![]() |
|
Bu barədə XİN-də keçirilən mətbuat konfransında məlumat verilib.
“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı atəş açıb. Mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər yaralanıb”, birgə bəyanatda vurğulanıb.
"Ölkə.Az" xəbər verir ki, bunu "Report"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”, - o bildirib.
Report xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
"Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib", - o, əlavə edib.
Baku.ws xəbər verir ki, Vardenisdə (Ermənistanın Qeqarkunsk əyaləti) hərəkət edən avtobus pilotsuz uçan aparatla vurulub. PUA ilə vurulan nəqliyyat vasitəsi yanmağa başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Artsun Ovanisyan bildirib.
Xatırladaq ki, 2016-cı ildə Azərbaycan Ordusunun tarix yazdığı 2016-cı ilin aprel savaşları zamanı da cəbhəyə könüllüləri daşıyan avtobus kamikadze dron ilə vurulmuşdu.
Bu barədə məlumat İTV-nin "facebook" səhifəsində paylaşılıb.
Hazırda İTV-nin maşını yanır
Baku.ws xəbər verir ki, öldürülən hərbçilər arasında Musaelyan İrina Lavrentevnanın (1979-cu il təvəllüdlü) olması erməni tərəfinin nə qədər aciz vəziyyətdə olduğunu göstərib. Məlumata görə, ordumuz tərəfindən zərərsizləşdirilən İrina Musaelyan Ermənistan ordu rəhbərliyi tərəfindən dəfələrlə təltif edilmişdi.
Belə ki, Ermənistanda əsgər çatışmazlığı yaşandığı üçün işğalçı ordu qadın hərbçilərin ümidinə qalıb. Ön cəbhəyə cəlb olunan qadınlar əsasən snayper vəzifəsini icra edirlər.
Azərbaycan ordusunun əks hücumları qarşısında aciz qalan Ermənistan ordusu ön cəbhəyə yığdığı peşəkar qadın snayperləri də itirməyə başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, canlı qüvvə baxımından Ermənistan ordusunun 550 nəfərdən artıq itkisi var.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:
“Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib”.
Ermənistan növbəti provokasiyaya əl atıb.
Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, sentyabrın 29-da səhər saat 07:30-dan etibarən Ermənistan ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.
Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.
Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.
Bu barədə "Ölkə.Az"a Müdafiə Nazirliyindən xəbər verilib.
Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.
Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.
Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.
Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.
"Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir".
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumatda deyilir:
"Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır".