Paytaxtda narkotik alveri edən şəxslər tutuldu
Nəsimi Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində “Rəşad” adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək həmin şəxsi, Bakı şəhər sakinin Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu Polis Şöbəsinə gətiriblər. Nəqliyyat vasitəsinə baxış zamanı saxlanc yerindən Rəşad Kazımova məxsus 335 qram heroin, 3,635 qram psixotrop maddə olan metamfetamin, 10,745 qram tiryək , 5 ədəd “Metodon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda qayın yeznəsini bıçaqladı
Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Apa xəbər verir ki, hadisə rayonun Səttar Bəhlulzadə küçəsində baş verib. 1986-cı il təvəllüdlü Əliyev Ağarza Baloğlan oğlu qaynı ilə mübahisə zamanı bıçaqlanıb. O, sağ bud və sağ qolunun kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Qubada sel körpünü uçurtdu, kəndə giriş-çıxış bağlandı
Qubanın Çayqışlaq kəndində güclü yağışın yaratdığı sel sakinlərin öz vəsaitləri hesabına tikdiyi körpünü uçurub.

Qafqazinfo xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Məlumata görə, kənd sakinləri hər mövsüm eyni problemlə üzləşirlər. Kənd çayın ətrafında yerləşdiyindən sel hər dəfə həm əkin, həm də heyvandarlıq təsərrüfatlarını yararsız hala salır.

Qeyd edək ki, kəndə giriş-çıxış yalnız bu körpü vasitəsilə mümkün olub. Körpü uçduğundan kəndə giriş-çıxış bağlanıb.

Yağışlı havada Bakıda baş verən qəzalar
Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə etdiyi üçün sürücü sükana nəzarəti itirərək avtomobili əks yolda hərəkət edən nəqliyyat vasitəsinə çırpıb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektində olub və ''Təhlükəsiz Şəhər'' kameralarına düşüb.

Şəhər istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Maşın sürüşərək əks istiqamətdə hərəkətdə olan minik avtomobilinə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

İkinci ağır qəza da yağışlı havada Füzuli küçəsində baş verib. "Cip"in sürücüsü də yoldakı vəziyyəti nəzərə almadan qəfil əyləci sıxıb və yer sürüşkən olduğu üçün idarəetməni itirib. Avtomobil yoldan çıxaraq ağaca və işıq dirəyinə çırpılıb. Daha sonra parkla yol arasındakı dəmir məhəccərləri dağıdaraq yol təsərrüfatına da xeyli ziyan vurub.

Üçüncü qəza isə kənar dairəvi yolun Yasamal rayonundan keçən hissəsində qeydə alınıb. Sürücü avtomobildə idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yağışlı havada qəzalar sürücülərin məsuliyyətsizliyi və yüksək sürət səbəbindən baş verir.

Qeyd edək ki, sürücülər belə havada yollarda sürət nişanlarına diqqət etməlidirlər. Çünki yağışlı-qarlı havada təhlükəsizliyi təmin etmək məqsədi ilə sürət həddi yollarda minimuma endirilir.

Azərbaycanlı həkim Türkiyədə koronavirusdan öldü
Türkiyədə koronavirusdan müalicə olunan azərbaycanlı həkim ölüb.

Oxu.az xəbər verir ki, bununla bağlı professor Toğrul İsmayıl sosial şəbəkədə məlumat paylaşıb. 

O bildirib ki, Tahir Bababəyli İstanbulda müalicə olunduğu xəstəxanaların birində vəfat edib. 

Bakıda kafedə yeyib-içənlər saxlanıldı
Bakının Binəqədi rayonunda xüsusi karantin rejiminin pozulması ilə müşayiət olunan "Uğur" kafesi aşkarlanıb.

Qafqazinfo xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsinin əməkdaşları tərəfindən kafedə 17 nəfər aşkarlanıb.

Onlar barəsində qanunvericiliyə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib.



Tovuzda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO
Araşdırma aparılır

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Yol-xeber.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.

“Lexus” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”nin sürücüsü, 1982-ci il təvəllüdlü Musayev Radiq Sədrəddin oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Musayeva Ədilə Bağan qızı xəsarət alıb.

 

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. 

Faktla bağlı araşdırma aparılır.

 
Nazir müavini haqqında hökm verildi
Bu gün Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

APA xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar.

Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad edilib.

Azərbaycanda daha üç nəfər koronavirusdan öldü

“Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, üç nəfər vəfat edib:

“44 nəfər isə koronavirusdan sağalaraq evə buraxılıb”.

İcra başçılarını qorxudan gizli kameralar...
Gizli kameralar Azərbaycanda fəaliyyətdə olan əksər məmurların qorxulu yuxusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin ard-arda Ağstafa və Neftçala İcra Hakimiyyətlərində gerçəkləşdirdiyi əməliyyatlarda gizli kameralardan istifadə edilməklə təsbitedici faktlar toplaması diqqətin bu qurğulara cəmləşməsinə də səbəb olub. Bu gün gizli kameralar icra başçılarının başı üzərindəki "Damokl qılıncı”na çevrilib.

Bəs ölkə gündəmini dəyişdirən gizli kameraların texniki funksiyaları nədir? Onların hansı növləri və nə kimi xüsusiyyətləri var?

Gizli kamera hiss etdirmədən görüntüləri çəkib, səsləri yaddaşda saxlayan cihazdır. Texnologiyanın inkişafı ilə birlikdə kameralar o qədər çox kiçildi ki, artıq onların düyü boyda olanı da hazırlanır. Kameraların ölçüsü kiçildikdə insanlar onlardan başqa məqsədlər üçün də istifadə etməyə başladılar. Artıq gizli kameraların hansı modeldə düzəldilməsi və ya haraya yerləşdirilməsi yaradıcının fantaziyasından asılıdır. Səs və görüntüləri yaddaşda saxlayan bu kameraları bütün hər şeyin üzərində görmək mümkündür. Qol saatlarında, qələmlərdə, düymələrdə, divar şəkillərinin üzərində kameralar yerləşdirmək olur. Mütəxəssislər isə düşünür ki, bu günə qədər düzəldilən kameraların imkanları azdır, daha kiçik və ağıla gəlməz yerlərdə kameralar quraşdırmaq mümkündür. Son zamanlarda düzəldilən gizli kameraların ən böyük özəlliklərindən biri odur ki, onlara kabel qoşmadan istifadə etmək mümkündür.

Əməliyyat istintaq tədbirləri zamanı gizli kameralardan istifadə olunmaqla sübutların toplanması praktikası isə illərdir ki, tətbiq olunur. Məmurların ifşası üçün gizli kameralara ehtiyac duyulur. Dünya ölkələrindən texnologiya cihazları satılan əksər mağazalarda gizli kameralara rast gəlmək mümkündür. Gizli kameralar 2 saatdan 24 saata çəkiliş apara bilirlər. Onlar müxtəlif modeldə olduğu kimi müxtəlif funksiyalara da malikdir. Papaqlar üzərində yerləşdirilən gizli kameraların çəkdiyi videoların effekti professional kameralardan heç də fərqlənmir. Onların yaddaşı 4 GB-dır, 65 dərəcə bucaq altında video çəkə bilir, batareyası 2 saat dayanmadan işləyə bilir. Eynək tipli kameraların yaddaşı 4 GB-dan 16 GB-a qədərdir. Eynək üzərində yerləşdirilən kameraları adi gözlə hiss etmək mümkün deyil. Kamera bütün görüntüləri həmin anda yaddaşda saxlaya bilir. Bu kameraların şüşələri linzadan hazırlanır.

Neftçala İcra Hakimiyyətində qurulan gizli kameranın yeri

140 saat dayanmadan video çəkə bilir, 60 dərəcə bucaq altında çəkiliş aparması mümkündür. Qalstuk üzərində yerləşdirilən kameralar isə uzaqdan pult vasitəsi ilə idarə edilir. Bu kameralarla şəkil və video çəkmək mümkündür. Yaddaşı 4 GB-dır, 10 metr uzaqlıqda olan görüntüləri çəkə, 200 dəqiqə dayanmadan işləyə bilir. Otaq spreyi üzərinə yerləşdirilən kameraları evdə və işdə istifadə etmək mümkündür. Kabeli olmadığı üçün harasa aparmaq olduqca asandır. Bu kameralar vasitəsi ilə 100 saat çəkiliş aparmaq olur. Kameranın ən yaxşı özəlliyi hərəkətlərə qarşı hissiyyatlı olmasıdır, yəni yerləşdiyi yerdə hərəkət olduğu zaman çəkiliş aparır, əks halda işləmir. Divar saatları üzərində yerləşdirilən kameralar isə səsə və hərəkətlərə qarşı hissiyyatlı olur, lazım olmadığı zamanlarda heç nəyi çəkmir. Çox geniş bucaq altında çəkiliş aparır. Ətrafda olan maşın səslərini, əlavə gurultuları, hərəkətsiz görüntüləri, televiziya və radio səslərini yaddaşda saxlamır.

Dünyanın ən yaxşı çəkiliş aparma qabiliyyətinə malik olan düymə kameralar 23 millimetr böyüklüyündədir. Yaddaşı 20 GB-dır və 40 saat dayanmadan çəkiliş aparır. Uçan mikro video kameraların ağırlığı 50 qram olur, daha çox təyyarə və vertolyotlarda istifadə edilir. 2,5 saat video çəkə bilir. Açarlıqlar üzərinə yerləşdirilən kameralar isə ən yeni texnologiyalardan biri hesab edilir. 2 saat ərzində səsləri, 70 dəqiqə ərzində isə görüntüləri yaddaşda saxlaya bilir. Şəkil çəkmək özəlliyinə sahibdir və 8 GB-lıq yaddaş sistemi mövcuddur. Qol saatı üzərinə yerləşdirilən video kameraları isə satın almaq olduqca çətin prosesdir. Adi saatların üzərinə yerləşdirilə bilməyən kameralar üçün xüsusi saatlar hazırlanır. Bu kameraların yaddaşı 2 GB-dır və 2 saat çəkiliş aparmaq mümkündür. Telefonların batareya yığması üçün istifadə olunan cihazların üzərinə yerləşdirilən kameralar isə 3 gün dayanmadan işləyə bilir. Bu kameraların yaddaşı 16 GB həcmindədir.

DTX-nın Ağstafa İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı gizli kameranın icra başçısı Nizaməddin Quliyevin kreslosunun arxa hissəsinə yerləşdirildiyi sezilirdi. Neftçala İcra Hakimiyyətində baş tutan əməliyyatda isə gizli kamera icra başçısının kabinetinin tavanından çəkiliş apardığı aydın olur.

Ağstafa İcra Hakimiyyətində qurulan gizli kameranın yeri


Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, gizli kameraların yerləşdirilməsi özü də bir əməliyyatın nəticəsidir: "Həmin kameraların otaqda hansı mövqedə yerləşdirilməsi elə də əhəmiyyət kəsb etmir. Əsas məsələ obyektin rüşvət almasını və ya digər qanunsuz hərəkətini müəyyən etməkdən ibarətdir. Hər dəfə də gizli çəkilişlərin daha təkmil olması diqqət çəkir. Əvvəlki videodan daha keyfiyyətli görüntülər var. 3 ay əvvəlki görüntülərdə icra başçısının rüşvət aldığı arxadan aparılan gizli çəkilişlə təsbit olunmuşdu. Sonrakı çəkilişdə isə icra başçısı rüşvət alır, pulu verəndən çox alanın üzü görünür. Sabah isə daha təkmil videolar görə bilərik”.

İlham İsmayıl deyir ki, gizli kameralar vasitəsi ilə əldə olunan görüntülər əməliyyat-istintaq tədbirləri üçün müstəsna əhəmiyyət kəsb edir: "Fikir verdinizsə gizli kameralarla aparılan çəkilişlər zamanı əldə olunan sübutlar dərhal digər sübutların da toplanmasına yol açdı. İcra başçısının eşşək ferması və digər obyektlər saxlamasını sübuta yetirən videolar da ortaya çıxdı. Gizli videolar ortaya çıxandan sonra müsahibə tipində videolar çəkilməsi və orada danışanların obyektin icra başçısına məxsusluğunu demələri də təsadüfi deyil. Adamlar bəlkə də əvvəllər belə fikirləri dillərinə gətirməzdilər, deməzdilər ki, filan yer icra başçısınındır. Amma ortada gizli videoçəkiliş varkən adamların da rahat danışmalarına yol açılır. Gizli videoçəkiliş cinayət əməllərinin təsbiti üçün zəruri əməliyyat tədbiridir və sonrakı istintaq tədbirləri üçün olduqca vacibdir”. (hit.az)

Xəbər lenti