Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.

Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.

Report xəbər verir ki, hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

FHN-in Mətbuat xidmətindən Ölkə.Az"a bildirilib ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Belə ki, binanın dam örtüyü yanır.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.

Virtualaz.org xəbər verir ki, meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib.

Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. Səbael rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib. Hazırda 2 208 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, bu günə qədər isə ümumilikdə 2 563 101 test icra olunub.

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə məxsus “Neon” restoranında keçirilən əməliyyat zamanı dörd nəfər saxlanılıb.

Unikal.org verdiyi məlumata görə, saxlanılan Əfqan Quliyev, Camal Həsənov, Aydın Aydınlı və Azər Şıxıyevin üzərindən narkotik vasitə və silah aşkarlanıb.

Məhkəməninin qərarı ilə saxlanılan dörd şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.

Dünən dünyasını dəyişən stilist Balaşın ölüm səbəbi bəlli olub.
Müğənni Nadir Qafarzadə İnstaqram hesabında foto paylaşaraq mərhumun bacısı müğənni Xatun Əliyevaya baş sağlığı verib: "İlk imicimdə dəyişilik edən insan. Allah sənə rəhmət eləsin! Axır qəminiz olsun".
 
Müğənni daha sonra rəy bölümündə stilistin ölüm səbəbi haqda yazıb: "Eşitdiyimə görə, qan xərçəngi (Leykoz) idi"-deyə, qeyd edib. (azxeber.com)

Cəlilabad rayonunda Bakı şəhər sakinində külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Həsənzadə idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişini, əvvəllər məhkum olunmuş A.Rüstəmovla birgə Ocaqlı kəndinin ərazisində saxlanılıblar.

Avtomobilə baxış zamanı oradan 6 kiloqram 395 qram heroin və 1 kiloqram 270 qram metamfetamin aşkar edilərək götürülüb.

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın özünü binadan ataraq canına qəsd etməsi son günlərin ən çox müzakirə edilən mövzusudur. Hadisə fevralın 18-də, Xətai rayonu, Yeryemenko küçəsindəki çoxmərtəbəli binaların birində baş verib.

Xəzər TV xəbər verir ki, hadisədən dərhal sonra sosial şəbəkələrdə Sevil Atakişiyevanın çoxsaylı mesajları yayılaraq, geniş müzakirəyə səbəb oldu.

20 yaşlı gənc qızın intihardan öncəki görüntüləri müşahidə kamerasına tuş gəlib. 20-ci mərtəbədən özünü aşağı atan qız binaya girərkən mühafizə əməkdaşlarını aldıb və binaya daxil olub. Binaya girdikdən 15 dəqiqə sonra intihar hadisəsi baş verib.

Sevilin intihardan bir müddət öncə qeydə alınan son görüntülərini təqdim edirik:

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Bu barədə “Ölkə.Az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuatxidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti