![]() |
|
Hadisə ötən gün paytaxtın Nəsimi rayonu Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində baş verib.
Hadisə zamanı “Mercedes” və “Kia” markalı avtomobillər toqquşub. Qəzaya “Kia”nın işıqforun qırmızı işığında keçməsi səbəb olub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi zərər dəyib.
Həmin görüntüləri təqdim edirik:
Oxu24.com xəbər verir ki, videodan göründüyü kimi Bakıda ilk dəfə homoseksual cütlüyün nişan mərasimi keçirilib.
Oğlanlardan biri diz çöküb və digər oğlana evlilik təklif edir. "Hə" cavabını alan cütlük daha sonra öpüşür.
Sözügedən kadrlar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Evliliyi normal qəbul edənlərlə yanaşı çox sərt formada tənqid edənlər də var.
Qafqazinfo məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.
Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Ölən şəxs - 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.
Xəsarət alanlardan biri - 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.
Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.
Faktla bağlı araşdırma aparılır.
Report xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçt şöbəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin şöbənin əməkdaşları - S.Ələkbərova, G.Tağıyeva və T.Vəliyeva müəyyən olunaraq tutulublar.
Faktla bağlı başlanmış cinayət işi üzrə şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb. Belə ki, may ayında poçtda daxili audit yoxlaması zamanı 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı üzə çıxıb. Daha sonra “Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.(Report)
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.
"Qafqazinfo" DTX-nın saytına istinadən xəbər verir ki, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.
Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.
2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib. 2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib. 2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib.
Hazırda həbs olunmuş Saleh Adilov barəsində cinayət işi davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi sakinlərlə izahedici söhbətlər aparsa da, etiraz edənlər öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini tələb ediblər.
Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər.
Sakinlərin hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Aparılan araşdırmaların nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək.
Keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mayın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
Astara rayon sakini Sevman Ramazanov sevgilisinin hamilə qalması və onun zorlanmasında şübhəli olaraq polis çağırılıb. O, polisdə ifadəsində bildirib ki, sevgilisi ilə intim əlaqədə olmayıb. Onun kimdən hamilə qalmasından xəbəri yoxdur. Sonradan məlum olub ki, onun nişanlısını öz atası zorlayıb.Qız öz doğma atasından hamilə qalıb.
Daha sonra Sevman Ramazanov polisə dəhşətli etiraf edib. O, bildirib ki, illər öncə itkin düşən bacısı İradəni öldürərək bacısının həyətində basdırıb.
Bu ifadədən sonra polis araşdırmaya başlayıb. Məlum olub ki, Sevman Ramazanov bacısı İradəni dayısıoğlu ilə həyətdə intim əlaqə zamanı tutduğu üçün öldürüb. Oxu24.com
Dəhşətli hadisə ilə bağlı ətraflı vidoenu təqdim edirik:
Daxili İşlər Nazirliyi (DİN) Masallıda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 14-də saat 19 radələrində Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş verib. Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.
Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərpoçt MMC-də oğurluq hadisəsi baş verib.
Hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb.
Belə ki, poçtda daxili yoxlama aparılan zaman 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı məlum olub.
Daha sonra Azərpoçt MMC bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırmalar aparılır. (report)