İcra başçısının həbs edildiyi əməliyyatdan İLK FOTO
Bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyatın ilk fotosu yayılıb.

Fotoqraf Ruslan Eldaroğlunun çəkdiyi şəkil Musavat TV-nin efirində yayımlanıb.

Qeyd edək ki, 2012-ci ildən İmişliyə rəhbərlik edən Vilyam Hacıyev bu gün DTX əməliyyatçıları tərəfindən saxlanılıb.

DTX bu dəfə İmişli İcra Hakimiyyətinə girdi

Bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olub.

 Musavat.com xəbər verir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetində axtarış aparırlar.

Qeyd edək ki, İmişlinin icra başçısı Vilyam Hacıyevdir.

DSX-dan əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd-birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 04 may tarixində 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınmışdır.

Saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun-larının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə¬sində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sər¬həd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərə-kətini nəzarətdə saxlamış, ağacın altından bir neçə bağ¬lama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd nar¬yadı ona “dayan” əmri vermişdir. Lakin həmin şəxs əmrə tabe olmamış, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanıl-mışdır.

Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürü-cüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək on-ların həyatına sui-qəsd etmiş və hadisə yerindən uzaqlaşmışdır. Sürü-cünün şəxsiyyəti müəyyənləşdirilmişdir, hazırda saxlanılması üzrə əmə¬liyyat-axtarış tədbirləri həyata keçirilir.

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilmiş, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və me¬ta¬fetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli “PAK RETAY-11” markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli "Kral maqnium" mar¬kalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan "Mahama" markalı güllə aşkar olunmuşdur.

Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəllə¬sinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun kom¬plekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə et¬mə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sər¬hədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıl¬mışdır, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olun¬ması üzrə zəruri əməliy¬yat-istintaq hərəkətləri davam etdirilir. DSX-dan əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi

Ermənistan silahlı bölmələri atəşkəsi pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bakıda küçədə qadına hücum edildi
Bakıda qadın küçədə qarət edilib.

 Trend xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində baş verib. Əmircan qəsəbə sakini olan qadın naməlum şəxsin onun mobil telefonunu alaraq qaçması barədə polisə məlumat verib.

Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.

Daha üç rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Sabirabad, Ağcabədi və Tərtər rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Sabirabad rayon İcra Hakimiyətindən rayonun Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov və rayonun Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özlərinin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamalarına, M.Cəfərov və İ.Əliyevin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub.

Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Həsənov, Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahov və müavini Allahverdi Hüseynovun vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Şahid Məmmədovun vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilib.

Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Kürdəmirdəki ağır qəza
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

 Report xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Mercedes” markalı avtomobildə olan üç sərnişin hadisə yerində ölüb, dörd sərnişin isə ağır bədən xəsarətləri alıb.

Həmçinin bildirilir ki, “Nissan” avtomobilində olan dörd sərnişin də ağır yaralanıb. 

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə baş verən ağır avtomobil qəzasında daha bir nəfər ölüb.

Hadisə nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

Bakıda film kimi qaçış

Gecə saatlarında Bakının Yasamal rayonunda polis əməkdaşlarının iştirakı ilə insident baş verib. Sərxoş sürücü sənədləri təqdim etmək barədə polis patrulunun tələblərinə cavab verməyib və qaçmağa çalışıb.

Hadisə yerli sakinlər tərəfindən mobil telefon kameralarına çəkilib.

Polis İdarəsindən “oxu.az”a bildirilib ki, hadisə 29-cu Polis Bölməsinin ərazisində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sərxoş sürücünü saxlayıb və polis məntəqəsinə apararaq baş verənlərlə bağlı protokol tərtib ediblər.

Saxlanılan şəxsin adı hələlik açıqlanmayıb.

Həbs olunan icra başçısı yüzlərlə sakinin torpağını zəbt edibmiş
REAL TV Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin yüzlərlə sakinin torpağını mənimsəməsi ilə bağlı reportaj hazırlayıb.

M.Quliyev rayona rəhbərlik etdiyi 9 il ərzində sakinlərin sənədli torpaq sahələrini zəbt edib, öz yaxınlarına verib və ya bu sahələrdə öz biznesini qurub.

Şikayətçilərdən biri - Biləsuvar sakini Xanhüseyn Hüseynovdur. O, iddia edir ki, onun 50 hektar torpaq sahəsi M.Quliyev tərəfindən zorla əlindən alınıb. Şikayətçinin sözlərinə görə, o, dəfələrlə icra hakimiyyətinə müraciət etməsinə baxmayaraq, M.Quliyev onu qəbul etməyib, haqlı iddialarını təmin etməkdən imtina edib.

Televiziyanın hazırladığı digər reportajda isə bildirilib ki, M.Quliyev rayona rəhbərlik etdiyi dövrdə onun göstərişi ilə Heydər Əliyev parkında ümummilli liderin heykəli götürülüb və gözdən uzaq bir yerə - rayon mərkəzindən 26 kilometr aralıqda yerləşən Səmədabad kəndinə aparılıb və hal-hazırda heykəl həmin kənddədir. Park ərazisində M.Quliyev tərəfindən çayxana inşa edilib. Parkın arxa hissəsində isə restoran tikintisi aparılır. Park baxımsız vəziyyətdədir və burada yalnız yerlərin satışı həyata keçirilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycanda vəzifəli şəxslər saxlanıldı — SON DƏQİQƏ

Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılmışdır.

Araşdırmalarla Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin vəzifə saxtakarlığı edərək aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur.

Eləcə də, Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin də vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.
Zərdab rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov tərəfindən də qanun pozuntusuna yol verilmişdir. Belə ki, M.Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər.

Toplanmış materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanmışdır.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Xəbər lenti