![]() |
|
Report məlumatına görə, nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktor müavini İlham Zeynalov 61 yaşında dünyasını dəyişib.
Onun qəfildən vəfat etdiyi bildirilib.
Allah rəhmət eləsin!
Bakıda üç avtomobil toqquşub.
"Report" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Qəza zamanı "Mercedes", "Lada" və "Opel" markalı avtomobillər toqquşub. Toqquşma zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları gəlib və fakt araşdırılır.
Qəza nəticəsində həmin ərazidə tıxac yaranıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Şəki Su Sistemləri İdarəsinin rəisi vəfat edib.
Publika.az xəbər verir ki, idarə rəisi Sadəddin Əhmədov dünyasını dəyişib.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.
Bakının Səbail rayonunda dəm qazından iki nəfər ölüb.
APA bildirir ki, hadisə "İst hostel"in hamam otağında baş verib.
"İst hostel"də müştəri olan Dadaşova Ləman Əhməd qızı və onun rəfiqəsi dəm qazından boğulub.
Hər iki qadının meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hər iki şəxs Tiktok və İnstagram sosial şəbəkələrində məhşur şəxs olublar.
Azərbaycanın İranla sərhədinə yaxın ərazisində zəlzələ olub.
Yeraltı təkanlar Biləsuvar rayonunda qeydə alınıb.
Zəlzələnin gücü təxminən 3,6 bal olub.
"Milli.az” xəbər verir ki, sözügedən rayon ərazisində dəmiryolunu keçməyə cəhd edən 32-33 yaşlarında bir gənci qatar vurub. Başından ağır zərbə alan gənc hadisə yerindəcə vəfat edib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, ölümə səbəb həmin şəxsin qulaqcıqları olub. Belə ki, yüksək səslə musiqiyə qulaq asdığı iddia edilən şəxs qatarın gəldiyini eşitməyib və nəticədə bu faciəvi olay baş verib.
Hadisə yerindən fortoları təqdim edirik:
Daxili İşlər Nazirliyinin göstərişi ilə Bakı şəhər Baş Polis idarəsinin tərtib etdiyi plan əsasında Bakı şəhərində yol-hərərkəti təhlükəsizliyinə dair tədbirlər planının icrası davam etdirilir.
Yol-xeber.az xəbər verir ki, bu gün paytax ərazisində dayanma-durma, parklanma qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçirilib. Paytaxtın bir neçə küçə və prospektində təşkil olunan reyd zamanı onlarla sürücü inzibati məsuliyyətə cəlb olunub. Əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılıb, yol polisi sürücüləri dayanma-durma qaydalarına əməl etməyə çağırıb. Sürücülər yer tapmaqda çətinlik çəkdiklərini, xüsusən taksi duracaqlarının olmamasını önə çəksələr də, diqqətə çatdırılıb ki, yol-hərəkəti təhlükəsizliyində hər bir vətəndaşın yol-hərəkəti qaydalarına əməl etməsi vacibdir.
Dayanma-durma, parklanma qaydalarının pozulması digər hərəkət iştirakçılarının ləmgiməsinə, yollarda səbəbsiz yerə vaxt itirmsinə gətirib çıxarır. Bu baxımdan yol polisi sürücülərlə maarifləndirici söhbətləri daha üstün tutur, gələcəkdə qayda pozuntularına yol verməmələri üçün onlara tövsiyyələr verib.
Bu cür tədbirlər paytaxtın bütün rayonlarında davam etdirilib. Bakı Şəhər Dövlət Yol polisi idarəsindən yol patrul xidməti alayı nəzarətində olan bütün ərazilərdə dayanma-durm avə parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizəni davam etdirir. Bakı şəhər dövlət yol polisi idarəsinin bölmə rəisi polkovnik Vaqif Əsədov bildirib ki, bu cür tədbirlər yollardan hərəkətin intensivliyini artıracaq və tıxac və sıxlığın qarşısını almaq üçün faydalı olacaq.
Belə olan halda avtobuslar gecikməyəcək,sərnişinlər tez zamanda mənzil başına çatacaq. Çünki bu günki tədbirlər nəticəsində avtobus dayanacaqlarının taksi sürücüləri tərəfindən zəbt olunması halları aşkarlandı, taksi sürücüləri yer tapmaqda çətinlik çakdiklərini bildirsələr də yol polisi əməkdaşları onların diqqətinə çatdırıb ki, onların kiçik bir səhvi onlarla sərnişinin gecikməsinə və yaxud da yolun hərəkət hissəsinə çıxıb təhlükəyə məruz qalmnasına səbəb olur.
Keçirilən tədbirlər zamanı yol polisini aldatmağa çalışan sürücülərə də rast gəlinib. Belə ki, avtomobilin dövlət nömrə nişanını açaraq maşının yük yerində gizlədən, baqaj qapısını açıq qoyub nömrınin görünməsini məhdudlaşdıran, səkidə maşın saxlayıb özünü əlil kimi təqdim edən və digər bu kimi bəhanələr göstərən sürücülərə rast gəlinib. Hətta “20 Yanvar” dairəsinin tən ortasında avtomobili söndürüb yük yerinin qapısını açıq qoymaqla məsuliyyətdən yayınmağa çalışan sürücünün əməli də yol polisi tərəfindən ifşa olunub. O avtomobilin söndüyünü, yanacağın bitdiyini desə də əməkdaşlar avtomobilin yük yerində ehtiyat yanacaq aşkar ediliblər. Yol polisi əməkdaşının bir cəhdi ilə avtomobilin işlək vəziyyətdə olduğu məlum olub. Yol polisi bu cür bəhanələrlə məsuliyyətdən yayınmağa çalışan sürücülərin hamısı barəsində inzibati protokol tərtib edilib.
Bu barədə Yol-xeber.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Orxan Səfərov saxlanılıb.
Ondan 1 kiloqramdan artıq heroin, 103 qram metamfetamin, eləcə də, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Orxan Səfərovun paytaxt ərazisində yaşadığı evə baxış keçirən polislər oradan 29 kiloqram heroin, 5 kiloqram metamfetamin, 453 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edərək götürüblər. Saxlanılan şəxs izahatında narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini və onunla yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını bildirib.
Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhərində həyata keçirilən əməliyyat zamanı vətəndaş Tural Məmmədov saxlanılıb.
Onun üzərinə baxış zamanı 200 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Daha sonra saxlanılan şəxsin yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyən edilib. Polis əməkdaşları onun Sumqayıt şəhərindəki mənzilindən əlavə olaraq 5 kiloqram heroin, 3 kiloqram marixuana, 10 kiloqram metamfetamin, 6000 ədəd satışı qadağan olunan psixotrop tərkibli tramadol və 9510 ədəd metadon həbi, eləcə də, 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə Abşeron rayonunda yaşayan Afiq Əliyev saxlanılıb. Saxlanılan zaman onun üzərindən 9 kiloqrama yaxın tiryək, 510 qram heroin və 1 kiloqram marixuana aşkar olunub.
Qeyd edək ki, bu şəxs xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə paytaxt, eləcə də ayrı-ayrı rayonların ərazisində əvvəlcədən müəyyən edilən ünvanlara yerləşdirməli imiş.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə vətəndaş Musəvi Musayev də narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərindən 4 qram heroin, təmir işləri ilə məşğul olduğu Sabunçu rayonunda yerləşən obyektdə isə gizlətdiyi 1 kiloqram 371 qram heroin, 1 kiloqram 220 qram marixuana, 22 qram metamfetamin, ümumilikdə 495 ədəd metadon və metilin həbləri, həmçinin, 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Bununla da Baş İdarə əməkdaşları tərəfindən keçirilən bu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 68 kiloqrama yaxın narkotik vasitə və 16 min 458 ədəd psixotrop tərkibli həblərin realizə olunmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Baku.ws xəbər verir ki, zərər çəkən şəxs efirdə baş verən hadisə ilə bağlı maraqlı məlumatlar açıqlayıb.
Əliəhəd bildirib ki, sevgilisinin xəyanət etdiyini bilib və qızı xəyanət edərkən tutub.
Bu hadisədən sonra Bərdəyə çağırılan Əliəhədin başına iş gəlib.
"Getdik evlərinə. Atası dedi ki, qızım qonağımızın adına layiq süfrə hazırla. Qız gəldi başımdan aşağı spirt tökdü və yandırdı.
Qeyd edək ki, Ə. Eyvazov Natiq Məmmədovun qızını sevirmiş. N. Məmmədovun rayon ərazisində sahibkarlıqla məşğul olduğu deyilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılıb.
Aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlunun odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alması və aldığı xəsarətdən 15.04.2021-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Ölkə.Az"a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranmışdır.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.