![]() |
|
Bu barədə Ölkə.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkar edilib və saat 18 radələrində nəqliyyat vasitəsi saxlanılıb.
Araşdırmalar zamanı N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən edilib.
Həmin gün vətəndaş Paşa Abdullayev də idarə etdiyi “Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən edilib.
Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Həşimxanlı kəndində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən iki kafe aşkar edilib.
Hər iki kafedə 20-yə yaxın müştərinin olduğu müəyyən edilib. Onlardan səkkiz nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıq edilib.
"Sputnik Armeniya” xəbər verir ki, bu, Azərbaycanla Ermənistan arasında əsirlərin təhvil verilməsi zamanı baş tutub.
"Digər 3 əsirlə bərabər Ermənistana təhvil verilmişik. Mən artıq bir neçə gündür evimdəyəm”, - Baqdasaryan bildirib
Baxar.az bildirir ki, videonu Ermənistanın keçmiş polis rəisi, general-polkovnik Vladimir Qasparyan yaymışdı. Videoda "Azərbaycana xoş gəlmisiniz" yazılmış lövhə xeyli müzakirəyə səbəb oldu. Bir neçə dəqiqə öncə isə həmin lövhənin ermənilər tərəfindən hücuma məruz qaldığı ilə bağlı görüntülər yayılıb:
"Ölkə.Az" bildirir ki, bu barədə tanınmış jurnalist Elçin Alıoğlu məlumat verib.
Erməni yaraqlıların hazırda Qarabağda rusiyalı sülhməramlıların operativ nəzarətində olan ərazilərdə bazalarının yerləşdiyi yaşayış məntəqələri və oradakı potensial terrorçuların sayı:
1. Sos kəndi - 19 nəfər
2. Xanoba kəndi - 42 nəfər
3. Qaradağlı - 61 nəfər
4. Gavahin - 36 nəfər
5. Arpadüzü - 11 nəfər
6. Quzumkənd -19 nəfər
7. Xankəndi - 2310 nəfər
9. Dağyurd - 22 nəfər
10. Qızıloba - 35 nəfər
11. Harov - 47 nəfər
Mingəçevir şəhəri ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib.
Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştərilər Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report məlumatına görə, 2002-ci il təvəllüdlü Məmmədov Elgün Rəfail oğlu idarə etdiyi avtomobili aşırıb.
Ağır bədən xəsarətləri alan gənc təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
“Report” xəbərinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236 min manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 min manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.
Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8 min manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.
Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki keçmiş erməni blokpostunun ərazisində 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmiləri aşkar olunub.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb.
“Bu, düşmənin Azərbaycana qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş döyüş sursatından istifadə etdiyinə dair növbəti sübutdur”, - qurumdan bildirilib.
Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.
Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Report