![]() |
|
Bakıda yarışa çıxaraq avtoxuliqanlıq edən sürücülərin videogörüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, martın 4-ü paytaxtın Heydər Əliyev prospektində hərəkət edən 99-DR-130 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq sol zolaqda hərəkət edən avtomobilə mane olub. O, daha sonra yüksək sürətlə ziqzaqvarı hərəkətlər edərək ərazidən uzaqlaşıb. Onun ardıyca yüksək sürətlə hərəkət edən 90-VO-302 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü yolun sağında dayanan yük avtomobili ilə sol zolaqdakı avtomobilin arasından keçmək istəyərkən toqquşacağını görüb qəfil tormoz verib. Bu zaman avtomobilin hərəkət trayektoriyası dəyişərək sol zolaqdakı avtomobilin sürücüsünə təhlükə yaradıb. Təhlükəni görən sürücü qəzadan son anda yayına bilib. "Niva"nın sürücüsü isə heç nə olmamış kimi ərazidən uzaqlaşıb.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücülər barədə ciddi tədbir görəcək.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 9-da saat 23 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini M.Nəbiyev idarə etdiyi “Khazar” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev martın 10-da orada ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib.
Yol-xeber.az APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bakı-Sumqayıt marşrutu ilə hərəkətdə olan sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “VAZ-2107” “Subaru” markalı minik avtomobilinə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Qəza səbəbindən Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, martın 9-da törədilən 22 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 9-da saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Rübabə Bağırovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bir qədər əvvəl Novxanı qəsəbəsində dəhşətli qəza baş verib. Oxucuların Avtosfer.az-a verdiyi məlumata görə, "Ford" və "Jeep" markalı avtomobillər toquşandan sonra "Mercedes" də onlara çırpılıb. Zərbə o qədər güclü olub ki, birinci toqquşan 2 avtomobilin ön hissəsi əzilərək kitab halına düşüb. Qəza nəticəsində xəsarət alanlar var. Ərazidə tıxac yaranıb.
Bir neçə müddətdir ki, kriminal aləm Yunanıstanda məskunlaşmış «qanuni oğru» Vaji (Vaja) Biqanişvili ilə Şota (Şotiko) Tevdoradze ilə münasibətlərini aydınlaşdırmağa çalışırdı. Bu məqsədlə Vaja Türkiyədə olan azərbaycanlı «qanuni oğru» Nadir Səlifova (Quli) müraciət edib. Vaja ilə konfliktdə olan Şotikonun daxil olduğu Kutaisi klanın «xaç atası» sayılan Merab Suxumski Qulinin bu məsələyə qarışmamasını istəyib. Amma Quli deyib ki, ona «qanuni oğru»kimi müraciət edilib və bunu rədd edə bilməz.
Bu səbəbdən İstanbulda 27 nüfuzlu «qanuni oğru»nun iştirakı ilə Qulinin məkanlarından birində «sxodka» keçirilib.
Bu konfliktin kökü 2015-ci ilə gedib çıxır. Şotiko Vajanın klanın daxil olan «qanuni oğru» Qeqi Modubadzeni döyüb. Bu isə Vajanın qəzəbinə səbəb olub. Bu konfliktə bağlı bir neçə dəfə toplantı çağırılması uğursuz başa çatıb. Üstəlik, Şotiko Qeqinin yaxınlarda Ukraynada deportasiya məntəqəsində olduğunu öyrəndikdə onun «oğru» olmadığı mesajını göndərib və frayerlər Qeqini yenidən döyüblər.
Bu isə Vajanı daha da qəzəbləndirib. Hadisədən daha sonra Kutaisi klanı «sxodka» çağırıb və konflikti sülhə bağlamağa çalışıblar. Vaja isə bununla razılaşmayıb. O deyib ki, «sxodka»nın sonunda ya Şotiko, ya da Qeqi «oğru»adından məhrum edilməli idi. Şotikonun Qeqini tanımamasına gəlincə, Vaja deyib ki, adamını döyəndə o, bir neçə «qanuni oğru»nun adını çəkib, amma Şotiko buna da fikir verməyib.
İstanbulda keçirilən «sxodka» ya Şotiko dəvət edilsə də, iştirak etməyib. Vaja bu konfliktə bağlı öz mövqeyini ortaya qoyub və nüfuzlu «qanuni oğru»lar onun dediklərinə inanıblar.
İstanbulda oğru toplantısı keçirilərkən, hazırda İspaniyada məhkəməsini gözləyən Taro ləqəbli Tariel Oniani və Merab Suxumski kimi tanınan Merab Canqveladzenin rəhbərlik etdiyi Kutaisi klanı isə Trabzonda «oğru toplantısı» keçirib. /Musavat.com/
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəməmməd kənd sakini, əvvəllər qəsdən adamöldürməyə görə həbs olunmuş 42 yaşlı Zabit Mehrəliyev şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında tutulub.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman böyük həcmdə narkotik maddə aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan təmiz çəkisi 50 kiloqrama yaxın 205 ədəd kibrit qutularında və 63 ədəd sellofan və kağız bükümlərdə satış üçün qablaşdırılmış qurudulmuş marixuana, 12 kisədə hündürlüyü 100-220 sm olan bütöv halda olan çətənə bitkiləri və həmin bitkilərin toxumları, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Z.Mehrəliyev narkotik tərkibli bitkiləri yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidə yetişdirdiyini, daha sonra isə satış məqsədi ilə yaşadığı evdə kibrit qutularında və sellofan torbalarda qablaşdırdığını etiraf edib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb.
Araşdırma aparılır.