Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin restoranında əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar.

Həmin zaman insident yaşanıb və hüquq-mühafizə orqanları əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.

Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb.

Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.

"Neon" şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir.

Xınalıq yolunda qar uçqunu olub

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Amil Əhmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Eldar İsmayılov sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 3-ə təyin edilir.

Qeyd edək ki, A.Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb.

Araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib.

A.Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılmış, Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı ilə bağlı araşdırmanı yekunlaşdırıb.

 “Qafqazinfo” xəbər verir ki, həmin videogörüntülər DİN-də hərtərəfli və operativ araşdırılıb.

Yekunda fakt təsdiqini tapıb. Həmin qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib.

Camal Qubadov polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, hadisə fevralın 12-i saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib.

Məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.

Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.

Qubadlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hüseyn Əsədov dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. H.Əsədovun ürəktutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, o, 1993-1995-ci illərdə Qubadlı RİH-nin başçısı olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Ölkə.Az" xəbər verir ki, vəkil Kamandar Nəsibov “Report”a açıqlamasında bildirib ki, iclasda dövlət ittihamçısı qismində çıxış edən prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan edilən ittihamla özlərini qismən təqsirli bildiklərini deyiblər.

Daha sonra şahidlərin dindirilməsinə başlanılıb. İclasda iş üzrə şahid qismində tanınan 21 nəfər ifadə verib.

 Kamandar Nəsibov
Kamandar Nəsibov

K.Nəsibovun sözlərinə görə, ifadə verən şahidlərin əksəriyyəti rüşvəti bilavasitə Ağstafa rayon icra başçının müavini Lalə Eyyubovaya verdiklərini bildiriblər.

“Növbəti prosesdə iş üzrə şahid qismində Lalə Eyyubova da dindiriləcək” – deyə vəkil bildirib.

Hakim Məhəmməd Bağırov növbəti prosesi fevralın 16-na təyin edib.

Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

N.Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Təqsirləndirilən şəxslərə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə ilə bağlı itithamlar verilib.

"Ermənistan axmaqlıq edərək Azərbaycanın dinc sakinlərini raketlə vurdu, bu isə beynəlxalq birliyin bizi ittiham etməsinə gətirib çıxardı”.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan "Armnyuz” kanalına verdiyi müsahibədə maraqlı açıqlamalar verib.

 "Yeni Sabah” xəbər verir ki, keçmiş prezident Ermənistan ordusunun oktyabr ayının əvvəlində Lələ-təpəni geri almaq üçün başladığı əməliyyatın fəlakətlə sonuclandığını, bunun nətcəsində ordunun rezerv hissələrdən məhrum olduğunu qeyd edib.

S.Sərkisyanın sözlərinə görə, Nikol Paşinyan hökuməti müharibədən öncə və onun gedişatında bağışlanmaz səhvlər buraxaraq məğlubiyyətə zəmin hazırlayıb. Onun sözlərinə görə, Şuşa məhz həmin səhvlərdən irəli gələrək "təslim edilib”. Serj Sərksyan elə müharibənin əvvəlindən Şuşanın Azərbaycan üçün əsas hədəf olduğunu vurğulayıb.
 
Keçmiş prezident Türkiyənin müharibənin aktiv fazasında yer aldıığını bildirərək, bunun da günahının Nikol Paşinyan diplomatiyasında olduğunu söyləyib. O, Ermənistan baş nazirinin yersiz təkəbbürlə Rusiya prezidentinin rəsmi ziyarəti zamanı onu hava limanında qarşılamayaraq uşaq hərəkətinə yol verdiyini bildirib.

Serj Sərkisyan Ermənistan rəhbərliyinin müharibənin əvvələrində "İsgəndər” raketlərindən istifadə etməməsinin anlaşılmaz olduğunu söyləyib. Onun fikrincə, əsas zərbə müharibənin 4 və ya 5-ci günlərində Azərbaycanın Horadizdəki hərbi birləşmələrinə vurulmalı idi. Lakin bunun əvəzində dinc sakinlərin yaşadığı şəhərlər bombalanıb.

"Axmağın biri hətta Gəncədə hərbi hava limanını havaya uçurduqlarını söylədi. Sonradan bunun yalan olduğu ortaya çıxdı. Onlar başqa raketlərlə dinc əhalinin yaşadığı məhəllələri vurdular. Bu isə Ermənistana qarşı güclü beynəlxalq təpkiyə nədən oldu, həm də Azərbaycanın daha amansızlıqla Xankənidini bomabalamasına gətirib çıxardı.

Azərbaycan tərəfi yalnız hərbi hissələri və elektrik stansiyaları nişan alırdı”, deyə o qeyd edib.

Xırdalan sakini mənzildə ölü tapılıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində ikisi azyaşlı olmaqla 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Məmmədova Aytəkin Cəsarət qızının meyitini və 2 nəfər azyaşlını halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alıb və kadrları sosial şəbəkələrdə yayıb. 

Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsinin 29-cu ili tamam olur.

Erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra müdafiəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.

Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.

Xəbər lenti