla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyliyinin 10 saylı dolayında yerləşən qeyd edilən ailəvi-istirahət mərkəzinin sahibi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Firad Həbibov tərəfindən həmin ərazidə yerləşən 40 və 60 sm diametrli 2 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 13 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda müxtəlif maddələrlə cinayət işi başlanılıb.