Yol polisi ilə sakinlər arasında əlbəyaxa dava düşdü, həbs edilən var - VİDEO
Polisə müqavimət göstərən sürücü 10 sutka inzibati həbs cəzası alıb

Baş Dövlət Yol Polisi İdarəsi Zaqatalada yol polisi əməkdaşları ilə sakinlər arasında baş verən qarşıdurmaya aydınlıq gətirib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan buna dair görüntülər araşdırılıb: “Araşdırmalar zamanı məlum oldu ki, həmin hadisə mayın 6-da qeydə alınıb. Yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edən sürücü bir nəfərin ev quşlarını vuraraq öldürüb. Bunu görən DYP əməkdaşları həmin sürücüyə saxla əmri verib. Lakin sürücü yol polisi əməkdaşlarına tabe olmayaraq hərəkətini davam etdirib. Buna baxmayaraq həmin sürücü məcburi qaydada saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, həmin avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur. Həmçinin onun etibarnaməsi də olmayıb. Videodan da göründüyü kimi sürücü və onun həyat yoldaşı məsuliyyətdən yayınmaq üçün ajiotaj yaratmağa cəhd ediblər. Buna baxmayaraq polis əməkdaşları şəraitə uyğun hərəkət edərək qanuni tədbir görüb. Həmin şəxslərin hərəkətləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü 10 sutka inzibati həbs cəzası alıb. Hay-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib”.

***

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Kəpənəkçi kəndi ərazisində yüksək sürətlə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil bir neçə ev quşunu vuraraq öldürüb: “Həmin ərazidə xidmətdə olan Zaqatala RPŞ-nin Dövlət Yol Polisi bölməsi əməkdaşları “VAZ-2106” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verilib: “Yoxlama zamanı məlum olub ki, həmin avtomobildə sürücü qismində əyləşən Cavid İsayev sürücülük vəsiqəsi olmadan maşını idarə edib: “Avtomobilin həmin şəxsə deyil, ailəsinə məxsus olduğu aşkarlanıb. O, daha sonra polis əməkdaşları ilə mübahisə edib. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışıblar”.

 

“Sürücü barəsində protokol tərtib edilib və toplanan materiallar aidiyyəti üzə məhkəməyə göndərilib”, - deyə qeyd edilib. M.Məsimov əlavə edib ki, rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücü inzibati həbs cəzası alıb. Hay-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib.

 

Onlayn sığorta burada: dostsigorta.az

DTX tərəfindən saxlanıldığı deyilən nazir müavini KİMDİR?
Xəbər verdiyimiz kimi, bu gün mətbuatda yayılan məlumata görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin binasında əməliyyat keçirdib.

Bu gün mətbuatda yayılan məlumata görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin binasında əməliyyat keçirdib.

Əməliyyat nəticəsində Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

Məlumat üçün bildirək ki, Bayramov Rafiq Yasin oğlu 10 noyabr 1972-ci il tarixində anadan olub.

1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini Fərqlənmə Medalı ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun “Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi” elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub.

1995-1997-ci illər ərzində ordu sıralarında – Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub.

1998-1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib.

2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb.

2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib.

2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 27 iyun 2018-ci ildə imzaladığı sərəncamla Mədəniyyət nazirinin müavini təyin olunub.

DTX Əbülfəs Qarayevin müavinini saxladı

Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

Bu barədə Axşam.az məlumat yayıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bakıda kişi keçmiş arvadını işlədiyi mağazada diri-diri yandırdı
Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirli bilinən Məsud Müzəffərovun cinayət işi.

Hadisə 2018-ci il mayın 24-də Nəsimi rayon ərazisində baş verib.

Nəsimi RPİ-nin 19-cu polis bölməsinə könüllü gələn Masallı rayon sakini Məsud Müzəffərov, Cavadxan küçəsində yerləşən mağazada satıcı işləyən keçmiş arvadı Aytəkin Müzəffərovanın üzərinə benzin tökərək onu yandırdığını bildirib.

Xəstəxanaya yerləşdirilən qadın həkimlərin səyinə baxmayaraq hadisədən bir gün sonra orada dünyasını dəyişib.

Qeyd edək ki, Məsudla Aytəkin 2009-cu ildə ailə həyatı qurulblar. Həmin nigahdan bir övladları olub. 2017-c il aprelin 20-də arvadını xəstəliyi ilə əlaqədar yol maşını ilə Masallı rayonundan Bakıya göndərib. Lakin iki gündən sonra öyrənib ki, yoldaşı Türkiyəyə gedib.

Hadisənin təfərrüatları barədə daha ətraflı videonun 9:45-ci dəqiqəsindən baxa bilərsiz

 

DTX nazirlikdə əməliyyat keçirir

Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bununla bağlı DTX məlumat yayıb.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həbs olunan icra başçısının otağından GÖRÜN NƏ ÇIXDI
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Bu barədə DTX-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Oxu24.com xəbər  verir  ki, mətbuata  yayılan  rəsmi  videoda  maraqlı  kadr  diqqəti  cəlb  edib.

Gəncədə karantin rejimini pozan uşaq bağçası aşkarlandı
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, Gəncə ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl uşaq bağçası aşkarlayıb. 

Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Gülnar Günəşliyə məxsus “Montesorri Kids Paradis” adlı uşaq bağçasının fəaliyyəti dayandırılıb. Bağçadakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. G. Günəşli və bağçanın digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Günəşli"dəki qəza ilə bağlı son məlumat: 11 ölü, 19 itkin
AA 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Facebook” hesabında paylaşım edib.

Qafqazinfo-nun məlumatına görə, cəsədi tapılan neftçilər 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur. Yaxınlarının məlumatına görə, cəsədləri tapılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər onların üzərində olub.

Xatırladaq ki, qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

Azərbaycanda iki avtobus toqquşdu
Sumqayıt şəhərinin çıxışında səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az" xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumatlara görə, 3 nömrəli sərnişin avtobusu Sumqayıt-Ceyranbatan istiqamətinə hərəkət edən 9 nömrəli sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Vilyam Hacıyevin qablaşdıraraq gizlətdiyi pullar  -  Fotolar
Vilyam Hacıyevin qablaşdıraraq gizlətdiyi pullar  -  Fotolar
Vilyam Hacıyevin qablaşdıraraq gizlətdiyi pullar  -  Fotolar

Xəbər lenti