qebelede-evlerden-cixan-tufengler-oldurulen-iki-nefer

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib.

İlkin məlumata görə, G.Məmmədəliyevanın oğlunun başqa şəxsə pul borcu olub. Məsələyə onun tanışı 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov da qarışıb və qarşı tərəfə borcun vaxtında ödənilməsinə dair söz verib. Lakin G.Məmmədəliyevanın oğlu borcu vaxtında ödəyə bilməyib. Nəticədə onunla Əlibaba arasında narazılıq yaranıb.

Mübahisənin münaqişəyə çevrilməsindən sonra Əlibaba Gəncimov tüfəng götürərək G.Məmmədəliyevanın yaşadığı evə gəlib. O əvvəlcə G.Məmmədəliyevaya atəş açıb. Bunu görən qadının nəvəsi 23 yaşlı Nurlan Məmmədəliyev evdən tüfəng götürərək Əlibabanı güllələyib. Baş verən atışma nəticəsində Ə.Gəncimov ölüb. Nurlan özü də müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Vardanyan barədə qərar verildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb.

Cinayət işi üzrə Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, ötən müddətdə bir sıra beynəlxalq təşkilatlar və xarici media qurumları Ermənistan vətəndaşı olan yeganə milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” olmuş Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri barədə və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış edib.

Azərbaycanda binaya ildırım düşdü - ölən və xəsarət alanlar var (FOTO/VİDEO)

Gəncədə binaya ildırım düşüb.

APA bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər ərazisində yerləşən 5 mərtəbəli yaşayış binasına ildırım düşüb. Baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ölənlər 1960-ci il təvəllüdlü Mehriban Paşayeva və Xudaverdiyeva Könüldür. Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Şərab zavodunda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Tovuzda keçmiş Şərab Zavodunun ərazisində baş vermiş yanğın lokallaşdırılıb.

Report məlumatına görə, rayonun Qovlar şəhərindəki keçmiş Şərab Zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq lokallaşdırılıb.

Qeyd edək ki, yanğın nəticəsində tikilinin içərisində olan istifadəyə yararsız çənlər yanıb.

Hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənənlərin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə FHN məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
Tovuzda yanğın hadisəsi baş verib.

Apa məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

bloqer-cemil-qadinlari-goruntuleri-ile-santaj-edirmis

Bakıda qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinib.

Qeyd olunub ki, Cəmil Quliyev sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. O, həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6.800, digərindən 2400 manat alıb.

Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.

Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, C.Quliyev instaqram və tiktok sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.

O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 aylıq həbs də olunub.

mubariz-ibrahimovun-atasi-vefat-etdi

Milli Qəhrəman Mübariz ibrahimovun atası vəfat edib.

Şəhid atası bu gün infakt kecirib və Biləsuvar Rayon Mərəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A,İbrahimov bir neçə il bundan öncə açıq ürək əməliyyatı keçirmişdi.

sehid-atasi-vefat-etdi

Vətən müharibəsi şəhidi Cahangir Baxışovun atası vəfat edib.

“Əmrah Baxışov yaşadığı Qobustan rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, C. Baxışov 2001-ci ilin aprelin 1-də Qobustanın Nardaran kəndində anadan olub.

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Cahangir 2020-ci ilin oktyabrın 9-u şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

 

 
 
donerden-daha-bir-kutlevi-zeherlenme

Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslər bunlardır:

Qovlar şəhər sakinləri

2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova;

1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov;

1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov;

2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov;

2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva;

1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva.

İbrahimhacılı kənd sakinləri

1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev;

2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov;

2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov;

1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova;

1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov.

Köhnəqala kənd sakinləri

2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli;

2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev;

2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev.

Alakol kənd sakini

1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva;

Əyyublu kənd sakini

1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov;

Gəncə şəhər sakinləri

2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova;

2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova.

Qeyd edək ki, 5 gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənmişdi.

Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 9 mm, Astarada 8 mm, Lənkəran, Şamaxı, Şabran, Şəkidə 4 mm, Göygöl, Neftçala, Oğuz, Zaqatala, Şərur, Şahbuz, Gədəbəy, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Göyçay, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Xaltan, Tərtər, Yevlax, Sabirabad, Hacıqabul, Biləsuvar, Şuşa, Füzuli, Kəlbəcərdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1 mm-dək olub.

Yevlax, Göyçay, Göygöl, Lerik, Qusar, Quba, Qobustan, Şamaxı, Şəki, Qax, Balakən, Tovuz, Şəmkir, Naftalan, Gəncə, Göygöl, Daşkəsən, Zaqatala, Xaltan, Sumqayıtda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.

Bu ərazilərdə sürüşmə ola bilər

Son günlər Azərbaycanın bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan yağmurlu hava şəraitindən ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

Bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, intensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə sürüşmə hadisəsinin baş verməsinə ehtimallar yaradıb:

"Yağıntılar nəticəsində respublikanın bir sıra ərazilərinin avtomobil yollarında, xüsusilə Bakı-Şamaxı, Şamaxı-Pirqulu və Şamaxı-İsmayıllı avtomobil yollarının keçdiyi yerlərdəki mövcud sürüşmə sahələrində aktivləşmənin baş verməsi ehtimalı yüksəkdir. Bu səbəbdən həmin istiqamətlərdəki yollardan keçərkən ehtiyatlı olmağı, əgər alternativ varsa, digər yollardan istifadəni tövsiyə edirik".

Xəbər lenti