53 yaşlı kişi 41 yaşlı sevgilisini və sevgilisinin atasını öldürdü
Abşeron rayonunda ata və qızını qətlə yetirməkdə təqsirli bilinən Sahib Hacıyevin cinayət işi.

 2017-ci ilin sentyabr ayında Abşeron RPİ-nin əməkdaşları Bakı-Şamaxı yolunun 10-cu kilometrliyində üzərində müxtəlif zorakılıq əlamətləri olan kişi və qadın meyidi aşkar ediblər.

Araşdırmalar zamanı məlum olub ki, onlar Füzuli rayon sakinləri Allahverdi Əsədov və qızı Samirə Əsədovadı.

Həmin gecə cinayəti törətməkdə şübhəli bilinən şəxs polisə zəng edib təslim olmaq istədiyini və onları Qaradağ rayon Müşviqabad qəsəbəsindəki evində gözlədiyini bildirib.

Hadisənin təfərrüatları barədə daha ətraflı videonu təqdim edirik.

Ana və qızını evdə bıçaqladılar
Sabunçu rayonunda iki nəfər bıçaqlanıb.

Apa xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.

1976-cı il təvəllüdlü Gözəlova Kəmalə Ayaz qızı və onun övladı - 1995-ci il təvəllüdlü Quliyeva Səadət İlyas qızı yaşadıqları evdə qohumları tərəfindən bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Karantini pozaraq həbs edilən sürücülərin həbsdən görüntüləri - FOTO
Karantin qaydalarına əməl etməyi tövsiyyə ediblər

İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib

 Daxili İşlər Nazirliyinə Biləvasitə Tabe Olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərəkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.

Qeyd edək ki, karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib. Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcud karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhətlər aparılıb.
Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşiman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həsas və diqqətli olmağı, karantin qaydalarıa əməl etməyi tövsiyyə ediblər.

 
Azərbaycanda əfv olunan məhkum azadlığa çıxmaqdan imtina etdi
Prezident İlham Əliyev pandemiya səbəbilə aprelin 6-da imzaladığı əfv sərəncamının şamil olunduğu məhkumlardan biri azadlığa çıxmaqdan imtina edən edib.

Bu faktı Modern.az saytına açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev qeyd edib ki, şərti adı M.A olan həmin şəxs övladını öldürüb:

"Yaşı 65-dən yuxarı olan məhkum əfv sərəncamındakı kriteriyalara uyğun gəlsə də, ərizə yazaraq könüllü şəkilədə azadlıqdan imtina etdi:

"Çünki azadlıqda onu gözləyən kimsə yox idi. Övladını öldürdüyündən ailənin digər üzvlərilə intriqaları davam edir, ailə onu bağışlamayıb. Həmin şəxs əfv olunsaydı, ailə daxilində başqa konflikt yarana bilərdi. Bildiyiniz kimi, əfvdən əvvəl hər bir məhkumla fərdi söhbətlər aparılır. Ağır cinayət törətməsinə rəğmən səhhətində problem olduğu üçün o şəxsə əfv düşürdü. Amma o, bundan könüllü imtina etdi. Çünki deyirdi ki, "çıxsam yenə bura qayıdacam”.

Qeyd edək ki, Prezident İlham Əliyev pandemiya səbəbindən bu il aprelin 6-da məhkum edilmiş şəxslərin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa  buraxılıb. 

Bakıda sürücünün qarşısını kəsib vuran şəxş tutuldu
Qaraçuxur qəsəbəsində avtomobilin qarşısını kəsərək sürücünü vurub təhqir edən şəxs barəsində açıqlama verilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, 99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə qaydaları pozaraq sürücünün qarşısını kəsib onu vuran Suraxanı rayon sakini 32-ci bölmənin əməkdaşları tərəfindən saxlanılıb.

Şikayət edən sürücü də 32-ci polis bölməsinə dəvət edilərək hər iki tərəfin izahatları alınıb. Şikayətçinin vurulması iddiası ilə bağlı qərar qəbul olunaraq məhkəmə-tibb ekspertizası da təyin edilib.

Bu məsələ ilə bağlı yekun qərar məhkəmə tərəfindən veriləcək- deyərək Vaqif Əsədov bildirib.

Küçədən iki günlük körpə tapıldı
Bakıda küçədən iki günlük qız uşağı tapılıb.

Oxu.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Rayonun İkinci Alatava küçəsində yerləşən evlərdən birinin qarşısında iki günlük qız uşağı tapılıb. Körpə hüquq-mühafizə orqanları tərəfindən uşaq evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəzər rayonunda qardaşı arvadını qətlə yetirməkdə təqsrli bilinən Ələkbər Abdullayevin cinayət işi.

Hadisə 2018-ci il avqust ayında Xəzər rayonunda baş verib.  

Rayonun Binə qəsəbəsində Ələkbər Abdullayev qısqanclıq zəmnində qardaşının arvadı Rübabə Abdullayevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisənin təfərrüatları barədə daha ətraflı videonu təqdim edirik.

Bakıda gənclər arasında DAVA
Bakının Sabunçu rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Apa xəbər verir ki, hadisə Yusif Qasımov küçəsində baş verib.

1990-cı il təvəllüdlü İbayev Əliyar Elşad oğlu 2002-ci il təvəllüdlü Quliyev Ümid Elman oğlu ilə əlbəyaxa dava edib. Dava zamanı Ə.İbayev bıçaqla Ü.Quliyevin qol nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. 

Ü.Quliyev isə bıçaqla Ə.İbayevin ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub.

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Qubada kişi qardaşı ilə intim əlaqədə olan arvadını öldürdü
Quba rayonunda qısqanclıq zəmnində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Murad Ələsgərovun cinayət işi.

Hadisə 2017-ci ilin may ayında Qubada baş verib. Rayonun Güləzi kənd sakini Murad Ələsgərov yaşadığı evin həyətində azyaşlı qızının gözü qarşısında arvadı 29 yaşlı Ulduz Ələsgərovaya əvvəlcə daş parçası, sonra isə balta ilə baş nahiyyəsindən çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qətlə yetirib.

Cinayəti törətdikdən sonra Murad Ələsgərov könüllü polisə gələrək təslim olub.

İstintaqla müəyyən olunub ki, Murad Ələsgərov arvadı Ulduzun onlarla bir evdə yaşayan ögey qardaşı Şeyda ilə intim münasibətlərinin olmasında şübhələnərək onu öldürmək qərarına gəlib.

Qeyd edək ki, ailənin birgə nigahdan 3 azyaşlı övladı olub.

Hadisənin təfərrüatları barədə daha ətraflı videonun 13:17-ci dəqiqəsindən baxa bilərsiz.

Bakıda aptekə silahla basqın edildi
Bakıda aptekə silahla basqın edilib

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən  bildirilib ki, aprelin 21-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən aprektlərdən birinə üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

Bakı ŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.

Sabunçu Rayon Polis İdarəsi İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti