• Baş səhifə
  • Gündəm
  • Nəqliyyat
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Dünya
  • Kriminal
  • İdman
  • Şou
  • Maraqlı

Polis reyd keçirdi: Avtoxuliqan həbs edildi - FOTO

13:55 21.04.2021 | Baxış sayı: 2565
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan sürücülərə qarşı tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi VAZ-2115 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. 

Həmin şəxs barəsində DYP əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E. Həmidli sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.

Göygöl rayonunda da analoji tədbirlər davam etdirilir. Sərxoş halda avtomobillərin idarə olunması və baş verə biləcək qəzaların qarşının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilir. Keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.

 
 
 
 
 
Twitter

Zəngəzurda Paşinyanın maşının üstünə çıxdılar - VİDEO

12:31 21.04.2021 | Baxış sayı: 837
Paşinyan təhqir və söyüşlər altında Zəngəzuru tərk edib.

Zəngəzurda səfərdə olan baş nazir Nikol Paşinyan Aqarak şəhərinə girişinə imkan verilməyib.
Aqarak şəhərinə gələn Paşinyan səfərini yarımçıq kəsərək şəhəri tərk etmək məcburiyyətində qalıb.

"Ölkə.Az" erməni mediasına istinadən xəbər verir ki, yerli əhali Paşinyanı etirazla qarşılayaraq onun kartejinin qarşısını kəsərək, təcili  şəhəri tərk  etmək tələb olunub. Hətta insanlar onu mühafizə edən kartejin üzərinə çıxıb. Yerli əhali Paşinyanın ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Məcburiyyət qarşısında qalan Paşinyan təcili olaraq şəhəri tərk edib.
Onun Zəngəzurun hansı şəhərinə getdiyi bəlli deyil.

Twitter

Paşinyan Zəngəzurda etirazla qarşılandı - VİDEO

12:25 21.04.2021 | Baxış sayı: 1188
Xalq Paşinyanı təcili Zəngəzuru tərk etməyi tələb edir.

Zəngəzurun Meğri şəhərində səfərdə olan baş nazir Nikol Paşinyan ciddi etirazla qarşılanıb.

"Ölkə.Az" "novosti-armeniya"ya istinadan xəbər verir ki, Paşinyan Meğridə küçə gəzintisi etməyə cəhd etsə də, ona imkan vermirlər və vəziyyət gərgin olaraq alır. 

Paşinyan şəhərdə çoxsaylı polis hə təhlükəsizlik xidmətinin əməkdaşlarının cidid mühafizəsi  nəzarətində şəhəri gəzir. Yerli əhali onu söyərək, ünvanına təhqiramiz ifadələr işlədir. Sakinlər Paşinyanı təcili olaraq Meğrini tərk etməyi tələbə edir.

Twitter

Şəki və Oğuzda koronavirus xəstələri saxlanıldı

10:54 21.04.2021 | Baxış sayı: 621
Şəki və Oğuz Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb edilən Oğuz rayon sakini Elxan Bayraməliyev və Şəki şəhər sakini Hamil Lətifova sosial izolyasiya qaydalarına riayət edərək yaşadıqları ünvanları tərk etməmələri barədə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polis əməkdaşları tərəfindən küçədə aşkarlanıb.

Həmin şəxslər evlərinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır.

Twitter

Bakıda sürücü qəza törətdi maşını yandı, özü isə döyüldü - FOTO

10:41 21.04.2021 | Baxış sayı: 1215
Bakının Nərimanov rayonunda 1996-ci il təvəllüdlü Həsənov Elşad İrşad oğlu idarə etdiyi "VAZ 2106” markalı avtomobillə Azadlıq prospektində işıqforun qırmızı işığında dayanan "Hyundai” və "Toyota” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Apa xəbər verir ki, qəzadan sonra "VAZ 2106” markalı avtomobil alovlanmağa başlayıb. Bu zaman hadisəni törədən E.Həsənov digər sürücülər tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Onlar avtomobildə yanğının qarşısını alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 

Twitter

Bakıda maska cəriməsindən yayınmaq istəyən şəxsdən ağlagəlməz addım - VİDEO

12:35 20.04.2021 | Baxış sayı: 972
Bakıda bir nəfər polislə mübahisə etdikdən sonra özünü öldürmək istəyib.

Baku.ws xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Xarici olduğu iddia edilən həmin şəxs maska taxmadığı üçün polis tərəfindən cərimə edilib. O, buna etiraz edib.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, yayılan videgörüntülərdə əks olunan şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşlarının qanunu tələblərinə etinasız yanaşaraq özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin şəxs inzibati xəta tərkibi yaradan əməlindən polisi yayındırmaq üçün özünü qəsdən yerə yıxaraq, hay-küy yaradıb. Buna baxmayaraq, polis tərəfindən onun barəsində protokol tərtib olunub. Məlum olub ki, həmin şəxs xarici ölkə vətəndaşı yox, Gəncə şəhər sakindir. Hazırda onun barəsində təhqiqat araşdırmaları davam etdirilir.

E.Hacıyev diqqətə çatdırıb ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə edilməsi məcburidir. Tbbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Twitter

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

12:01 20.04.2021 | Baxış sayı: 810
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxslərin ciinayət işinin ibtidai istintaqı zamanı vurulan maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib.

Bu barədə "Ölkə.Az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Twitter

"Azpetrol"un sürücüsü piyadanın ölümünə səbəb oldu - FOTO

11:10 20.04.2021 | Baxış sayı: 1242
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə rayonun Dördyol adlanan ərazisində qeydə alınıb.

Beləki, Zəngilan rayon sakini, 1962-ci il təvəllüdlü Dərgah İsa oğlu Ağayev idarə etdiyi "Azpetrol" şirkətinə məxsus iri tutumlu yanacaq daşıyan avtomobillə hərəkətdə olarkən həmin ərazidə yolu keçmək istəyən piyadanı vurub. Sürücü əyləci sistemini işə salsada avtomobilin təkərləri arasında qalan piyadanı bir neçə metr sürüyüb. Nəticədə dünyasını dəyişən piyadanın baş və bədəninin müəyyən hissəsi əzildiyi üçün şəxsiyyətini müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter

Daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

10:54 20.04.2021 | Baxış sayı: 1485
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Kərimli Qalası Müslüm oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.

Məlumat üçün bildirək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

 
 
Twitter

Bakıda ana və azyaşlı övladının öldüyü dəhşətli qəzadan görüntülər - VİDEO

09:35 20.04.2021 | Baxış sayı: 837
Yolu keçməyən istəyən ana və iki azyaşlı övladını maşın vurub.

BAKU TV xəbər verir ki, hadisə paytaxtın Sabunçu tayonu ərazisində qeydə alınıb.

Ana və iki azyaşlı övladı yolu keçmək istəyərkən Tağıyev Taleh Əhliman oğlu idarə etdiyi "Ravon" markalı avtomobillə onları vurub.

Nəticədə ana və azyaşlı oğlu dünyasını dəyişib. Digər qız uşağı isə xəsarət alıb.

Dərhal xəstəxanaya çatdırılan uşağın vəziyyətinin ağır olduğu bildirilir. 

Qəza baş verən ünvandan görüntüləri təqdim edirik:

Twitter

342 -dən səhifə 594

BaşaGeri337338339340341342343344345346İrəliSona

Xəbər lenti

  • 16:00 14.05.2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
  • 15:30 14.05.2025 Bu gün Türkiyə Kubokunun qalibi müəyyənləşəcək
  • 14:22 14.05.2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
  • 14:05 14.05.2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
  • 14:02 14.05.2025 Çovdar-Çaykənd avtomobil yolunun 9.7 km-lik hissəsi əsaslı təmir olunur VİDEO/FOTO
  • 13:58 14.05.2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
  • 12:58 14.05.2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
  • 12:37 14.05.2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
  • 12:22 14.05.2025 Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb - Video
  • 12:18 14.05.2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
  • 12:14 14.05.2025 Ramiz Mehdiyevin qızı “təslim olmur”
  • 12:04 14.05.2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
  • 11:27 14.05.2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
  • 11:22 14.05.2025 Bank kartlarından 15 min manata yaxın pul oğurlanıb
  • 11:17 14.05.2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
  • 11:13 14.05.2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
  • 10:06 14.05.2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
  • 09:53 14.05.2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
  • 09:47 14.05.2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
  • 09:40 14.05.2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
  • 09:36 14.05.2025 Türkiyədə güclü zəlzələ olub
  • 09:31 14.05.2025 Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub
  • 09:11 14.05.2025 Qaraçay çayı üzərində yeni körpünün inşasına start verilib VİDEO/FOTO
  • 09:00 14.05.2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
  • 16:36 13.05.2025 İmişlidə SSRİ bayrağını kim asıb? - VİDEO
  • 16:00 13.05.2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
  • 15:30 13.05.2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
  • 15:30 13.05.2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək

© 2017 www.yol-xeber.az - Bütün hüquqlar qorunur.

Mob: +99450 218 48 24; +99455 326 57 58
Təsisçi və baş redaktor: Rasim Məmmədov
Ünvan: Azərbaycan nəşriyyatı 2-ci mərtəbə


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.