|
Azərbaycanla sərhəddə yanvarın 14-də silahlı insident törədən Gürcüstan vətəndaşı Giorgi İçukaidzeyə qarşı rəsmi ittiham irəli sürülüb. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Həmin şəxs odlu silah və sursatın qanunsuz əldə olunması, saxlanılması və girov götürülməsində ittiham olunur.
Bakıda keçmiş məhkumlarda külli miqdarda narkotik vasitə aşkarlanıb. Yol-xeber.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi və Xətai rayon ərazilərində qeyd edə alınıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Səfərovdan 3 kq 156 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Məmmədovdan 243 qram heroin aşkar edilərək götürülüb.
Həmçinin, Xətai RPİ-nin 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü N.Nəbizadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,425 qram heroin və 1,320 qram metamfetamin aşkar olunaraq götürülüb.
Hər üç faktla bağlı araşdırmalar aparılır.
Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda insanlara hücum edən dananı zərərsizləşdirib.
Yol-xeber.az Yeniavaz.com-a istinadla xəbər verir ki, hadisə Binəqədi Rayonunun Cəfər Xəndan küçəsində baş verib.
Şahidlərin sözlərinə görə, insanlara və avtomobillərə hücum çəkən dana polis tərəfindən güllələnib.
Hadisə avtomobil yolunun ortasında baş verdiyi üçün nəqliyyatın hərəkətində qısa müddət sıxlıq yaranıb.
Daha sonra dana ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.
İngiltərədə sürücünün yanan avtomobildən qadını xilasetmə görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az “Mirror”a istinadən xəbər verir ki, yük maşınının sürücüsü Con Rastrik yolda iki minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının şahidi olub. Toqquşmadan sonra avtomobillərdən birində yanğın başladığını görüb və nəqliyyat vasitəsini park edərək köməyə gedib.
Kadrlarda, onun alovlara bürünmüş avtomobilin qapısını açdığı, qadını salondan çıxardığı və onu yanan maşından kənara çəkdiyi görülür. Bir neçə dəqiqədən sonra isə alovlar daha da şiddətlənir.
27 yaşlı Peri Mistr isə Con Rastrikinin sayəsində sağ qalıb. Bu qəhrəmanlığına və cəsarətinə görə, o, Təcili Tibbi Yardım Xidməti tərəfindən təltif edilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstəyə qarşı əməliyyat keçirib. Dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib. Tədbir nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir.
İstifadə olunmuş xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır.
Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilmişdir ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir.
Aşkar olunan faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyi barədə həm qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyəti, həm də real ölüm təhlükəsi var. Avtosfer.az olaraq dəfələrlə bu barədə maarifləndirici materiallar təqdim etmişik. Qeyd edək ki, bu təkcə sürücülər üçün deyil. \
Sərnişinlərin də təhlükəsizlik kəmərindən istifadə etməsi zəruridir. Təqdim etdiyimiz video rayon yollarının birində çəkilib. Görüntü uzaqdan olsa da qəzanın baş verdiyi və sonra avtomobilin alın şüşəsindən sərnişinin çıxaraq 10 metr kənara düşdüyü görünür. Qəza nəticəsində sürücü xəsarət alıb, amma həyatını itirməyib.
Çünki təhlükəsizlik kəmərindən istifadə edib. Kəmər taxmayan sərnişin isə hadisə yerində ölüb.
Bir daha sürücü və sərnişinləri öz həyatlarını riskə atmamaq üçün təhlükəsizlik kəmərindən istifadə etməyə çağırırıq.
Ümid edirik ki, təqdim etdiyimiz video çoxları üçün dərs olacaq.
Oxu.az məlumatına görə, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov infarkt keçirib.
Rəis müavini 50 yaşında ölüb.
Qeyd edək ki, Şöhrət Kərimov Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilmişdi. O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışmışdı.
Xəbər verdiyimiz kimi, yanvarın 13-də “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki. bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev açıqlama verib. Onun sözlərinə görə, Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü saxlanılıb. R.Quliyev bildirib ki, videogörüntülərə baxış keçirilib, dərhal zəruri tədbirlər görülüb:
“Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobilin sürücüsü saxlanılıb. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunub”.
Sükan arxasında yuxulayan sürücü ağır qəzaya səbəb olub.
Hadisə rayon yollarının birində baş verib.
Belə ki, səki ilə hərəkət edən iki nəfəri qəfildən idarəetməni itirən “Mercedes”” markalı avtomobilin sürücüsü vurub.
Hadisə nəticəsində yaşlı kişi yolun kənarına düşüb. Əlində qarpız aparan gənc isə zərbənin gücündən yaxınlıqdakı kamera dirəyinə dəyib və hadisə yerindəcə keçinib. (avtosfer.az)